çərşənbə günü, 11 noyabr 2026
     

İşğaldan azad edilmiş torpaqlarımızda erməni ekoloji cinayətlərini ifşa etməyin yeni üsulu - botanika bağları...

Image


İşğaldan azad edilən ərazilərimizin təbiətinin bərpası olduqca vacib bir məsələ kimi qarşımızda durur.

Qarabağ ərazisində, xüsusən də dağlıq hissədə dağ botanika bağının salınması, işğaldan azad edilən ərazilərdə bitki, meşə və s örtüyünün inkişaf etdirilməsi, bərpası yolları tapılmalı və proses sürətlənməlidir.

  • “Torpaqlarımız işğaldan azad edilib, indi Qarabağın...”

Bilogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki,  Ermənistanın işğalçılığı dövründə təbiətimiz vandalcasına dağıdılıb, biomüxtəliflik pozulub, çaylar, göllər zəhərləndirilib, çirkləndirilməyə məruz qalıb. “Torpaqlarımız işğaldan azad edilib, indi Qarabağın biomüxtəlifliyinin əvvəlki və müasir vəziyyətini müqayisəli analiz etmək, əldə edilmiş nəticələr əsasında ekoloji terrora məruz qalmış, təbii tarazılığı pozulmuş ekosistemlərin bərpası yollarını fundamental elmi əsaslarla tədqiq etmək biologiya elminin qarşısında duran aktual məsələlərdən biridir.

Bu istiqamətdə vacib sahələrdən biri də Qarabağın dendroflorasının nadir, relikt və endem bitkilərinin müxtəlif aspektlərdən öyrənilməsidir. Ona görə ki, ermənilər işğalın davam etdiyi müddətdə Qarabağın meşələrinə qazanc obyekti kimi baxmış, antropogen təsirlərlə  həsas nadir, relikt və endem bitki növlərinə daha çox zərər vurmuşdular”.

  • “Son tədqiqatlara görə, Qarabağ ərazisində 2000-dən çox ali bitki növü müəyyən edilib”

S.Qarayevin sözlərinə görə, Qarabağ  Azərbaycanın Kiçik Qafqaz bataniki-coğrafi rayonunun mərkəzi və cənubi hissəsini əhatə edir və Qafqaz florasının növ müxtəliflyilə zəngin bölgələrindəndir. “Son tədqiqatlara görə, Qarabağ ərazisində 2000-dən çox ali bitki növü müəyyən edilmişdir. Ərazidə meşə bitkiliyi, qarışıq tərkibli kolluqlar, friganoid və bozqır bitkiliyi, qaya bitkiliyi, su-bataqlıq bitkiliyi,  subalp və alp çəmənliyi, eyni zamanda meşə və kolluqların, bozqır bitkilərin yerində yenidən bərpa olunmuş bitki örtüyü bitkilik quruplaşmaları üstünlük təşkil edir. Qarabağın florası  nadir, endem, relikt ağac və kol bitki növlərilə zəngindir.

2013-cü ildə nəşr edilmiş Azərbaycan Respublikasının Qırmızı Kitabında Qarabağ dendroflorasında yayılan 14 fəsiləyə, 16 cinsə aid 16 növ verilmişdir. Bunlardan 2 növ poltav floarsı (Platanus orientalis L., Punica granatum L.) 3 növ isə (Taxus baccata L., Castanea    sativa Mill., Zelkova  carpinifolia (Pall) C.Koch.)- Tuqay floarsına aid reliktlərdir.

Son aparılan tədqiqatlara görə, Qarabağın dendroflorasında olan 18 fəsiləyə, 25 cinsə aid 40 növ ağac və kol bitkiləri təsvir olunmuşdur. Onlardan 2 növ (Ficus hyrcana A.Grossh.- Hircan ənciri., Rosa azerbaidshanica Novoposkr et Rzazade.- Azərbaycan itburnu ) Azərbaycanın endem bitkiləridir .  2 növ (Ficus hyrcana A.Grossh.- Hircan ənciri., Platanus orientalis L.-Şərq çinarı) III dövrün əvvələrində, tropik iqlimdə yaylmış həmişəyaşıl Poltav florasının, 7 növ (Pinus kociana Klotzsh ex. K.Koch.- Kox şamı, İlex hyrcana Pojark.-Hirkan pirkalı, Corylus colurna L. Ayı fındığı, Castanea sativa Hill.- Adi şabalıd, Quercus iberica Stevan ex M.Bieb.-Gürcü palıdı, Tilia begoniifolia Stev.-Qafqaz cökəsi., Zelkova carpinifolia (Pall.)K.Koch. Vələsyapaq azat (Nil) ağacı) Paleogenin Oliqosen mərhələsnin ortalarında başlayaraq, mülayim mezotermik iqlimdə yayılmış yarpağını tökən Turqay florasının, 1 növ (Quercus araxina (Trautv.) Grossh.-Araz palıdı) isə III dövrün sonlarlndan başlayan kserotermik iqlimin relikt bitkiləridir”.

  • “Ekoloji terror nəticəsində Qarbağın ekosistemlərində...”

S.Qarayev vurğuladı ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqlarımızın 20%-ni təşkil edən ərazilərin 260 min hektarı (ümumi meşə fondumuzun 26 %-i) meşə olmuşdur. “Bu meşələrin 43 min hektara yaxını xüsusi mühafizə olunan, nadir, endem və relikt növlərin üstünlük təşkil etdiyi Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının əraziləridir. Buradakı qiymətli ağac və kol növləri uzun illər ərzində ekoloji terora məruz qalmış, talan edilmişdir. Ekoloji terror konkret ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyandır. Ekoloji terror nəticəsində Qarbağın ekosistemlərində bir çox komponentlər sıradan çıxmış, dağılmağa başlamış, təbii tarızılığı pozulmuşdur. Florada məhsuldarlıq azalmış, fauna növləri daha yaxşı təbii şəraiti olan digər yerlərə köç etmişlər”.

