çərşənbə günü, 11 noyabr 2026
     

Şəhid Rəşad Ağabəy oğlu Babayev... - FOTO

Image


Azərbaycanın dilbər guşəsi olan Qarabağ uzun illər düşmən tapdağında inlədi. Mənfur düşmənin fitnə-fəsadları artdıqca, kəndlər, şəhərlər dağıldı, insanlar yurd yerlərindən didərgin salındı, torpağımızda qan göllədin yarandı, ölkəmizin hər bölgəsində şəhidləri qoynuna alan xiyabanlar salındı. Analar, bacılar ağlar qaldı, atalar, qardaşlar küsgün oldu, gəlinlər, körpələr ümidsiz oldu...

Nəhayət, Azərbaycan öz gücünü düşmənə göstərdi, oğullarımız canı bahasına, qanı bahasına torpaqlarımızı düşmən tapdağından xilas etdilər. II Qarabağ Müharibəsi adı ilə tarixə düşən 44 günlük zaman kəsiyində düşməndən qisasımız alındı. Atalarımız, analarımız böyüdüb boya-başa çatdırdılqları, Vətənin ağır günündə cəbhəyə yola saldıqları övladları ilə fəxr etdilər. Bu analardan biri də “Mən fəxr edirəm ki, belə bir oğulun anasıyam” deyən Təranə xanımdır. Şəhid Rəşad Babayevin anası Təranə Babayeva...

Haşiyə: Rəşad Ağabəy oğlu Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində dünyaya göz açmşdılr. 2012-ci ildə ailəlikcə Maştağa qəsəbəsinə köçmüşlər. 1998-2006-cı illərdə 109 saylı orta məktəbdə, 2006-2009 –cu illərdə 277 saylı idman təmayüllü orta məktəbdə, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. Həmin il hərbi xidmətə çağrılmış, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində istehkamçı-kəşfiyyatçı kursunu keçmiş, N saylı hərbi hissədə xidmət etmiş, 2014-cü il  iyulun 25-də kiçik gizir rütbəsi almışdır.

Rəşad Babayev 2016-cı ildə İzmirdə keçirilən “EFES-2016” beynəlxalq təlimlırinin fəal iştirakçısı olmuş, sertifikat almışdır.  2017-ci il aprelin 30-da N saylı hərbi hissənin yaranmasının 18-ci ildönümündə döyüş hazırlığındakı nauiliyyətlərinə görə, nizam-intizamına görə hərbi hissənin komandsiri tərəfindən fəxri fərmanla təltif edilmişdir. Həmin ilin noyabrında gizir rütbəsi almış, hərbi hissədə qrup komandiri olmuşdur. O, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə yubiley medalı ilə təltif edilmişdir. 2020-ci il fevralın 28-də hərbi hissədə keçirilən cüdo üzrə yarışda I yerə layiq görülmüş, sambo yarışında yüksək nəticələr əldə etmiş, fəxri fərmanlar almışdır.

Rəşad Babayev müharibə başlayandan döyüşlərıə qatılmış, Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocavəndin şəhər və kəndlərinin alınması uğrunda gedən döyüşlərdə ön sıralarda döyüşmüş, oktyabrın 10-da Xocavənd rayonu Hadrut istiqamətində gedən döyüşdə vuruşaraq şəhid olmuşdur.

Rəşad Babayev 2019-cu ildə ailə qurmuşdur, təəssüf ki, şəhid balamızın özündən sonra yadigarı qalmamışdır.

Şəhid Rəşid Babayevin ata-anası ilə görüşdük. Anası Təranə xanım oğlu haqqında qürurla danışdı, onunla fəxr etdiyini söylədi. Ondan Rəşadın uşaqlığı haqqında danışmasını xahiş etdikdə, dedi: “Rəşad dəcəl uşaq idi, enerjili idi, amma çox gülərüz, mehriban idi. Atası ilə nəfəs alırdı, atası evə gəlməsə, yatmazdı. Körpə uşaqlarla əylənməyi xoşlayırdı..Hansı qonşu uşağını həyətə gəzdirməyə çıxarsaydı, o saat deyirdi ki, xala, ver mən gəzdirim. Qızım yoxdur, 3 oğlum vardı, ev işlərində Rəşad həmişə mənə kömək edərdi. Rəşad ortancıl uşaqdır, böyük qardaşı ondan 7-8 yaş böyük, kiçik qardaşı isə ondan 10 yaş kiçikdir. Kiçik oğlumu, demək olar ki, elə qardaşları saxlayıb. Rəşad deyirdi, mama, bizə görə də bu qədər əziyyət çəkmisiz?..

