Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Şəhid Aslan Süleyman oğlu Rzayev... - FOTO

Image


Azərbaycan tarixən düşmənə sipər olan oğulları ilə öyünüb. Bakının Maştağa kəndi də hər dəfə tarixə çevrilən igid oğullarını şəhid verib. Bu gün də Azərbaycan anaları qan ağlayır, bacılar başına qara bağlayır. Bu gün də oğul dərdindən beli bükülən atalarımız göz yaşları içində boğulur. Bu gün də bir üzü qız, bir üzü gəlin analar körpə balalarını ovutmağa söz tapmır. Maştağanın hansı küçəsindən keçirsən, şəkillərdən boylanan gülümsər çöhrələr səni çağırır. Maştağa Şəhidlər Xiyabanında daş məzarlardan boylanan gözəl balalarımızın haqqında yazmaq, tarix olan övladlarımızı gələcək nəsillərə tanıtdırmaq şərəfli olduğu qədər də ağırdır. Şəhid qapısını döyməyin ağırlığı hələ 90-cı illərdən mənə tanışdır...

Bu dəfə Maştağa şəhidlərindən Şəhid Aslan Rzayevin atası Süleyman kişinin qapısını döydük. Bizi Aslanın bacısı və həyat yoldaşı Vəsilə qarşıladı. Aslanın anası evdə olmadığından, bacısı ilə danışmaq istədik. Firuzə danışmaq istəmədi, dedi ki: “Aslan mənimlə nə danışıb içimdə qalıb. Heç kimə deyə bilmərəm...”.

Gəlinin anası da qonaq gəlmişdi. Elə ilk söhbətimiz onunla oldu. Aslan haqqında kürəkəni kimi deyil, doğma balası kimi danışdı. Sonra qızına baxdı. Gəlişimizin məqsədini biləndən kövrələn Vəsilə özünü ələ alıb dedi: “Aslan 1995-ci il yanvarın 21-də Maştağa qəsəbəsində dünyaya gəlib, qəsəbədəki 108 saylı orta məktəbdə təhsil alıb, 2012-ci ildə məktəbi bitirib Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə daxil olub. Mən onu əvvəllər heç görməmişdim. Aslan evə kömək etmək üçün işləyirdi, ona görə çox dərs buraxırdı. Onu ancaq III kursda tanıdım. Məni istədiyini deyəndə, təəccübləndim. Dedi ki, mən dərsə gəlməsəm də, həmişə səni izləmişəm. Biz Salyandanıq, Aslan Maştağadan, deyə bir qədər tərəddüt etdim. IV kursda nişanlandıq. Universiteti bitirdik. 2016-cı il iyulun 25-də hərbi xidmətə çağrıldı. Ağcabədi rayonunun Qiyaməddinli kəndindəki hərbi hissədə xidmət edirdi. 2018-ci ilin yanvarında hərbi xidmətdən ayıdandan sonra onlar bizə gəldilər, 2018-ci il mayın 14-də nişanımız oldu, avqustun 26-da bacısının ad günündə toyumuz oldu, 2019-cu il mayın 21-də Altay dünyaya gəldi. Ailəcanlı idi, bizi hər yerə aparırdı. Hələ müharibə həmişə olmamış deyirdi: “Sən Aslanın arvadısan, başını dik tut”...

Bayaqdan bəri Vəsilənin gözlərində güclə saxladığı göz yaşı damlaları yanağına süzüldü. Əli ilə üzünü qapadı. Biz də susmağa məcbur olduq...

Vəsilə bizə Aslanın diplomunu da göstərdi. Dərs buraxdığına görə diplom almayan Aslana şəhid olandan sonra ATU Elmi Şurasının 21 fevral 2021-ci il tarixli iclasının qərarı ilə “FƏXRİ DİPLOM” verilmişdir... 

