çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Yeddinci yazı

Image


(Əvvəli ötən sayımızda)

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası erməni separatçıları tərəfindən özünə qarşı yürüdülən işğalçılıq siyasəti barəsində beynəlxalq təşkilatlara, o cümlədən, BMT-yə və dünya ölkələrinə müraciət etdi. 1992-ci ildə BMT-yə üzv olan Azərbaycan həmin quruma müraciətində Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏT-in səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.

Torpaqları əlindən zorla alınan Azərbaycan təkrar-təkrar Birləşmiş Millətlər Təşkilatına müraciət etdi və nəticədə adıçəkilən qurum bizim lehimizə dörd qətnamə qəbul elədi:

1. 30 aprel 1993-cü ildə imzalanan 822 nömrəli qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

2. 29 iyul 1993-cü ildə imzalanan 853 nömrəli qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamdan və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.

3. 14 oktyabr 1994-cü ildə imzalanan 874 nömrəli qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (23 avqust 1993), Qubadlı (31 avqust 1993) və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə, həmçinin, əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

4. 12 noyabr 1993-cü ildə imzalanan 884 nömrəli qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb olunurdu. Sonda isə əvvəl qəbul edilmiş 822, 853 və 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

BMT sadəcə bu qətnamələri verməklə kifayətləndi və münaqişənin həlli istiqamətində konkret qətiyyətli addımlar atmadı. Beləliklə, müasir dövrümüzün ən böyük təcavüz aktlarından biri – Azərbaycan Respublikası ərazisinin 20 %-i erməni silahlı qüvvələri tərəfindən işğala məruz qaldı. Nüfuzlu beynəlxalq və regional təşkilatlar yalnız deklorativ xarakterli bəyanatlar verməklə kifayətləndilər. Bütün bunlar erməni təcavüzünün otuz ilə yaxın davam etməsinə şərait yaratmış oldu. Azərbaycan xalqı isə belə bir acınacaqlı fakt qarşısında qalsa da, heç vaxt torpaqlarının itirilməsi ilə barışmadı. Xalqımızın bu iradəsi gec-tez öz sözünü deyəcək, haqq-ədaləti bərqərar edəcəkdi...

İsti ocaqdan son gediş...

İnsan üçün ən isti, ən doğma yer, şübhəsiz ki, ata ocağıdır. Buradan uzaq düşən insan nə qədər maddi rifah içində yaşasa da, həmişə qəlbinin bir guşəsində nisgil olur. Sanki ruhu ata ocağına bağlı olaraq yaşayır.

Amma Vətən dediyimiz bir yer vardır ki, insan özünü orada heç vaxt sıxıntıda hiss etmir. Hamı öz yurd-yuvasını, el-obasını “Ana Vətən” deyə adlandırır. Görəsən, bunun sirri nədədir? Zənnimcə, övlad məhz anası ilə bir-birinə daha ülvi duyğularla bağlanır. Bu duyğu fiziki yox, daxili-mənəvi olur. Yəqin dəyərli oxucularımız da bəzən hansısa bir ananın: “Ürəyim yaman sancdı, deyəsən balama nəsə olub”, - dediyinə şahid olublar. Övladın başına arzuolunmaz bir iş gələndə ana bunu qəlbi ilə hiss edir. Axı, ana ilə övlad fiziki cəhətdən yüzlərlə kilometr uzaqlarda olsalar da, mənən sanki həmişə birlikdədirlər...

Hər bir oğul üçün müqəddəs saydığı əsas iki varlıq var: biri bioloji ana, digəri isə ana Vətən. Ana övladına necə can yandırırsa, övlad da o cür can yandırır. Qeyrətli oğul anası üçün özünü oda yaxır. Ana darda olanda övlad hətta canını belə verməyə hazır olur. Təki, anasının üzü gülsün!

Müqəddəs hədəflər uğrunda böyüməkdə olan Elcan Muradov 18 yaşını yenicə tamamlamışdı. Oktyabr çağırışı üzrə səfərbərlik xidmətinə yollanmalı idi.