Bayaqdan bəri həvəslə danılşan Təranə xanım dərindən köks ötürdü... Yəqin ki, ana Rəşadlı günlərə qayıtdığı üçün əvvəl sevindi, sonra onun yoxluğunu düşünüb kövrəldi. Amma yenə qürurunu sındırmadı. Şəhid oğlunun uğurlarından söz açdı: “Rəşad uşaqlıqdan cüdo ilə məşğul olub, dəfələrlə yeniyetmələr arasında birincilik əldə edib, 20-də çox qızıl, bürünc medallar almışdır. Cüdo üzrə Azərbaycan Yeniyetmələr Çempionu adını qazanmışdır”. Rəşadın atası telefonu açıb oğlunun uğurlarını əks etdirən kadrları bizə göstərdi. Rəşadın  məşhud idmançı “Ağ canavar” ləqəbli Eduard Tofiq oğlu Məmmədovla da şəkli vardı...

Təranə xanım bizim istəyimizlə Rəşadın məktəb illərinə də qayıtdı, həmin anları sanki indi yaşayırmış kimi gözü önündə canlandırdı. Bir qədər sükutdan sonra dedi: “ Rəşad dərslərini yaxşı oxuyurdu. Düzdür, idmanla çox məşğul olması hardasa onu dərsdən qoyurdu, bəzi dərsləri çatdırmırdı, amma sonradan imkan tapanda yenə də öyrənirdi. Bir dəfə valideynlər iclasında müəllim dedi ki, uşaqlar ingilis dilini zəif bilirlər. Əgər döyüşdə erməni desə ki, Qarabağ Ermənistanındır, necə başa düşəcəklər.Mən də çıxış edəndə dedim ki, onlar dili zəif bilsələr də, müharibədə Qarabağın Azərbaycanın ollduğunu düşmənə silahla bildirəcəklər. Bu gün də o sözü deməyimə peşiman deyiləm. Rəşad dili də öyrəndi, vətəni torpağı sevməyi də öyrəndi, torpaq uğrunda canını verməyi də bacardı. Mən Rəşadla qürur duyuram, fəxr edirəm ki, belə oğul böyütmüşəm...”.

Rəşadın atası Ağabəy Babayevdən danışmasını xahiş etdikdə, dedi ki, mən danışa bilmərəm. Amma hər dəfə Təranə xanım Rəşadın həyatından bir epizod danışanda, ata söhbətə müdaxilə edir, həmin anla bağlı şəkilləri, video görüntüləri bizə göstərirdi. Olduqca maraqalı bir görüş idi. Ana danışır, ata əyani göstərir. Hətta ana Rəşadın ailə qurmasından bəhs edəndə, ata onun toy şəkillərini də bizə göstərdi. Ana kiçik oğlunun da əsgər olduğu deyəndə, ata oğlanları ilə birgə çəkdirdiyi şəkli göstərdi. Heç nə danışa bilməyən ata əslində bizə çox şey danışdı... Nəhayət, ondan müharibə dövründəki zəngləşmələrdən bəhs etməsini istədik, ata yenə də telefonda Rəşadın göndərdiyi son video danışığını bizə təqdim etdi və dedi: “Rəşadın həmişə dediyi bir söz var idi: “Dünyanın malı dünyada qalacaq, ölüb gedəcəyik hamımız”. O bilirdi şəhid olacaq. Sentyabrın 25-də bizimlə görüşdü, dedi təlimə gedirik. Sentyabrın 27-də eşitdik ki, müharibə başlayıb, 30-da zəng vurub, dedi ki, narahat olmsayın, yaxşıyam, hər şey yaxşı olacaq. İki gündən bir zəng vurub bizi sakitləşdirirdi. Axırıncı dəfə oktyabrın 7-də zəng vurub görüntülü danışmaq istədi, alınmadı. Video görüntü göndərdi. Orda deyir ki, baxın, bu Füzuli yoludur, bu toropaqları artıq almışıq”. Sonra da yarıciddi-yarızarafatla dedi: “Üç oğlundan bu ortancıl oğlun gör neynir”. Sonra da “Gördüz ki, yaxşıyam,yaxşı sağ olun” dedi...

