çərşənbə günü, 11 noyabr 2026
     

Qlobal istiləşmə şiddətlənir, Yer getdikcə həyat üçün yararsız hala düşür, əgər…

Image


Dünyanın qlobal istiləşməni yavaşıtması üçün zamanı tükənir. Belə bir xəbərdarlıqla Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT iqlim sammitində Britaniyanın baş naziri Boris Conson çıxış edib.

Hazırda dünya ictimaiyyətinin böyük səbrsizliklə gözlədiyi əsas məsələlərdən biri sammitin sonunda hansı qərarların qəbul olunacağıdır. Çünki bu, bütün bəşəriyyətin gələcəyinə təsir edəcək. Məsələyə elə bu fonda yanalaşan Boris Conson dünya ölkələrini verdikləri vədlərdən artığını etməyə, qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq hədəfi üçün tədbir görməyə səsləyib: “Bəşəriyyət iqlim dəyişikliyi məsələsində çoxdan gecikib. Biz elə indi hərəkətə keçməliyik. Qlazqoda alınmasa, iş bütünlükdə alınmayacaq. İqlim sammiti 1,5 dərəcəyə nail olmağımız üçün sonuncu ən yaxşı ümiddir”. Alimlərin fikrincə, qlobal istiləşməni 1,5 dərəcə Selsini keçməyə qoymamaqla iqlim dəyişikliyinin ən pis təsirləri önlənə bilər. Araşdırmalar göstərir ki, təxminən XIX əsrin ortalarında baş vermiş sənaye inqilabı və kütləvi istehsal havaya buraxılan sənaye qazlarının həcmini kəskin artırıb. Bu qazlar binaların isidilməsi və işıqlandırılmasında, o cümlədən, kənd təsərrüfatı məhsullarının istehsalında istifadə etdiyimiz istilik və elektrik enerjisinin yan məhsullarıdır. Bu qazların çoxu istixana effektinə malikdir. İstixana yeri qızdıran Günəş şüalarını qəbul edir, bu istiliyin çölə çıxmasına isə imkan vermir. Sənaye qazlarının atmosferə yayılması istixana effektinin bütün planet miqyasında baş verməsinə səbəb olur. Metan, karbon dioksid, su buxarı və digər sənaye emissiyaları Yerə gəlib çatan Günəş istiliyini toplayır, geri buraxmır və planetdə orta temperaturun artmasına səbəb olaraq yavaş-yavaş, amma dayanmadan dünyanı, belə demək olarsa, qızdırır. 150 il ərzində sənaye qazları emissiyasının demək olar durmadan artması Yerdəki temperaturun artıq orta hesabla təxminən 1,1 dərəcə qalxmasına səbəb olub. Düşünmək olar ki, 1 dərəcəlik artım xırda məsələdir. Halbuki, məsələ çox ciddidir. Birincisi ona görə ki, dünya buzları daha sürətlə əriməyə başlayır. Bu isə o deməkdir ki, ilin çox hissəsini qar və buz altında keçirən, ya da donu heç açılmayan şimalda və dağlıq ərazilərdə 1 və ya 1,5 dərəcə əlavə istilik kritik vəziyyət yarada bilər. Ərinti suları dünya okeanına tökülür, bu isə okeanın səviyyəsini artırır, sahilyanı ərazilər su altında qalır. İkincisi, 1,1 dərəcə artım ortalama rəqəmdir. Planetin bəzi hissələrində istiləşmə daha çox, bəzilərində daha azdır. İqlim proseslərini modelləşdrimək olduqca çətindir, çünki həmin proseslərdə ən müxtəlif amillər rol oynayır. Yuxarıda qeyd edildiyi kimi, planet qeyri-bərabər şəkildə isinir, ona görə də bəzi yerlərdə atmosferin ənənəvi sirkulyasiyasının pozulmasına görə temperatur müvəqqəti olaraq çox aşağı düşə bilir. Əsas səbəblərdən biri budur ki, digər regionlarla müqayisədə Arktika daha sürətlə istiləşir, çünki orda əriyən qar və buzlaqlar yerin nisbətən qaranlıq hissələrinin və okean səthinin üstünü açır. Bu isə həmin hissələrin daha çox gün şüası udmasına və daha çox isinməsinə gətirib çıxarır. Proses indi daha çox  sürətlənib. Qütblərlə mülayim enliklər arasındakı temperatur fərqi azalmağa başlayıb, çoxəsrlik balans pozulub. Beləliklə, nə qədər parodoksal səslənsə də, qlobal istiləşmənin nəticələrindən biri çox sərt və anomal qışın olmasıdır. Daşqınlar, torpaq sürüşmələri, qasırğalar, uzunmüddətli istilər və digər problemlər son iyirmi ildə, demək olar ki, iki dəfə artıb. Bu proses davam edərsə, bütün insanlığın həyatı təhlükə altında olacaq, çünki son minilliklərdə əcdadlarımız illik orta temperaturun 13-15 dərəcə olduğu komfortlu iqlim şəraitində yaşayıblar.

