çərşənbə günü, 11 noyabr 2026
     

Şəhid Piriyev Raul Zabid oğlu - FOTO

Image


Bir ucu gülən, bir ucu ağlayan dünyanın sakinləriyik. Bir gözümüz gülə-gülə, bir gözümüz ağlaya-ağlaya yaşayırıq Allahın bizə verdiyi bir insan ömrünü. Kimi bir il, kimi 20 il, kimi əlli, kimi yüz. Doğulan kimi köçən də var bu dünyadan, bir ömürdə neçə ömür yaşayan da. Bu, məxluqu yaradan Xaliqin kimsənin baş açmayacağı sirlərindəndir...

Allah-təala kimsəni nə bir gün gec, nə bir gün tez bu dünyadan aparmaz. Çox vaxt cavanlar haqqında “vaxtsız getdi” deyirlər, amma hamı vaxtında gedir. Sadəcə bu vaxtı biz bilmirik, onu yalnız yazan bilir...

23 yaşlı bir şəhidin ömrünü kim hesablaya bilər? Hər güllə atılanda ölüb-dirilən və yenidən ölümə doğru irəliləyən əsgərin güllə yağışı altındakı ömrünü kim hesablaya bilər? Özü yaralı ola-ola yaralıların, şəhidlərin döyüş meydanından çıxarılmasına şərait yaratmaq üçün özünü güllə qabağına verən fədainin ömrünü kim hesablaya bilər? Kim deyə bilər ki, 23 yaşlı Raulun həqiqətdə neçə yaşı var?...

Haşiyə: Raul Zabid oğlu Piriyev 1997-ci il iyunun 4-də Şəmkir rayonunun Kür qəsəbəsində dünyaya göz açmışdır, əslən Qərbi Azərbaycandandır. İbtidai təhsilini Kür qəsəbəsindəki H.Z.Tağıyev adına 2 saylı orta məktəbdə almış, 2006-ci ildə ailəlikcə Bakıya köçdüklərindən təhsilini Sabunçu rayonu F.Bayramov adına 22 saylı orta məktəbdə davam etdirmişdir.

2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin Dəmiryol Nəqliyyatı və Təsərrüfatı mühəndisliyi fakültəsində ali təhsil almışdır.

Təhsil müddətində McDonald’s restoranında çalışmışdır. Universiteti bitirən ili hərbi xidmətə çağrılmış, oktyabrın 8-də yola düşmüşdür. İlkin Ağcabədidə xidmət etmiş, sonra Cəlilabad Göytəpə taborunda xüsusi təyinatlı kimi fəaliyyət göstərmişdir.

Hərbi xidmətin bitməsinə az qalmış, müharibə başlamış, hamı kimi Raul da döyüşlərə qatılmışdır. Murovdağ, Füzuli və Cəbrayılın alınması uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş, oktyabrın 5-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, Maştağa Şəhidlər Xiyabanında dəfn olunmuşdur...

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif olunmuşdur...

Hərbi hissədən şəhidimizə başqa medalların da veriləcəyi qeyd olunmuşdur...

Atası Zabidin dediklərindən: “Sentyabrın 25-də zəng edəndə dedim, oktyabrda gəlirsən, bala. Gülərək cavab verdi ki, ata, sən nə danışırsan, bizim hələ işlərimiz qabaqdadır. Axırıncı dəfə oktyabrın 4-də mənə zəng vurdu, dedi ki, ata, Goranboydayıq, burada işimizi bitirmişik, gedirik torpaqları almağa. Əslindəsə həmin vaxt Murovu azad edib, Füzuliyə gedirmişlər...

Sonuncu döyüşü Cəbrayıl ətrafında olub, elə orada da şəhid olub. Komandirinin dediyinə görə, 4-dən 5-ə keçən gecə onlara hücum əmru verilib. Lakin deyiblər ki, düşmən tərəfdə az sayda əsgər var. Ona görə də tabordan cəmi səkkiz əsgər döyüşə gedib. 5-də hava işıqlaşanda biliblər ki, bunlar hərbi bazanın üstünə gediblər və görüblər ki, burada qoşun, güclü texnika var. Orada qızğın döyüş gedib, onlar mühasirəyə düşüb, şəhid olublar...

