çərşənbə günü, 11 noyabr 2026
     

Ləğv edilmiş plagiat dissertasiya sahibinin adı niyə çəkilmir?..

Image


Həbib Zərbəliyev: “Elmi dərəcəsindən məhrum edilən şəxsin adı, kimliyi, hansı mövzuda yazdığı  açıqlanaydı bu daha doğru olardı”
Vüsalə Ağabəyli: “Mən AAK sədrliyini bu məsələdə tam ehtiyatlı və diqqətli olmağa səsləyirəm”

Uzun illərdir ki, elm sahəsində plagiat dissertasiyalar hesabına elmi dərəcə alanların sayının həddən artıq çox olduğu haqda fikirlər səsləndirilsə də, Prezident yanında Ali Attestasiya Komissiyası (AAK) bunu birmənalı olaraq inkar edir və bu barədə deyilənlərin qərəzdən başqa bir şey olmadığını iddia edirdi.

Amma görünür, plagiat elmi işlər o qədər çox olub ki, AAK rəhbərliyinin faktları inkar etmək üçün əsası qalmayıb. AAK sədri Famil Mustafayev “Xalq” qəzetinə müsahibəsində deyib ki, fəlsəfə doktoru plagiatlığa görə elmi dərəcəsindən məhrum edilib. O vurğulayıb ki, elmi dərəcə üçün müraciət edən alimin dissertasiya işi plagiat çıxıb.

Onun sözlərinə görə, komissiya şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir: “Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib. Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı.

Onu da qeyd edim ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edilmiş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır”.

AAK sədri nə üçün elmi addan məhrum edilən şəxsin adını, onun kimlərin əsərlərindən plagiat etdiyini, hansı elm sahəsi üzrə “elmi iş yazdığı”nı, elmi rəhbərinin kimliyini açıqlamayıb? AAK sədri niyə konkret olaraq ad çəkmir ki, bu şəxsin kimliyi bütün elmi ictimaiyyətə məlum olsun?

Ekspertlərin sözlərinə görə, bu gün saxta yollarla elmi dərəcə, elmi ad alanlar coxdur. Bu baxımdan, AAK sədri konkret ad çəkməlidir ki, filankəsin elmi adı ləğv olundu, elmi rəhbəri filankəs idi, filan mövzuda yazmışdı. Belə ciddi məsələlərdə ümumi danışmağın heç bir effekt verməyəcəyini deyən ekspertlər hesab edir ki, konkret ad çəkilməli və plagiat ifşa olunmalı idi. Çünki bu başqalarına da ciddi dərs olardı. Belələrinin ifşa olunmasının plagiatçılıqla mübarizədə daha effektiv rol oynaya biləcəyini deyən ekspertlərin fikrincə, həmin şəxsin adı açıqlanmalıdır.

Professor Həbib Zərbəliyev bizimlə söhbətində bildirdi ki, baş verən AAK-ın tarixində ilk haldır. “Düzdür, Azad Mirzəcanzadənin vaxtında da belə imtinalar olurdu, amma yuxarı instansiyalardan təpkilər gəlirdi. Görünür, Azad Mirzəcanzadənin də öz vəzifəsindən istefa verməsinin də səbəbi elə bu olmuşdu. Çünki müxtəlif yerlərdən təzyiq edilirdi ki, onun təsdiqləməkdən imtina etdiyi işlər təsdiq olunsun.

Baş verən bu məsələ yeni dövrdə ilk haldır. Əvvəllər insanlar kifayət qədər məlumatlı deyildilər ki, dissertasiya işi belə dəqiq yoxlanıla və onların köçürmə olduğu üzə çıxa bilər. Bu hal ilk dəfə baş verdiyi üçün bəlkə də ad çəkilməsinə ehiyac yoxdur. Çünki o alim olmaq iddiasına düşən bir şəxs olmaqla yanaşı həm də cəmiyyətin bir üzvüdür, bəlkə də bu etik cəhətdən də doğru olmazdı. Ona görə ki, ilk haldır. Bu əlbəttə, cəmiyyətə çox ciddi bir siqnaldır. Digəriləri də artıq bilsinlər ki, belə yoxlamalar həyata keçirilir və başqasının elmi işini oğurlamaq, mənimsəmək mənfi haldır, gələcəkdə belə hallara yol verilməsin.

Digər  tərəfdən, elmi dərəcəsindən məhrum edilən şəxsin adı, kimliyi, hansı mövzuda yazdığı  açıqlanaydı bu daha doğru olardı. Çünki cəmiyyət bilərdi. Amma dediyim kimi ilk hal kimi güzəştə getmək olar”.

H.Zərbəliyevin sözlərinə görə, əslində, bu fakt, bu material geniş şəkildə yayılmalıdır və hər kəs bununla tanış olmalıdır ki, gələcəkdə başqasının elmi işini oğurlayanların kimliyi açıqlanacaq, onları cəmiyyət də tanıyacaq,  onlar  plagiatlıqdan əl çəksinlər.  

