çərşənbə günü, 11 noyabr 2026
     

Milli azlıq və etniklərin irsinin qorunmasında kütləvi tədbir və proqramların rolu...

Image


Mədəniyyətin, musiqinin dili olmur, o öz ətrafında dilindən, dinindən asılı olmayaraq hər kəsi toplaya bilir. Azərbaycan milli müxtəlifliyin əsrlərdir bərqərr olduğu bir ölkədir. Burada hər bir xalq öz mədəniyyətini, dilini, adət-ənəsini, musiqisini və sair qoruyur, təbliğ edir.

Respublikamızın müxtəlif guşələrində yaşayan milli-etnik azlıqların mədəniyyət günləri, teatr, musiqi festivalları keçirilir, özfəaliyyət qruplarının çıxışlarına geniş yer verilir, habelə onlar haqqında kütləvi teleradio proqramları hazırlanır, öz dillərində dinləyicilərə təqdim edilir. Bu gün Azərbaycan radiosunda ölkəmizdə yaşayan müxtəlif xalqların dilində proqramlar yayımlarır, İctimai Televiziyada azsaylı xalqların mənşəyi, tarixi, dili, mədəniyyəti, adət-ənənələri barədə verilişlər təqdim edilir. Azərbaycanda 20-dən çox millətin nümayəndəsi yaşayır, onların mədəni cəmiyyətləri fəaliyyət göstərir. Üç dini konfessiyanın - islam, xristian və iudaizmin nümayəndələri müxtəlif dövlət mərasimlərində, mədəni tədbirlərdə birgə iştirak edirlər.

Bu barədə araşdırma apararkən ən müxtəlif mənbələrə müraciət etdik və müraciət etdiyimiz mənbələrdən istifadə etdik.

  • Telekanallarda, milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə...

Rəsmi məlumatlara görə, ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Ekspertlər deyir ki, Azərbaycan hökuməti insan haqları, o cümlədən milli azlıqların müdafiəsi məqsədilə bir çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-yədək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnikmədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Eyni zamanda təlim yalnız rus dilində olan 19 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil, 345 beynəlmiləl orta məktəb fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) milli azlıqların dinini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənən və tədqiq edən bölmə yaradılmışdır.

  • “Azərbaycan - doğma diyar”

Ekspertlər bu sahədə İctimai Televiziyanın rolunu xüsusi qeyd edir. İTV-də Milli Azlıqlar üçün Verilişlər Departamenti fəaliyyət göstərir. Azərbaycan dövlətinin demokratikliyinin və tolerantlığının nəticəsidir ki, ölkə teleməkanında ilk dəfə olaraq məhz İctimai Televiziyada Azərbaycanda yaşayan xalqların və etnik qrupların maddi mədəniyyət nümunələrini, milli məişətini geniş ictimaiyyətə çatdırmaqla televiziya uzun 13 əsrlər boyu ölkəmizdə yaşayan, hətta onun bir və bir neçə kəndində məskunlaşan, sayı bir neçə mindən artıq olmayan bu zəngin etnik müxtəlifliyi dünya ictimaiyyətinə çatdırır. Bundan başqa Departamentin təqdimatında “Körpü”, “Bura vətəndir”, “Danışan tarix” və s. verilişlər də tamaşaçılar tərəfindən maraqla izlənilir. Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə “Azərbaycan - doğma diyar” devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalı keçirilir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən-Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Şabrandan azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilirlər. Ümumilikdə isə festivalın 500-ə yaxın iştirakçısı olur. Və İctimai Televiziya bu festivalı ətraflı işıqlandıraraq Azərbaycanın bu palitrasını bütün dünyaya nümayiş etdirir. Azsaylı xalqların adətənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir...

  • Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları...

Azərbaycan dövləti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Ekspertlərin bildirdiyinə görə, milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında “Birlik” cəmiyyəti, rus icması, slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, “Ronai” kürd mədəni mərkəzi, “Samur” ləzgi milli mərkəzi, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, “Turqan-tel” tatar mədəniyyət cəmiyyəti, 14 “Yaşlıq” tatar mədəniyyət mərkəzi, “Krım” Krım tatarları cəmiyyəti, gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, ingiloy icması, çeçen mədəniyyət mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, Ahıska türk qadınlarının “Sona” cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, gürcü-yəhudi icması, yəhudilərin qadın humanitar assosiasiyası, “Karelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət mərkəzi, “Mada” Beynəlxalq talış assosiasiyası, “Avesta” talış assosiasiyası, “Orain” udi mədəniyyət mərkəzi, “Buduq” mədəniyyət mərkəzi, saxur mədəniyyət mərkəzi də vardır. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında talış folklor qrupları fəaliyyət göstərir.

Bu teatrlar, eləcə də özfəaliyyət dərnəkləri respublikamızın ayrı-ayrı yerlərində çıxış edirlər və maraqlı tədbirlərin, proqramların ərsəyə gəlməsində birbaşa iştirak edirlər.

  • ...Kütləvi mədəni-maarif tədbirlərinin, proqramlarının hazırlanması üçün...

Məlumatlara görə, kitabxanalarda “Azərbaycanda yaşayan azsaylı xalqların adət-ənənələri”, “Talışların adət-ənənələri”, “Ləzgilərin folkloru” və s. mövzularda mövzu gecəsi keçirmək istqamətində də tədbirlər həyata keçirir. Ümumiyyətlə, kitabxanalar kütləvi mədəni-maarif tədbirlərinin, proqramlarının hazırlanması üçün  ən əlverişli məkanlardan biridir. Ekspertlər deyirlər ki, kitabxanalarda, yaxud başqa məkanlarda təşkil edilən belə gecələri mövzuya uyğun olaraq hər bir azsaylı xalqın mədəniyyət mərkəzləri, cəmiyyətləri, icmaları və s. ilə birlikdə təşkil etmək daha maraqlı olar. Tədbir, adətən kiçik məruzə və mühazirə ilə başlayır və gecədə iştirak edən fəal oxucuların çıxışları ilə başa çatır. Tədbir keçirilən bina gecənin əsas mövzusunu əks etdirən xüsusi şüarlar, plakatlar, fotolarla bəzədilir. Bundan başqa gecələr üçün sərgilər, kitab vitrinləri mövzuya uyğun ədəbiyyatın siyahısı hazırlanır. Azərbaycan milli müxtəlifliyi, rəngarəng mədəniyyəti ilə maraqlı və gözəldir. Hər bir xalqın yaratdığı mədəniyyət onun irsidir,  bunlar hamısı isə bütövlükdə Azərbaycanın irsidir və əlaqədar qurumlar, TV-lər bu irsi yaşadanları təbliğ etməli, tanıtmalı və onlar barədə mədəni maarif proqramları hazırlamalıdır...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