Hava sərin idi. Payız fəsli özünü göstərirdi. Bu gün Elcan Ana Vətəni qorumaq üçün yola çıxacaqdı. Sübh tezdən atası və dostları Emin, Etibarla birlikdə Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahına getdi. Elə bir məkana ki, şəhər əhalisi oranı müqəddəs tuturdu.

İmamzadə ziyarətgah kompleksində Məhəmməd Peyğəmbərin nəvələrindən olan İmam Məhəmməd Baqirin oğlu İbrahimin məzarı yerləşir. İbrahim öz dövründə zülmə məruz qalan, haqqı əlindən alınan və təzyiqlər ucbatından Azərbaycana pənah gətirən Allah dostlarından biri olub. Bizim diyarlarda ömür sürən bu nurani şəxs qədim Gəncə şəhərində də dünyaya göz yumub. İndi onun qəbri insanların ziyarətgah yerinə çevrilib. Şəhərdə belə bir ənənə var ki, çətin və məsuliyyətli iş arxasınca gedənlər, bəyənilməz işlərdən peşmançılıq çəkənlər bu mübarək yerə gəlir və Allahdan xeyirli aqibət diləyərək çoxlu dualar edirlər.

Elcan da böyüklərdən gələn bu ənənəyə görə İmamzadəyə gedir. Gedir ki, Rəbbi ilə razü-niyaz eləsin. Xeyirli aqibət diləsin. “Sandıq” adlanan yerə yaxınlaşıb gözlərini yumur və sanki doğulduğu bu şəhərdən son gedişini hiss edərək sidq ürəklə dua edir: “Allahım! Mən bu gün Vətənin müdafiəsinə yollanıram. İllərdir məhz bu anı gözləyirdim. Torpaq işğal altındadır. Səndən xeyirli aqibət diləyirəm. Məni dünya və axirətdə ən xoşbəxt insanlardan elə! Vətənə ləyaqətlə xidmət etməkdə mənə kömək ol!”.

Namaz qılıb birbaşa səfərbərlik xidmətinə yollanır. Onu yola salmağa atası Eldəniz, qardaşı Rəsail (hamı “Bobu” deyir), nənəsi və dostu Emin gəlir. Şübhəsiz ki, bu, Elcanın diqqətindən yayınmır. Qəlbində bir az nisgil yaranır. Axı, bu qədər sevdiyi insanlar niyə onu yola salmağa gəlmir? Cəmi beş-üç nəfərmi onunla vidalaşmaq istəyir? Bir az doluxsunur. Amma dərhal özünü ələ alır. Çünki Elcan hamını təmənnasız, əvəzsiz olaraq sevirdi. O, ətrafına sevgi saçırdı. Heç kəsdən bu sevgiyə qarşılıq gözləmirdi. Bütün bunları zehnində canlandırıb gülümsünür. Onsuz da Gəncədəki son günü idi. Sanki bunu hiss edib doğma şəhərindən xoş xatirələrlə ayrılmaq istəyirdi.

Elcan hərbi xidmətdə olanda bir neçə dəfə onunla telefonla əlaqə saxlamışdım. Həmin danışıqların birində söhbət əsgərliyə yola salınma mərasimindən düşdü. Gileylənərək dedi:

- Bibioğlu, sözün açığı, bəzilərindən bir az incimişəm. Ay qardaş, hazırda ön cəbhədəyəm. Ölümlə üzbəüz dayanmışam. Allahın işidir, bəlkə sağ qayıtmadım. Beş-üç adamdan başqa heç kəs məni yola salmağa gəlmədi.

- Qardaşım, sən Allah yolundasan. Vətənin müdafiəsi uğrunda aldığın hər nəfəs səni bir o qədər Allaha yaxınlaşdırır. Sən Füzulidə, yəni ön cəbhədə xidmət eləyirsən. Məncə, elə bununla qürur duymağın kifayətdir.

Söhbəti bu məcrada aparmaqla Elcanı fikrindən yayındırmaq istəyirdim. O, niyyətimi anlayıb gülümsədi:

- Yaxşı-yaxşı, başa düşdüm. Elə-belə söhbətdi də eləyirəm - deyib mövzunu başqa istiqamətdə davam etdirdi...