Otaqdakı dərin sükutu Aslanın Atası Süleyman kişinin gəlişi pozdu. Bizimlə səmimi görüşdü, üzündə təbəssüm var idi. Ondan Aslan haqqında danışmasını xahiş etdikdə, sanki ildırım çaxdı, buludlar ağladı, amma Süleyman kişi özünü sarsılmaqdan saxladı. Dedi: “Aslan məktəbdə oxuyan vaxtdan vətənpərvər idi. Şeiri çox sevirdi, çoxlu şeir əzbərləmişdi. Əslində bu bizim ailədə var, elə mən özüm də şeir həvəskarıyam. Aslan da evdə həmişə kitab görüb, şeir eşidib. Uşaqlıqda çox zirək olub, bir yaşında həm danışıb, həm gəzib. 7-8 yaşında güləşə gedib. Futbol oynamağı da sevirdi. Gecə 10-da işdən gəlirdi, gedib futbol oynayırdı. Rəqsi də sevirdi. Məktəbdə də əlaçı olub, yaxşı qiraətçi idi, gözəl qəzəllər deyirdi. Texniki sahəyə həvəsi olub, riyaziyyatı yaxşı bilirdi.

Ən böyük arzusu idi ki, işğal altında olan torpaqlarımız azad olsun. Elə səfərbərlik olan kimi getdi. 2020-ci il sentyabrın 29-da çağırış vərəqəsi gəlmişdi. Aslan Milli Orduda əsgərlikdə çavuş, manqa komandiri olub, müharibə başlayanda sentyabrın 30 da getdi, 5 gün Nasosnuda saxladılar, oktyabrın 5-də Füzuliyə göndərdilər. Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə olub. 8 gün vuruşub, sonra Hadrutda şəhid olub. Kimlər ki, əsgərlikdə ön cəbhədə olub, onları səfərbərlik zamanı ilk çağırdılar. Aslan da əsgərlikdə yaxşı atıcı olub, hərbi hissənin birincisi olub, ona görə də onu manqa komandiri qoymuşdular.  Manqa komandiri Elnurla rabitə komandiri baş leytenant Cahangir gəlmişdilər, onlar dedilər ki: “Hadruta daxil olduq, əvvəldə biz gedirdik, çatanda gördük ki, Aslanla Əli artıq oradadır, 4-5 ermənini də öldürüblər”. Həmin döyüşdə şəhid olub, neçə gündən sonra Hadrut alınıb...

Aramızda pərdə var idi. Sirrini anasına deyərdi, çətin vəziyyətlərdə söhbəti mənimlə olardı. Gedəndə ailəsinə vəsiyyət edib, “Altayı kişi kimi böyüdərsən” deyib, onlar başa düşməyiblər. Gəlin ağlayıb, deyib ki, niyə elə deyirsən, məgər gəlməyəcəksən. Deyib ki, zarafat edirəm. Əvvəldən deyib ki, mən elə bir şey edəcəyəm ki, siz mənimlə fəxr edəcəksiz...”.

Süleyman kişi susdu. Artıq nə deyəsiydi. Bir oğul böyütmüşdü, yeganə oğlunu Vətən uğrunda qurban vermişdi. Nə qədər fəxrlə danışsa, sinəsindəki oğul dağı közərirdi. O da bilirdi ki, vətənpərvər oğullar elə bu gün üçün böyüdülür, Vətən darda olanda igid oğullar döyüşə getməlidir. O da sevinirdi ki, torpaqlarımız alınıb, Vətənimiz bütövləşir. Amma bu fəxarətin, bu sevincin bir ucundan ağır bir kədər sallanırdı. Oğul istəyir bu ağırlığa tab gətirsin. Bu müharibədə təkcə oğullar şəhid olmadı. Oğul dağına tab gətirən atalar da, analar da dirigözlü şəhidlərimizdir... 

Aslanın anası Hafizə ilə başqa bir gün görüşdük. Elə ilk anda oğlunun şəhidliyindən danışdı: “Rəşadın şəhid xəbəri gəlib, gediblər gətirməyə, orada deyiblər ki, bir də Rzayev Aslan var. Şəklini istədilər, göndərdik, təsdiqlədilər ki, odur. Sonra atası getdi. Demişdi ki, baxım, icazə veriblər, son dəfə görüb...”.