Raul əvvəlki döyüşdə də ayağından yaralanıbmış, amma qospitala getməyib. Komandirin dediyinə görə, Raul qəhrəmancasına döyüşürmüş, hətta şəhidlərimizin və yaralılarımızın döyüş meydanından çıxarılmasına şərait yaradırmış...

Çox böyük qürur hissi keçirirəm ki, belə bir oğul böyütmüşəm. Oğlumla fəxr edirəm. Hər ataya Raul kimi oğul qismət olmur. Bütün şəhidlər mənim oğlum, mən də bütün şəhidlərin atasıyam...”.

Raulun anası Nəcibə Piriyeva ilə zəngləşdik, görüşmək istədiyimizi bildirdik. Qərarlsaşdığımız gündə Maştağa Daş karxanasına getdim, avtobusdan düşəndə Nəcibə xanımı artıq çatdığını gördüm. Nahaq zəhmət çəkdiyini söylədim. Sonra xeyli yol getdik və etiraf etdim ki, mən bu evi tapa bilməzdim və Nəcibə xanıma bir də təşəkkür elədim. O qədər sadə, təvazökar xanım idi ki...

Evə girəndə qapı ilə üzbəüz qoyulmuş sərgi diqqətimi çəkdi...

2020-ci il Vətən Müharibəsi şəhidlərinə verilən dəyərlərdən biri də hər evdə şəhid muzeyinin yaradılmasıdır. Böyük-kiçik otaqda yaradılmasından asılı olmayaraq, bu muzeylərin gələcək nəslin tərbiyıəsində də böyük rolu olacağını düşünürük. Əslində orden-medalsız 90-cı il şəhidlərinin də ev muzeylərinin yaradılması vacibdir. Şəhidlər xiyabanında 90-cı il şəhidlərinin məzarları da gül-çiçəyə bürünməlidir. Bu onların da haqqıdır vəümid edirəm ki, onların bu haqqı bir gün ödəniləcəkdir...

 Nəcibə xanım ilk söhbətimizdə çox sakit görünürdü. Suallarımı da aydın cavablandırmağa çalışırdı. Raulun uşaqlığı haqqında danışmasını xahiş etdikdə, həvəslə qəbul etdi və dedi: “Raul çox möcüzə uşaq olub, hər şeyi başa düşürdü. Sakit idi, yaşından böyük idi, bu da məni çox təəccübləndirirdi. Uşaqlıqdan intizamlı olub. Olduqca sözə baxan idi. O biri uşaqlar qoyduğum xətti vurub keçərdilər, Raul isə qadağa qoyduğum yerdən o tərəfə keçməzdi...

Uşaqlıqdan ailəyə çox bağlı idi, hər uşaq ailəyə belə bağlı olmur. Biz bir arada Rusiyada yaşadıq. Sonra gəldik, bu yeri götürdük, ev tikdik. Raulu bibisigilə qoymuşduq, 9 yaşı var idi. Dedi ki mən də sizlə qalmaq istəyirəm, sizə kömək etmək istəyirəm. Bu evi tikəndə o qədər çalışdı, bizimlə bərabər işlədi. Bu evin hər yerində Raulla bağlı xatirələrimiz vardır.  Raul başqa uşaq idi, onun həyatında o qədər şeylər olub ki, danışsam, bir kitab yazmaq olar...”.

Əslində hər insanın həyatı bir romandır, o olsun ŞƏHİD ola. Hər şəhidin həyatı, doğulduğu gündən şəhidliyinə kimi möcüzələrlə dolu olur. Nəcibə xanım ilk cümləsində “Raud möcüzə uşaq olub” deyəndə mən bu fikrə heç də təəccüblənmədim. Şəhid ömrü bir tarixdir, həyatını qurban verdiyi torpağın tarixinin, Vətən tarixinin bir hissəsidir. Deyirlər insan öləndən sonra çürüyüb bir ovuc torpaq olur və vətən torpağını bir ovuc artırır. Amma şəhidlər çürümürlər və onlar Vətən torpağını bir ovucları qədər deyil, özləri qədər artırırlar. Necə ki, Şəhid ömrü adi insan ömründən dəfələrcə çoxdur...

