Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın Çinin Ukraynadakı münaqişə üçün Rusiya hərbi qulluqçularını hazırladığı barədə açıqlamaları absurd və yalandır.
Zaxarova qeyd edib ki, Moskva Qərb ölkələri və Aİ-nin bu cür informasiya təxribatları vasitəsilə Rusiya ilə Çin arasında ziddiyyət yaratmaq cəhdlərini pisləyir. O əlavə edib ki, Rusiya tərəfi Çin rəhbərliyinin Ukrayna böhranı ilə bağlı balanslı və ardıcıl mövqeyini yüksək qiymətləndirir.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Kallasın Çinin Rusiya hərbi qüvvələrini hazırlaması ilə bağlı açıqlamasını böhtan adlandırıb. O bildirib ki, bu cür iddiaların heç bir faktiki əsası yoxdur.
SAMİRƏ