Hafizə xanımdan Aslanın uşaqlığından danışmasını xahiş etdik. Xatirələr onu keçmişə apardı, Aslanlı günlər kino lenti kimi gözü önündən keçdi. Elə bil özü də gəncliyinə qayıtdı. Aslanın körpəliyini xatırladı: “diribaş uşaq idi. Nə deyirdin yadında qalırdı.   Yemək yeyəndə nağıl danışardım, nağıl olmasa yeməzdi. Danışdığım nağılların hamısı yadında qalardı. Bəzən olurdu, vaxt tez keçsin deyə nağılı ixtisar edib danışırdım. Hansı nağılı yarımçıq danışsaydım, o saat irad tutardı, deyərdi ki, bunu demədin. Bir dəfə “Göyçək Fatma”nı danışırdım, tez yekunlaşdırmım. Dedi ki, ana, bəs heç Fatmanı təndirə salmadın ki...

Qaynım oğlunun yazı stolu var idi, dedi ki, mənimçün də yazı stolu al. Dedim ki, sən balacasan, hələ qalıb, böyüyəndə sənə də yazı stolu alarıq. Dörd yaşı var isi, əl çəkmədi, axır bir stol düzəltdik. Həmişə gedirdi Çingizin yanına, onun yazdıqlarını yazırdı. Məktəb vaxtı gəldi getdi, atası apardı. İmtahan edirdilər. Dedim nə oldu, Aslan, imtahan necə oldu, müəllim bəyəndi səni? Dedi ki, eh, hamı uşaq şeiri deyirdilər. Soruşdum ki, bəs sən nə dedin? Dedi ki, mən Abbas Səhhətin “Vətənim” şeirini dedim. Vətənpərvərlik içindən gəlirdi...

Mənim də qəzəl dəftərim var idi, o zaman Nizaminin, Füzulinin, çox şairin kitablarını almışdım. Mən oxuyurdum, Aslan da əzbərləyirdi. O vaxt işıqlar tez-tez sönürdü. Şam yandırırdım, kitab oxuyurdum. Aslan da şam işığında dərs oxuyurdu. Mən də Səməd Vurğunun, Süleyman Rüstəmin poemalarını əzbər bilirdim, Aslan da əzbərləyirdi. Bir dəfə müəllim deyib ki, ana şeiri hazırlayın. Mənim də Cabbarlının “Ana” şeiri xoşuma gəlirdi. Onu verdim Aslan əzbərlədi. Dərsi bir dəfə oxusaydı, yadında qalırdı. Enerjili uşaq idi, güləşə gedirdi, texniki fənlərə həvəsi daha çox idi. Məktəbdən heç vaxt şikayət gəlməzdi...

Sevdiyi qız olduğunu bilirdik, ailə qurmaq istəyəndə, atası dedi ki, əvvəl yoxlayacağam, sonra gedəcəyik. Dedi nişanlayın məni, əsgərliyə arxayın gedim. Biz də öyrəndik, gördük doğrudan da yaxşı ailədəndir...”.

Hafizə xanım gəlininin mənsub olduğu ailə haqqında o qədər xoş sözlər dedi ki, fikrimdən “Kaş hamı belə olsun” keçdi. Yenidən müharbə möpvzusuna qayıtdıq. Hafizə xanımın üzünü buludlar alsa da, özünü saxladı yağmadı, gözünün yaşını içinə axıtdı. Özünü dərdə tabe etmədi, dərdi, kədəri sanki ayağı altına qoyub, əsl igid anası kimi bir qədər susub yenə qürurla, fəxarətlə danışmağa başladı: “Aslan tarixi yaxşı bilirdi, Almaz İldırımın “Qara dastan” kitabındakı şeirləri əzbər bilirdi.

Kimsə bilməz Tanrı dağın yaşını,
Duman almış altayların başını.

