Bazar günü günü, 20 sentyabr 2026
     

El harayına can deyən şəhid - Səkkizinci yazı

Image


(Əvvəli ötən sayımızda)

Eldəniz kişi oğlunun boynunu qucaqladı. Atanın gözlərindən axan yaş Elcanı qəhərləndirdi, gözləri doldu və son günə qədər bu an onun yaddaşından silinmədi. Elə bu dilsiz göz yaşlarının xeyir-duası ilə döyüşlərə atılacaqdı. Qarşıda onu gözləyən taleyin ilk pıçıltılarını eşitdi. Müharibənin amansız qanunlarıyla yaşamalı oldu. Elcan ilahi dərgahda Azərbaycan xalqının qəlbində əbədi yaşamaq haqqını qazanacaqdı...

Gəncə əhalisi arasında “Gəncə İmam Hüseyn şəhəridir” – deyə bir deyim var. Elcan bu şəhərdə doğulub boya-başa çatmışdı. İmam Hüseyn deyəndə insanın ağlına ilk gələn şey şəhidlik olur. Tarixən həmişə ədalət və zülm, haqq və batil, xeyir və şər bir-birilə mübarizədə olub. Bu mübarizədə ədalət, haqq, xeyir məktəbinin neçə-neçə müəllimləri növbələşib. İmam Hüseyn məhz belə müəllimlərin öndə gedənlərindən idi. Elcan onu özünə müəllim bilirdi. Məhərrəmlik ayında əza saxlayanda: “Mən də lazım olsa, Həzrət Hüseyn kimi haqq işi uğrunda canımı verib şəhid olaram!”- deyə özü-özünə təlqin edirdi. Əsgərliyə gedəcəyi ilk gün də məhz həmin arzusuna doğru bir addım atırdı. Həmin arzu digər arzu və istəklərin fövqündə dayanırdı. O, ən uca və şərəfli zirvəyə daha qısa yolla gedəcəkdi. El harayına “Can!” deyərək, şəhidliyə doğru gedirdi Elcan...

Hərbi hissəyə getməyə hazırlaşan avtobusdakı Azərbaycanın müxtəlif bölgələrinə yollanacaq yeni əsgərlər çox həyəcanlı idilər. Hamısı eyni şəhərdən – Gəncədən olsalar da, müxtəlif rayonlarda hərbi xidmət keçəcəkdilər. Aylar sonra baş verəcək Vətən müharibəsinin qəhrəmanlarını daşıyan avtobus mənən özü ilə fəxr edirdi. Dili yox idi ki, danışsın. Gələcək şəhid və qaziləri öz köhlənində daşımaq indi onun üçün şərəf idi.

Ertəsi gün Elcan artıq hərbi hissədə idi. Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissə düşmənlə təmas xəttində yerləşirdi. Buraya ölkənin müxtəlif bölgələrindən yeni əsgərlər toplanmışdı. Artıq bir gün idi ki, isti yuvadan ayrı düşmüşdülər. Onları qarşıda şərəfli əsgərlik borcu gözləyirdi. Təyin olunduqları hərbi hissə torpağının hər qarışında şəhid qanı vardı. Bu, torpaq üzərində keşik çəkən əsgərlərə təsirsiz ötüşə bilməzdi.

Böyük türk şairi Mehmet Akif Ersoyun gözəl bir şeiri var:

Kim bu cənnət Vətənin uğruna olmaz ki, fəda?

Şuhəda fışqıracaq torpağı sıxsan, şuhəda!

Canı, cananı, bütün varımı alsın da Xuda,

Etməsin tək Vətənimdən məni dünyada cüda!

Tarix indiyə qədər yer üzərində minlərlə, milyonlarla sevinc-kədər, tərəqqi-tənəzzül, məhəbbət-nifrət, müharibə-sülh kimi həyat səhnələrinə şahid olmuşdur.

Böyük mütəffəkirlərdən birinin sözü ilə desək, bizdən əvvəlkilər özlərinin bir çox həyat sirlərini həmişəlik olaraq torpaq altına aparmış, özləri ilə birgə unutqanlıq dənizinə atmışlar. Amma yer qatı və üzərindəki xarabalıqlar onların həyatlarının mühüm hissələrini bizim üçün qorumuşlar. Nəticədə böyük və dəyərli bir laboratoriya ərsəyə gəlmişdir. Bizdən əvvəlkilərin tarixin səhifələrini mütaliəsi, ibrətli əsərlərinə nəzər salmaq çox ibrətamizdir və sanki ömrümüzü geniş miqyasda uzadır. Məgər ömrün bəhrəsi bir ovuc təcrübə toplantısından ibarət deyilmi? Tarix ən üstün təcrübələri bizim ixtiyarımıza buraxmamışdırmı?