Nəcibə xanım Raulun uşaqlığından danışanda üzündə təbəssüm oyanırdı. Sanki qarşısındadır, onu görürmüş kimi danışırdı: “Ataları hər səhər qaçırdı, uşaqları da qaçırdırdı. Sonra da soyuq su ilə yuyundururdu, keçirdilər evə, idman edirdilər. Atası futbolu çox sevdiyindən Raula doğulmamışdan məşhur Braziliya futbolçusunun adını qoymuşdu. Raul da futbolu çox sevirdi. Hava, su kimi sevirdi, elə belə yox. Məktəb vaxtı uşaqlarla yığışırdılar, danışıb stadionu alırdılar, futbol oynayırdılar. Futbola o qədər bağlıydı ki, arzusu futbolçu olmaq idi, amma biz onun oxumasını istəyirdik. McDonald’sda futbol komandasnda da oynayırdı. Bir dəfə oyun zamanı toqquşub, zərbə aldığından onu daha futbola qoymadıq...

Bir də bir arzusu var idi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi arzulayırdı, qoymadıq. Amma əsgər gedəndən sonra yenə də Xüsusi Təyinatlı Qüvvələrə yazıldı. Vətənpərvər idi, vətənini, torpağını çox sevirdi... 

Raul asudə vaxtlarını kitab oxumaqla keçirirdi. Hətta kiçik qardaşları Raufun və Namiqin də dərslərinə ciddi nəzarət edirdi. Universitetdə əlaçı idi, təqaüd alırdı. Universitet müəllimi gəlmişdi, gələndən gedənə kimi gözünün yaşını saxlaya bilmədi....

Bizə yük düşməsin deyə işləyirdi. Dərsdən çıxıb işə gedirdi, gecə saat 1-in yarısı gəlirdi evə, bir az gec olan kimi nigaran qalırdım, yazırdım... Hərbi xidmətdən gələndən sonra magistraturaya girmək istəyirdi. Həmişə deyirdim ki, bəlkə magistr oxuyub sonra gedəsən hərbi xidmətə. Deyirdi, yox ana, öncə vətəndir. Bütün şəhidlərimizlə qürur duyuram. Hamısı ilə. Çünki onlar olmasa idi, bu gün torpaqlarımız azad olunmayacaqdı...”.

Raulun uşaqlığından danışan Nəcibə xanım sanki dəyişib başqa bir adam oldu. Xatirələrindəki Raul böyüyüncə, balaca futbolçu əsgərə çevrilincə, Nəcibə xanımın üzündəki təbəssüm də yerini kədərə verdi. Artıq göz yaşları da sözünə baxmadı, bilaixtiyar axmağa başladı. O indi ağlaya-ağlaya danışırdı və bu ağlayış söhbətimizin sonuna kimi davam etdi. Ağlamağı kəsilmədi, sanki onun acığına Şəhid anası da danışığını kəsmədi. Vətənə qurban verdiyi igid oğlunun haqqında daha həvəslə danışdı...  

“Raul işlədiyi müddətdə hər ilin ən yaxşı işçisi kimi tərifnamələr almışdır, deyib, onları bir-bir göstərdi. İş yoldaşları həmişəRaulun hörmətini saxlayırdılar. Elə indi də gəılib baş çəkirlər. Danışırdılar ki, Raulun şəhid xəbərini eşidəndə, sanki iş dayandı. Menecerlər gəlib deyirdilər ki, işlər qalıb, işləmək lazımdır. Heç kimin əli gəlmirdi, işləmək istəmirdik. Sanki bir anda hamımız güclü şok yaşadıq...

Xasiyyətini bilirdim, deyirdim ki, Raul, özünə elə qız seç ki, xasiyyətinə uyğun olsun. Deyirdi, ay ana, qızlar var, amma hələ yoxlayıram...

Qardaşları ilə dost idi, atası ilə dost idi. Həmişə sakit olub, qaynayıb-qarışmayıb. Əsgər getməmişdən əvvəl başını çiynimə qoyurdu. Qucaqlayırdı, öpürdü məni. Sevinirdim, atasına deyirdim ki, Raul dəyişib...”.