Alimlər xəbərdarlıq edir ki, sonrakı iyirmi ildə iqlim dəyişikliyi nəticəsində baş verəcək ekstremal hava hadisələri qurunun xeyli hissəsini yanmış səhralara çevirə, planeti həyat üçün yararsız hala sala bilər. Ona görə də tullantıları azaltmaq, yoxsa azaltmamaq kimi bir seçim yoxdur. Məsələ buna nə qədər tez nail ola bilinməsindədir. Alimlərin hazırladığı iqlim modelləri göstərir ki, dönüşü olmayan nöqtəni - dəyişikliklərin çoxunu aradan qaldıra bilməyəcəyimiz məqamı 2030-cu ildə artıq arxada qoymuş ola bilərik. Beynəlxalq ekspert qrupu olan İPCC-nin avqust ayında dərc etdirdiyi hesabatında qeyd edilir ki, insan fəaliyyətinin təsiri olmadan belə kəskin iqlim dəyişikliyi sadəcə mümkün deyil. Qlobal istiləşməyə təbii faktorların hamısının birlikdə təsiri cəmi 0,02 dərəcədir - yəni indiki vəziyyətdən 30-50 dəfə az. İkincisi, iqlimin dəyişməsi problemi sözün həqiqi mənasında qlobal xarakter daşıyır. Nə qədər uğurlu və varlı olur-olsun, heç bir ölkə təklikdə bu problemin öhdəsindən gələ bilməz. Bu günlərdə BMT-nin Paris İqlim Sazişinin icrası çərçivəsində hazırladığı hesabat da vəziyyətin kifayət qədər narahatedici olduğunu göstərir. “United in Science 2021” adlı hesabata əsasən, koronavirus pandemiyası zamanı istixana qazı emissiyalarının azaldılması sürətli iqlim dəyişməsini yavaşlatmayıb. Atmosferdəki istixana qazlarının konsentrasiyası rekord səviyyədə qalmaqdadır, planet qarşısıalınmaz şəkildə bəşəriyyəti fəlakətə yaxınlaşdıraraq, istiləşməyə davam edir. Hesabatdan o da bəlli olur ki, iqlim dəyişikliyinin planet üçün dağıdıcı nəticələri təsəvvür edildiyindən daha ciddidir. Eyni zamanda iqlim dəyişmələri ehtimal edildiyindən daha sürətlə baş verir. Cari göstəricilərə görə, dünya qlobal temperaturun 2,7 dərəcə artması istiqamətindədir. Halbuki, alimlər temperaturun hətta 1,5 dərəcədən azca yuxarı qalxmasının artıq fəlakət olacağını bildirir. Temperaturun 1,5 dərəcə qalxmasını məhdudlaşdırmaqdan ötrü atmosferə atılan zərərli tullantılar 2030-cu ilə qədər 45 faiz azaldılmalıdır. Qeyd edilən məqsədə nail olmaq üçün ilk növbədə enerji sektorunda ənənəvi siyasətə ciddi dəyişiklik edilməlidir. Bu kontekstdə ənənəvi enerji mənbələrindən istifadə azaldılmalı, bərpa olunan və təmiz enerji mənbələri genişləndirilməli, enerji səmərəliliyi artırılmalıdır. Hazırda bu istiqamətdə genişmiqyaslı fəaliyyət həyata keçirən ölkələr sırasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanın bərpa olunan və təmiz enerji mənbələrindən getdikcə daha çox istifadə etməsi, iqlim dəyişikliyinin önlənməsi üçün gördüyü işlər Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdə videoformatda təqdim olunan çıxışında dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Dövlət başçısının çıxışında yer alan fikirlərdən aydın olur ki,  Paris İqlim Sazişini ratifikasiya edən Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürüb. Bununla yanaşı, ölkəmiz Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını da araşdırır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