Filologiya üzrə fəlsəfə doktoru, dosent, ali təhsil üzrə mütəxəssis Vüsalə Ağabəyli baki-xeber.com-a bildirdi ki, AAK sədri konkret ad çəkməli idi, amma onun ad çəkməməsi ortaya xeyli şübhəli məqamlar çıxarır: “Bu məsələ bir az yox, xeyli qəliz görünür mənə. Çünki şübhəli məqamlar var. Əslində, biz sizinlə hər zaman müsahibələrdə, görüşlərdə saxta diplom alanları, saxta müdafiə edənləri tənqid etmişik. Lakin hazırda baş verən hadisə mənə müəmmalı görünür. İşin saxtalığını və ya plagiatlığını diplom verməzdən öncə AAK müəyyən edib həmin “alimləri” ifşa etsəydi o zaman AAK-ın fəaliyyəti həm inandırıcı, həm də ümidli görünə bilərdi. Lakin AAK bunu xarici ölkədə yaşayan hər hansı bir şəxsin və ya şəxslərin sifarişi və şikayəti əsasında həyata keçirməsi AAK-ın indiyə qədərki fəaliyyətinin əslində şəffaf olmadığını və qeyri-peşəkar olduğunu bir növ sübut edir. Nə məlumdur ki, şikayət qərəzli deyil və ya sistemli şəkildə oyun qurulmayıb? Mən iki gündür şübhə ilə yanaşıram bu məsələyə. Çünki real olaraq, elmi rəhbərlik “məharətləri” və diplomları əllərindən alınası bir çox “alim” var ki, onlar yüksək vəzifələrdə fəaliyyət göstərir, belələrini ifşa etməyə də gərək yoxdur heç, çünki hamı bilir və hamı tanıyır. Əgər onlara göz yumulursa, onların əyri əməlləri və qeyri-peşəkarlığı görməzdən gəlinirsə, deməli kiminsə də diplomunun xaricdə oturan sifarişçinin əliylə ləğv edilməsi ədalətli deyil.

Mən niyə bu məsələyə, tam mənada şübhə ilə yanaşıram, açıqlayım. Bizdə bəzən haqq sözünü deməyi bacaran, cəsarətli kadrların səsini kəsmək üçün onlara müxtəlif səpkili oyunlar və ssenarilər qurula bilir. Dərhal məlum ssenari üzrə hal şahidləri, hadisə iştirakçıları, "krala" xoş gəlməyə çalışanlar əl-ayağa düşür və bürokratik əngəllərin iştirakçısına çevrilməyə nail ola bilirlər: səhifə-səhifə toplanılan imzalar, nümunə gətirilən "faktlarla" hədəf olan şəxsi vətən xaini də çıxarmaq mümkündür, nəinki plagiatçı. Bu çox mühüm məsələdir. Çünki bu cür taktiki oyunların qurucuları və həmkarları adətən əlləri hər daşın altına girən şəxslər olur, bu baxımdan da əgər onların öz diplomlarının saxtalığı və onların ətrafında yüksək vəzifə daşıyanların diplomlarının saxtalığı ilkin növbədə ifşa olunmursa, xaricdən gələn sifariş əsasında ləğv olunan diplomun həqiqiliyinə şübhə edirəm. Mənim ölkəmin AAK-nın qərar və yanaşmasını xarici ölkə hansı şəkildə müəyyən edə və ya həlledici qərara təsir gücü göstərə bilər. Bu Azərbaycandan kənarda olan hər hansı bir azərbaycanlının qərəzli əməlinə bənzəyir”.

V.Ağabəyli qeyd etdi ki, bu gün saxta alimlik diplomu gəzdirənləri ölkədə hamı tanıyır, onların da elmi adlarının  geri alınması lazımdır. “O ki, qaldı saxta və plagiat diplomlulara, bəli, onların sayı-hesabı yoxdur. Belələrini isə hər bir müəssisə daxilində müdafiə şurasının üzvlərindən tutmuş, ən sıravi müəllimlərə qədər hamı bilir. Lakin bu onlarda özgüvəni azaltmır, əksinə təkəbbürü dərinləşdirir, çünki yüksək vəzifələrdədirlər və dəstəkçiləri çoxdur. Kiminsə diplomunun alınıb-alınmaması, gözə kül üfürülməsi mənə qətiyyən maraqlı deyil. Nə qədər ki, saxta diplomlular, saxta alimlər, qeyri-peşəkar kadrlar yüksək vəzifələrdə oturacaq o zaman mən ləğv olunan diplomlara belə inana bilmərəm.

Hələ müəyyən məbləğ qarşılığında başqa alimə dissertasiya işi yazdırıb müdafiə edənlər də çoxdur, onların işində plagiatlıq çıxmayacaq, çünki başqa bir alim yazıb. Belə çıxır ki, kiminsə beyninin məhsulu ilə alim olanlar saxta hesab olunmamalıdır? Yəni, yenə də pulu çox olanlar digərlərinə meydan oxuyacaq?

Mən AAK sədrliyini bu məsələdə tam ehtiyatlı və diqqətli olmağa səsləyirəm. Ən azından hamı tərəfindən bilinən saxta alimlərin yüksək postlarda kreslolara yapışıb qalmasına müdaxilə etməyə və onları ifşa etməyə nail olsunlar” - deyə V.Ağabəyli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