Kitabı qələmə alanda şəhid Elcan Muradovun nə qədər dost-tanışı var, çalışdım ki, hamısı ilə əlaqə saxlayım. Namaz qılan dostlarından biri ilə söhbət edəndə öyrəndim ki, Elcan əsgərliyə gedən günü dostu Eminə deyibmiş ki, inşallah, sağ qayıtsa, birlikdə müqəddəs Məşhəd şəhərinə ziyarətə gedəcəklər. Təəssüf ki, şəhidin bu arzusu da həyata keçmədi. Amma Məşhəd şəhərində qəbri yerləşən İmam Rza ilə indi cənnətdə birlikdə olduğuna inanıram...

Elcan Muradovun da öz arzular dünyası, xəyallar aləmi vardı. Uşaqlıq illərindən qəlbində baş qaldıran min-min arzu, istək bir ünvanda qovuşurdu: Vətənə layiqli övlad olmaq, lazım gəlsə, onun yolunda canından keçmək! Elə bu ali, müqəddəs amal onun ürəyini hər gün, hər an ülvi Vətən sevgisiylə alovlandırır, yeniyetməlik dövründə daha da kamilləşərək, düşüncələrinə hakim kəsilirdi. İllərsə onun taleyini ən uca məqama doğru aparmaqdaydı...

İndi zaman yetişmiş, Elcanın qarşısında öz ali məqsədinə qovuşmaq üçün ilk qapı açılmışdı. Hərbi xidmətə yollanacaqdı az sonra. Bugünə qədər həyat yolunun bütün mərhələləri onu o ülvi məqama doğru aparan pillələr idi. Bu pillələr hələ uşaqlıq illərindən başlamış, günbəgün bu amala yetişmək üçün ona güc-qüvvət vermişdi. İndi o günlər xoş xatirələrə çevrilmişdi. Sabahdan onun həyatında yeni səhifə açılırdı. Atası Eldəniz kişi çox qayğılı görünürdü. Ciyərparəsi ondan bir müddət ayrılacaqdı. Onun üçün hər gün bir ilə bərabər olacaqdı. Elcana həm ata, həm də ana əvəzi olan Eldəniz kişi bu ağır yükü öz çiyinlərində şərəflə, qürurla daşımışdı. Çalışmışdı ki, Elcan heç nədən korluq çəkməsin, ehtiyac duymasın. Təhsilinə, təlim-tərbiyəsinə, davranışına həmişə məsuliyyətlə yanaşırdı. Bu yolda bacıları Aybəniz, Təranə və Zeynəb əllərindən gəldiyi qədər dəstək olurdular. Elcan onun həyatını yaşadacaq varis idi. O, Elcanı Vətən üçün layiqli övlad yetişdirmək arzusundaydı. Bütün istəkləri də bu amala bağlı idi. Sabahdan bu gənc yeniyetmə Vətən qarşısında imtahana gedirdi. Böyüklərindən aldığı tərbiyə, saf əqidəsi, düşüncələri, arzuları bu imtahanda ələnib onun həyatını dəyişdirəcəkdi.

Axşamdan başlayan görüş və zənglər, söhbətlər, xeyir-dualar Elcanın qəlbində hər biri bir silinməz iz salırdı. Dostları Emin, Etibar, Meqi Eldəniz kişiyə toxtaqlıq verir, Elcanın hərbi xidmətdə ona baş ucalığı gətirəcəyinə əminlik ifadə edirdilər.

İndi ata ilə oğul qarşı-qarşıya dayanmışdı. Eldəniz kişi onun əlindən tutmuşdu. Bir vaxt körpə ikən əlindən tutub qaldırdığı Elcanın bu dəfə əlindən tutub uca amal uğrunda xidmətə yollayırdı. Ata öyüdü ürəyində müqəddəs anda çevrilirdi: “Çalış ki, ləyaqətlə, kişi kimi xidmət edəsən, heç bir qorxu səni yolundan çəkindirməsin. Xoş sorağını eşidək. İnşallah gələrsən, toyunu edərik”.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