  • “Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində - Zəngilan rayonundadır”

“Bir sıra faktları qeyd edək” deyə bildirən S.Qarayevin sözlərinə görə, Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib: “Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində - Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Əsrlərin yadigarı olan çinar ağaclarının bir hissəsi ermənilər tərəfindən qırılıb və məhv edilmişdir. Ermənilər Zəngilan rayonunun Rəzdərə, Muğanlı kəndlərində çinar meşəsinin yerləşdiyi ərazidə ağac emalı sexləri açıb,   mebel materialları istehsal edirdilər. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdan tutma qırıb istifadə edirldilər. Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən Corylus colurna- ayı fındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılırdı. Laçın rayonunda yerləşən 240 hektar ərazisi olan Qaragöl Dövlət Təbiət Qoruğuna da ciddi zərərr vurulmuşdur. Hacışamlı meşəsində dünyada  qiymətli növlərdən olan Quercus hyposhrysa- qırmızı palıd (qızılı palıd) ağacları var. Azərbaycanda yalnız həmin yasaqlıqda yayılan bu ağacın materialından qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində, istifadə məqsədilə ağaclar kütləvi sürətdə qırılmış, xaricə satılıb.

Şuşa şəhərində “Ağzı yastı” kaha adlanan yerin qabağından Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər aparılmışdır. “Haça yal” adlanan sahədə uzun illər mədəni formada əkilərək becərilmiş 2000 ədədədək palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib.  Bu yasaqlığın böyük bir hissəsi tamamilə məhv edilib. Hələ 2005-ci ildə əldə olunmuş video kasetlərdən və peyk vasitəsilə aparılmış çəkilişlərdən müəyyən edilib ki, Şuşa şəhərinin “Cıdır düzü” adlanan qoruq ərazisində, “Çöl qala” adlanan ərazi ətrafında Xəlifəli, Qaybalı və Daşaltı kəndlərinin ərazilərində olan meşələr və ağaclar qırılıb”.

  • “Ağdam rayonundakı 400 illik təbiət abidəsini partladıb...”

S.Qarayevin bildirdiyinə görə, 13160 hektar meşə təsərrüfatı sahəsi olan Qubadlıda da meşələrin böyük bir hissəsi məhv edilib və  2005-ci ilə kimi Ermənistan tərəfi işğal edilmiş bu ərazilərdən 720 min m3 ağac materialı tədarük edib. “Ağdam rayonundakı 400 illik təbiət abidəsini partladıb, hissələrə bölərək, məhv ediblər. İşğal edilmiş Azərbaycan ərazilərində hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan Şərq çinarı, dağdağan, azat armud, palıd və saqqız ağaclarından ibarət 152 ədəd təbiət abidəsi – pasportlaşdırılmış ağaclar var idi. Bu ağaclardan 10-u Dağlıq Qarabağda, 4-ü Ağdərə, 2-si Xocavənd, 85-i Ağdam, 14-ü Cəbrayıl, 6-sı Zəngilan, 10-u Qubadlı, 10-u Laçın və 11-i Füzuli rayonu ərazisində idi.  Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunan digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələri sayılan çinarlar kəsilib. Şuşa ətrafındakı Topxana meşəsi qadağan olunan ağ fosforla yandırılıb.

İkinci Qarbağ müharibəsi dövründə də ermənilər qovulduqları kənd və şəhərləri, evləri yandırdıqları kimi, meşələri də yandırırdılar.

Torpaqlarımızın işğaldan azad edilməsi biologiya elminin, o cümlədən də botanika elminin qarşısında yeni vəzifələr yaratmış, bir sıra məslələri aktuallaşdırıb:

1. İşğaldan azad edilmiş ərazilərin florası müsir metodlarla yenidən tədqiq edilməlidir;

2. Floraya dəymiş ziyan sistemli şəkildə müəyyənləşməli, müvafiq Beynəlxalq təşkilatlara, elmi konfranlrda dünya alimlərinin diqqətinə çatdırılmalıdır;

3. Təbii tarazılığı pozulmuş ekosistemlərin bərpası yolları öyrənilməlidir;

4. Azərbaycan florası, Azərbaycan Florasının Qırmızı Kitabı, Azərbaycanın Ağac və Kolları kitabları yenidən yazılmalıdır.

5. Qarabağda meşələrimizin, xüsusuilə nadir, endem və relikt növlərin bərpası üçün toxmluq və tinglik təssərüfatları yaradılmalıdır. Bakı, Sumqayıt və iri şəhərlərin yaşıllaşdırılmasında da bu cür qiymətli ağac və kol növlərindən geniş istifadə olunması məqsədə uyğun olardı”-deyə alim məsələ ilə bağlı təkliflərini də səsləndirdi. Həmçinin S.Qarayev hesab edir ki, Qarabağ ərazisində, xüsusən də dağlıq hissədə dağ botanika bağının salınması da vacib məsələlərdəndir: Təklif edərdim ki, o ərazilərdə Dağ Botanika bağı salınsın. Hər iki ərazidə ekoturizmin inkişafı ilə bağlı hər cür şərait var “Təklif edərdim ki, o ərazilərdə Dağ Botanika bağı salınsın. Hər iki ərazidə ekoturizmin inkişafı ilə bağlı hər cür şərait var”

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