Bəli, ana sevinirdi ki, oğlu dəyişib, istiqanlı olub, anasına mehriban olub. Amma ana bilmirdi ki, bu nədən irəli gəlir. Yəqin ki, heç Raulun özü də bilmirdi, anasını sevindirən bu hisslərin nədən qaynaqlandığının fərqinə varmadan, başını anasının çiyninə qoyur, onu qucaqlayır, öpürdü. Amma Raulun ruhu bunu bilirdi. Axı, şəhidlər həlı ruhlar aləmində Allahla əhd bağlayırlar ki, Şəhid olacaqlar. İnsan doğulur, böyüyür, bəzən şəhid olana yaxın bunu hiss edir, bəzənsə şəhid olanda. Bizim feyzbuk dostlarımızdan elələri var idi ki, müharibə başlayanda qəribə statuslar paylaşırdılar və onların şəhid xəbərini eşitdik. Cənub bölgəsindən Şükür İlyasov əvvəl paylaşmışdı ki, “şəhadət yaxınlaşır”, sonra “şəhadət yetişdi” yazdı və könüllü ön cəbhəyə getdi. İki gündən sonra şəhid xəbəri gəldi...

Nəcibə xanım xatirələr dənizindən ayrılıb qalxdı, sərgilənən şəkillərdən bəziləri yığıb gətirdi. Hər şəkildən bir Raul baxırdı. Bəzən şən, bəzən kədərli, bəzən ciddi, bəzən dalğın baxışları izlədikcə, şəkillərdən boylanan məsum çöhrəni seyr etdikcə, deməyə  söz tapmırsan. Amma Şəhid anasının sözü hələ bitməmişdi, hərdən kipriklərini sıxıb gözlərini damlalardan azad etsə də, içindəki həsrətdən qurtula bilmirdi və həyatının sonuna kimi onu izləyəcək bu həsrətlə barışmalı olurdu və bəlkə də bu həsrətə qalib gəlmək üçün susmaq istəmirdi, danışırdı: “2019-cu il oktyabrın 3-də Raul universitet diplomu aldı. Oktyabrın 8-də yola saldıq. Dedik ki, qayıdandan sonra həm əsgərliyini, həm də diplomunu qeyd edərik...

Andiçmə mərasimi Ağcabədidə oldu, getmişdik. Raul məni apardı içəri saldı, yerlərini göstərdi. Bilmədim ki, bu mənim Raulla axırıncı görüşümdür. Atası ilə qardaşı sonra yenə getdilər yanına. Mən də hazırlaşdım ki, çərşənbələrdə gedək, amma karantin oldu, gedə bilmədik. Deyirdi, ana gəlmə, buraxmayacaqlar. Deyirdim ki, eybi yox, buraxmazlar, bayırda dayanaram, ordan səni görərəm. Dedi, yox, gəlmə. Sonra da hamı dedi ki, o içəridə, sən bayırda dayansaq, uşaq daha da narahat olar. Getmədik, amma gərək gedəydik...”.

Ana nə biləydi ki, balasını daha görə bilməyəcək. Ana nə biləydi ki, əsgərlik bitməmiş, müharibə başlayacaq və mənfur düşmən onun sevimli Raulunu əlindən alacaq...

Nəcibə xanım danışırdı, amma göz yzaşları onun bəzi sözlərini başa büşməyimə mane olurdu. Söhbəti dəyişib başqa səmtə yönəltdim və alın yazısı ilə bağlı bir əhvalat danışdım. Son sualımın cavabı kimi ana dərindən köks ötürüb dedi: “2020-ci il oktyabrın 15-də buraxılacaqdı. Dedi ki, ana, gələ bilməsək, qaldıq dekabra. Gözləyirdik gəlişini, böyük ümidlə gözləyirdik. Deyirdim ki, yox, Raul gələcək, gəlməyə bilməz. Amma mən deyən olmadı, yazısı belə imiş...

Mağarı görəndə hamı şoka düşdü. Dedilər, biz nə üçün gələməliydik, nə üçün gəldik...”.

Bəli, bu mağara bir əsgəri, bir universitet məzununu təbrik etmək üçün yığışacaqdı qohum-əqrəba, dost-tanış. Amma yazılan yazılmışdı. insanlar bu mağara bir igidə ağlamağa, Raulu oxşamağa yığışdılar. Hamı “Allah rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun” dedi. Amma bilmədilər ki, yuxarıda Raulu təbrik etməyə gələnlər daha çox idi. Bəli, bu insanlardan xəbərsiz minlərlə mələk Raulu şəhadəti münasibətilə təbrik edirdi...    

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