Bu şeiri deyəndən sonra əlavə edərdi ki, biz altaylardanıq. Elə oğlunun da adını ona görə Altay qoydu. Vətənpərvərlik uşaqlıqdan var idi onda. Səfərbərlik olan kimi getdi. Azərbaycanın xəritəsinə o qədər baxmışam ki, bəlkə heç coğrafiya müəllimləri o qədər baxmayıb. Baxırdım ki, hara alınıb, döyüş harda gedir. Özü cəng vururdu. Deyirdi ki, siz zəng vurmayın. Bəzən gündə iki dəfə, bəzən iki gündən bir zəng vururdu. Dedi ki, Beyləqandan çıxdıq, Füzuliyə gedirik, hər şey yaxşıdır. Deyirdim, Aslan, “Ayətəl-kürsi”ni oxuyun, bildiyiniz duaları oxuyun, özünüzü qoruyun. Əsgər yoldaçı deyirdi ki, elə vaxt olurdu ki, bir gündə yüz dəfə “Kəlmeyi-şəhadət” demişik. Səhər 9-un yarısı 9-10 oktyabrda dedi ki, döyüşə gedirik, dua edin. 11-12-də döyüşə gedirdilər, amma dedi ki, qonaq gedirik, başa düşdük. Atası soruşdu ki, hardasız, dedi ki, ata heç nə demə. Atasının gözləri doldu, dedi hardasız, Xarı bülbülə, yəni Şuşaya çatmısız, dedi ki, ata qarşısındayıq. Bu son danışığımız idi, 13-də şəhid oldu. Sonra döyüş yoldaşı dedi ki, Hadrutdan baxanda Şuşa görünür, ona görə deyib ki, qarşısındayıq...

Bir gün zəng edəndə bacısını istədi, nə qədər danışdı. Çox mehriban idi. Sirri-söhbəti bacısı ilə idi. Hərdən deyirdi ki, gərək sən oğlan olaydın. Demişdi ki, mənə bir şey olsa, üsyan eləmə.

Kinonu çox sevirdi.Tələbə yoldaşları ilə əsgərlikdə bir yerdə olublar. Danışırlar ki: “ Axşam dedik hərə bir film danışsın. Aslan elə danışdı ki, elə bilirdik ki, kinoya baxırıq”.

Maşın yarışlarının həvəskarı idi. Futbolu çox sevirdi. İşdə futbol komandaları var idi, oynayırdı. Hücumçu idi...

Aslan da, yoldaşı da “Kontakt-Homm”da işləyirdilər. İşdən gəlirlər, bizi tək qoymurlar. İşdən müharibəyə 97 nəfər gedib, hamıdan axırda Aslan gedib, hamı qayıdıb, təkcə Aslan şəhid olub. Onun adına işdə guşə açıblar. ”Aslan ürəkli” adlı döş nişanı hazırlayıblar, döyüşdə iştirak edənlərə veriblər. Divara lövhə vurublar.

Prezidentin sərəncamlarına görə Aslana ölümündən sonra “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması”, “Vətən uğrunda” medalları ilə təltif olunub...”. 

Həyətdən çıxanda elə bil üstümüzdən bir dağ götürüldü. Küçədə dərindən nəfəs aldıq.  Sonra soraqlaşıb Aslanın ibtidai sinif müəllimi Səltənət müəllimin evini tapdıq. Səltənət müəllim qısa danışdı: “Aslan çox çalışqan, tərbiyəli, aktiv uşaq idi. Nə soruşsan, suallara əhatəli cavab verirdi. Tədbirlərdə iştirak edirdi, yaxşı şeir demıəyi vardı. heç bir tədbir onsuz olmazdı. Məktəbi yaxşı qiymətlərlə bitirdi, ali məktəbə daxil oldu. Məktəbin fəxr etdiyi şagirdlərdən idi. Bütün fənləri yaxşı oxuyurdu, riyaziyyatı lap yaxşı bilirdi.

Eşidəndə heç inanmağım gəlmədi, dedim ki, kaş yalan olaydı...

Mən Aslanın ibtidai sinif müəllimi olmuşam, uşaq vaxtını daha yaxşı xatırlayıram. Siz onun yuxarı sinif müəllimləıri ilə görüşün, onlar sizə daha çox şey danışa bilərlər. Məktəbdə Aslanla bağlı guşə yaradılıb. Şəhidlərimizi həmişə anırıq. Onlar bizim qəlbimizdədir. Allah hamısına rəhmət eləsin...”

Biz də deyirik Allah rəhmət eləsin, ruhları şad olsun. Allah ailələrinə səbr versin...

Sona XƏYAL



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