Bu, Rəşadın son danışığı olub... Ata da kövrəldi. Elə mən də kövrəldim. Nə qədər içimə töksəm də, artıq göz yaşlarımı gizləyə bilmədim. Yazı yazmağıma mane olan damlaları kipriklərimdən götürdüm, yenidən eynəyimi taxıb, heç nə olmamış kimi yazmağa başladım. Yazırdım, amma içimdə bir qəhər var idi, sözüm bir anlıq boğazımda ilişib qaldı. Bir qədər keçdi, ata da, ana da Rəşadın döyüş yoldaşlarının dediklərini xatırlatmağa başladılar. Indi hər ikisi danışırdı. Hansı fikri hansının adına yazacağımı bilmədim. Sanki olanları bir yerdə anladırdılar. Mən də eləcə eşitdiklərimi yazdım: “Döyüş vaxtı danışanda deyirdim ki, özündən muğayat ol, deyirdi ki, burda vəziyyət elədir ki, bilmirsən özünü qoruyasan, ya cavan əsgərlərin qeydinə qalasan....

Döyüşçü yoldaşı danışır ki, bir dəfə döyüş zamanı cavan əsgərlərdən biri qumbaranı açır, amma ata bilmir, qumbara əlində qalır. Uşaqdır da, qanı görüb özünü itirib, şok vəziyyətində olub. Rəşad da bunu görüb, tez qumbaranı onun əlindən alıb düşmən tərəfə atıb və uşaqları xilas edib...

Digər döyüşçü yoldaşı deyir ki, Hadrutun coğrafi relyefi çox qarışıqdır, dərə-təpə yerdir. Düşmən burada fərqli mövqelərdə məhkəmkələnib. Bir yüksəkliyi aldıq, ikinciyə keçdik. Rəşad da heç vaxt  mərminin haradan gələcəyini fikirləşən deyildi, yalnız düşməni məhv etməyi düşünərdi. Dəfələrlə demişdik ki, Rəşad, bəzi məqamlarda emosiyana hakim ol. Sözə baxmırdı, atəş məqamında yerə uzanmırdı, elə ayaq üstdə vuruşurdu. Çox cəsur və qorxmaz idi. Gözünü qisas hissi tutmuşdu. Həm dəyərli dost idi, həm də əsl vətənpərvər döyüşçü. Ruhu şad olsun...

Döyüş yoldaşlarının danışdıqları çox şey var., amma bunlar xüsusi təyinatlılardır, hər şeyi yazmaq olmaz..”.

Növbəti sualımız Rəşadın şəhadəti ilə bağlı oldu. Atası dedi: “Kiçik qardaşı Rəsul 2019-cu il aprel çağrışında hərbi xidmətə getmişdi, Qazaxda sərhəd qoşunlarılnda xidmət edirdi. Sonra da Rəşad getdi. Rəsul hələ də hərbi xidmətdədir...

Döyüş yoldaşları danışırlar ki, Hadruta giriblər, 3 gün ac olublar, bir evə giriblər, yemək tapıblar.

Rəşad deyib ki, mən kolbasa yemirəm. Uşaqlar da deyib ki, şəriət icazə verir, nəsə tapmırsansa yemək olar. Sonra çıxıblar görüblər ki, ermənilər var, sakitcə keçiblər ki, onları görməsinlər, II təpədə yenidən ermənilərlə üzləşiblər, vuruşmalı olublar. Ermənilər də gülləni səpələyiblər, Rəşad da güllə yarası alıb. Uşaqlar baxıb deyiblər ki, heç nə yoxdir. Bir qədər keçəndən sonra görüblər ki, Rəşad gəzə bilmir, onu uzandırıblar. Özləri döyüşürmüşlər, hərdən də gəlib ona baxırmışlar. Axırda gəlib baxanda görüblər ki, Rəşad kəlmeyi-şəhadətini deyir. Döyüş yoldaşı başını qucaqlayıb, elə qucağında şəhid olub. Apara bilməyiblər, bir ağacın altında qoyub üstünü örtüblər. Güclü döyüşlər getdiyindən, nəşini iki gündən sonrai götürə biliblər. Cibində bir evin açarı olub, bir də 66 manat pul... 

Oktyabrın 13-də xəbər verdilər ki, ayın 10-da şəhid olub. 13-də qəsəbə nümayəndəliyindən gəldilər, qardaşı Rüfətlə  getdilər Füzuliyə, gətirdilər. Oktyabrın 14-də Maştağa Şəhidlər Xiyabanında dəfn olundu...”.

Atadan, anadan dözüm istəyir, dəyanət istəyir ki, bu cür igid oğulu torpağa versin, sonra da “Mən oğlumla fəxr edirəm” desin. Biz də həm belə qəhrəman oğullarımızla, həm də belə qürurlu, dözümlü atalarımızla, analarımızla fəxr edirik... 

Şəhid Rəşad Babayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin, ruhu şad olsun. Allah ailəsinə səbr versin...

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