İnsanlar tarixi yazanlar və tarixi oxuyanlar olmaqla iki qrupa ayrılır. Elcan Muradov birinci qrupa aid insanlardan olacaqdı. O heç özü də bilmədən tarix yazacaqdı. Çünki doğulub boya-başa çatdığı Vətənə qəlbində sevgi var idi. Məhz həmin sevgi onu tarix yazanlardan biri edəcəkdi. Elcanı isti ocaqdan soyuq cəbhə bölgəsinə aparan da məhz Vətən sevgisi idi. Vətən sevgisi ən ülvi sevgilərdəndir. Ana sevgisi, ata sevgisi kimi. Bu sevgi yalnız məktəbdə öyrədilmir, yazılan kitablarla aşılanmır. Vətən sevgisi bir iman məsələsidir. İnsanın dini, namusu, qeyrəti Vətəndə qorunur. Belə ki, Vətən təkcə kilometrlərlə məsafədən ibarət bir torpaq parçası deyil.

Qohumlarının, dost-tanışlarının, komandirlərinin, bir sözlə Elcan Muradovu tanıyan hər bir şəxsin sözlərindən aydın olur ki, o çox şücaətli və cəsur bir insan olub. Tarixdə baş vermiş bütün ictimai və fikri inqilablar məhz qorxmaz və cəsur insanların sayəsində reallaşıb. Qorxaq insanlar kirpi kimi öz qınına çəkilir, hadisələrin gedişini kənardan izləyirlər. Onlar heç vaxt dəyişiklik və təsir mənşəyi ola bilmirlər. Belə insanların “hünəri” yalnız real vəziyyətlə barışmaqdan ibarətdir.

Biz tam qətiyyətlə deyə bilərik ki, Elcan və Elcankimilər isti ocaqdan gedərkən əslində sevincli idilər. Çünki bu yol onları ən qısa yolla cənnətə apara bilərdi.

Tarixdə baş vermiş ibrətli bir hadisəni qeyd etmək yerinə düşərdi:

“İspaniyanın fəthində Afrika müsəlmanlarının baş sərkərdəsi Musa ibn Nəsir Avropanı ələ keçirmək fikrinə düşür. O, qulamı Tariq ibn Ziyadı İspaniyaya kəşfiyyata göndərir. Tariq əmr edilən yerə çatıb düşmənin ruhiyyəsini araşdırdıqdan sonra hücuma keçmək üçün şəraitin əlverişli olduğu qənaətinə gəlir. O fikirləşir ki, əgər şəraiti komandirə xəbər verib əmri gözləsə, düşmən duyuq düşə bilər. Ona görə də dənizi keçdikdən sonra bütün gəmilərin yandırılması barədə əmr verir. Gəmilərdən atəş şölələri qalxdıqda bəziləri etiraz edərək: ”Sən gəmiləri yandırmaqla bizi bədbəxt etdin və əlimizi hər yerdən üzdün” – deyirlər. Tariq ibn Ziyad deyir: “Müsəlman quş deyil ki, xüsusi yuvası olsun”. Sonra indi Cəbəllüttariq boğazı adlanan ərazidə dənizin coşan və qəzəbli dalğaları qarşısında elə bir atəşli çıxış edir ki, dalğaların gurultusu eşidilmir. O, sözünün ardınca deyir: “Ey cəngavərlər! İndi təlatümlü dəniz arxanızda, düşmən ordusu isə qarşınızdadır. Düşmənlərinizin silah və azuqə ilə dolu anbarları var. Sizdə isə öz güclü pəncələrinizlə düşməndən alacağınız azuqədən başqa heç bir azuqəniz, belinizə bağladığınız qılıncdan başqa heç bir silahınız yoxdur”.

Tariqin bu çıxışı əsgərlərdə elə bir ruh yüksəkliyi yaradır ki, onlar ixtiyarsız olaraq tam sürətlə, az zamanda düşməni diz çökdürərək İspaniyanı fəth edirlər...”.

Bu və bu kimi neçə-neçə tarixi hadisə cəsarət və şücaətin real təsirini bizlərə əyani formada sübut edir. Cəsarətsiz insanlar həmişə öz hazırkı vəziyyətlərini qorumaq üçün çabalayırlar. Həyatlarındakı əlverişli şəraiti həmişə qaçırırlar.

İnsanda cəsarət və mübarizə ruhunun inkişafına ən böyük təkan verən faktor məhz Vətən sevdası olur...

Vətənə məhəbbət, onu göz bəbəyi kimi qorumaq hər bir vicdanlı insanın mənəvi borcudur. Dəyərli füzulişünas-alim Mail İsmayıloğlu Vətən mövzusunu necə də gözəl nəzmə çəkir:

Arif olanın sevgili cananı Vətəndir,

Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir!

Hər kəs Vətəni sevməsə, insan deyil əsla,

İnsan olanın cismidə həm canı Vətəndir!

Min dərdə düçar olsa da övladi-vətən, gər,

Hər çarəsini qılmağa Loğmanı Vətəndir!

Yarın qəmi-hicranına dözməkdə nə vardır,

Ən müşkül olan dəhrdə, hicrani – Vətəndir!

Ölsəm Vətən uğrunda, buna fəxr edərəm mən,

Könlüm, nə zaman istəsə, qurbani – Vətəndir!

Ana Vətənin keşiyində

Vətənini sevməyən insanın o Vətən torpağında yaşamağa haqqı yoxdur! İnsanlar sevdikləri ilə bərabər olar, daima sevdiklərini qoruyarlar. Sevdikləri üçün özünü oda atar, hər təhlükəni gözə alarlar.

Elcan da bu gözəl Vətəni canı qədər, hətta canından artıq sevirdi. Füzuli rayonundakı “N” saylı hərbi hissənin ən öndə xidmət edən əsgərlərindən idi. Təsəvvür edin, yağı düşmənlə onun arasında 20-25 metrlik torpaq sahəsi vardı. Hər dəfə imkan tapan kimi irəli getmək, Ana Vətənimizə göz dikən erməninin gözünü oymaq istəyirdi Elcan. Amma səbir edirdi, təkcə bir komanda gözləyirdi: İrəli! O, Vətən uğrunda isti-soyuq demədən, bir an belə fasilə vermədən gecə-gündüz, göz qırpmadan postda xidmət edirdi.

Əsgərliyə təzə başladığı günlərdə Elcana zəng etmişdim. “Dayıoğlu, harda xidmət eləyirsən?” –deyə soruşmuşdum. Məlum olduğu kimi, həbsxanada hər vaxt telefon əlaqəsi qurmaq olmur, əlaqə saxlayanda da 10-15 dəqiqə zaman müddəti verilir. Eldəniz dayımdan Elcanın komandirinin nömrəsini alıb zəng etmişdim.

Elcan verdiyim sualı dinləyib yarızarafat dilləndi: “Harda olmalıyam ki? Füzulidə, ön xətdə”. Mən: Qardaşım, sən Allah, ehtiyatlı ol, şərəfsizlərin gülləsinə tuş gəlmə!” – deyəndə, sözüm ağzımda qaldı. O, mülayim tonla dedi: “Sən narahat olma! Mən özümə diqqət eləyirəm. Amma deyirəm, kaş bir fürsət olaydı, bunlara gününü göstərəydim. İmamzadə haqqı, indi bircə istəyim budur!..”.

Vətən elə bir məkandır ki, insan ondan ayrı qaldığı zaman özünü qərib hiss edir və onun həsrətini çəkir. Heç şübhəsiz, Vətən təkcə insanla bağlı anlayış deyil. Bütün varlıqların özünəməxsus Vətən anlayışları vardır. Bir bülbül üçün Vətən qızıl qəfəs deyil, tikanlı kolların arasında azad cəh-cəh vurmaqdır. Bir qartal üçün vətən, yurd anlayışı sıldırımların zirvəsidir. Hər bir canlının vətəninə olan məhəbbəti fərqlidir.

Azərbaycanın böyük şairlərindən Bəxtiyar Vahabzadə məqalələrinin birində yazırdı: “Sevgilini sevməyin müddəti ömür qədərdir. Vətən sevgisinin müddəti isə ömürdən də o tərəfə keçir. Sevgilini özümüz üçün seviriksə, Vətəni xalqımız üçün, bu xalqın gələcəyi üçün, üzünü belə görə bilməyəcəyimiz nəvələrimiz, nəticələrimiz və kötücələrimiz üçün sevirik... Sevdiyimiz qadını özümüzdən başqa gözümüzün işığı belə sevsə, ona düşmən kəsilirik. Amma şəxsi düşmənimiz də olsa, Vətənimizi sevəni biz də sevirik... Dünyanın cənnət kimi guşəsində bütün arzularını, istəklərini yerinə yetirsələr belə, yenə gözün Vətəni axtaracaq, qəlbin Vətən həsrəti ilə döyünəcək, dodaqların “Vətən, Vətən, Vətən” – deyəcək.

Böyük şairimiz şeirlərinin birində deyir:

Çağırır indi bütün milləti imdada Vətən,

Dəyişilməz ey oğul, Cənnətə dünyada Vətən.

Bizə meydan oxuyan bilməlidir birdəfəlik,

Nə satılmaz, nə verilməz binədən yada, Vətən.

Sinə altında gərək qəlb kimi hər an döyünə,

Yana ulduz kimi hər sözdə, hər imzada Vətən.

Vətən eşqindən ucalsın bütün istəklərimiz,

Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.

Vətən təkcə üzərində yaşadığımız torpaq parçası deyil. Vətənə məhəbbəti sözlə ifadə etmək çətindir. “Vətən” sözünü əksər vaxtı “ana” kəlməsi ilə yanaşı səsləndiririk. “Ana Vətən” deyərək müqəddəsləşdirdiyimiz, dəyər verdiyimiz Vətənə dinimizdə də böyük önəm verilir. Vətən azadlığın simvolu olduğu üçün onu qorumaq da çox vacibdir. Azərbaycan xalqının başına gətirilən müsibətlər sübut edir ki, Vətən azad olmadan onun xalqının mənəviyyatı, yəni mənəvi dəyərləri də azad olmur. Ən azı 71 illik sovet əsarətində biz bunun şahidi olduq.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