çərşənbə günü, 11 noyabr 2026
     

Şəhid Əliyev Tahir... - FOTO

Image


Maştağa Şəhidlər Xiyabanı kənd sakinləri üçün müqəddəs bir ziyarətgahdır. Hər cümə axşamı yolumu ordan salıram. Hər dəfə bir neçə şəhid ailəsi ilə qarşılaşıram. Amma sentyabrın 27-si şəhidlərin Anım günündə gündüz Şəhidlər Xiyabanına girmək mümkün deyildi. Burada heç belə izdiham görməmişdim. Insanlar xiyabanın ziyarəti üçün növbəyə durmalı olurdular.

Həmin gün həm də Kərbəla şəhidlərinin Ərbəin günü idi. Şəhidlər Xiyabanının yanında olan Aqil baba pirini ziyarət edib, Hüseyniyyədəki əza məclisinə qoşulduq. Axşamüstü Maştağa Şəhidlər Xiyabanında izdiham seyrələndə şəhidlərimizin ziyarətinə getdik. Şəhidlərin məzarı başında ağı deyib ağlayan analar, bacılar da, göz yaşı içinə axan atalar, qardaşlar da, ürəyi xatirələrlə dolu sükut içində duran əsgər balalar da hamısı bizə doğma görünürdü. Çünki məzar daşlarındakı şəkillərdən boylanan gülüzlü balalar hamımızın doğmasıdır. Məzar-məzar ziyarət etdiyimiz xiyabanın hər daşından bir məsum çöhrə diqqətimizi cəlb edir, arzu dolu bir cüt göz bizə baxır, sanki göydən ruhlar bizi salamlayırdı.

Hər dəfə gedən də diqqətimi şəhidlərin çöhrəcə ən körpəsi olan Tahirin şəkli məni çəkir. Baxırsan, elə bil heç 15 yaşı yoxdur. Baxanlar da “Bu lap uşaqdır ki...” deyə təəssüflə dinir, göz yaşını saxlaya bilmir...

Yenicə işıq üzü görmüş “Xatirə kitabı”nda Maştağanın bu şəhidi haqqında belə məlumat verilmişdir: “Əliyev Tahir Mahir oğlu 2001-ci il iyulun 20-də Bakı şəhər Sabunçu rayonunun Maştağa qəsəbəsində doğulmuşdur. 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Oktyabrın 13-də Füzuli döyüşləri zamanı həlak olmuş, Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilmişdir.

Subay idi.

Tahir Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları əsasında "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir (ölü­mün­dən sonra)”.

İllərlə düşmən tapdağı olan torpoaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımıza eşq olsun! O oğullara ki, atadan, anadan keçdilər, evdən-eşikdən keçdilər, gələcək həyatlarından keçdilər, sevgilərini, gələcək xoşbəxtliklərini, hər şeyi, hər şeyi Vətənin azadlığı uğrunda qurban verdilər...  

Sentyabrın 28-də Maştağanın iki şəhidinin il mərasimi oldu. Şəhid Bəhruz Əliyevin və Şəhid Həmidağa Hüseynzadənin. Şəhid Bəhruzun məclisində Tahirin anası ilə görüşdüm. Məclisdən sonra söhbətimiz alındı.

Ruhiyyə xanım suallarımı həvəslə cavablandırdı. Onun səsində bir az qürur, bir az kövrəklik, bir az fəxarət, bir az da titrəyiş hiss etdim. Suallarım onu uzaq illərə apardı, Tahirin körpəliyini, uşaqlığını xatırladı. Bir qədər fikrə gedib dedi: “Tahir dəcəl uşaq idi, amma çox zarafatcıl, mehriban, şirin, istiqanlı idi. Dəcəlliyi də şirin idi. Ailəcanlı idi. Məni də, atasını da çox istəyirdi. Amma ən çox bacısını sevirdi. Bəzən küsüşərdilər, dözə bilməzdi, tez gedib üzr istəyərdi, bacısının könlünü alardı. Bacısı barışmayanda gəlib məndən xahiş edırdi ki, onları barışdırım. Hətta bacısının əlindən, ayağından öpərdi ki, onu bağışlasın.

Atası ürək çatmamazlığından əziyyıt çəkirdi, ona görə Tahir işləməyə məcbur oldu. 13 yaşından işləyib, evə kömək edirdi”.

Tahirin arzuları barədə soruşdum, ananın üzündə təbəssüm oyandı. Dedi: “Qürurlu uşaq idi. Uşaqlıqda Tahir həmişə deyirdi ki, mən ya lotu olacağam, ya da şəhid olacağam”. Deyirdik ki, lotu olma, lazım deyil. 

İdmanı sevirdi. Bir müddət Kinboksa getdi, yaxşı idmançı idi, lakin imkan olmadığına görə yarımçıq qoydu. Müəllimi Əfqan onu həmişə tərifləyirmiş, hətta sonrakı şagirdlərinə də ondan danışırmış.

16 yaşı olanda mənə dedi ki: “Ana, mən əsgər gedəndə şəhid olacağam. Mən şəhid olmaq istəyirəm. Şəhid olsam, sən neylərsən, ana”. Dedim ki, nə danışırsan, ay bala, mən sənsiz yaşaya bilmərəm. Sözünə çox da əhəmiyyət vermirdim, düşünürdüm ki, uşaqdır, sözdür də deyir. Ondan danışanda başım ağrıyır...”

Ruhiyyə xanım dərindən köks ötürdü. Bir qədər susdu və sanki daha böyük Tahir haqqında danışmağa hazırlaşırdı: “Əsgərliyə getməmişdən qabaq yaman dəyişmişdi. Birdən-birə çox dəyişdi. 17 yaşı vardı, amma elə bil böyümüşdü.  Deyirdi ki, ana, mən elə bir adam olacağam ki, sizin başınızı uca edəcəyəm...

Məndən gizli sirri yox idi. Hər şeyi danışardı. Tahirin sevdiyi qız da var idi. Adını deyə bilmərəm. Başqa məktəbdə oxuyurdu. Tanıyırdım qızı. Tahir demişdi ki, ana, mən əsgər gedəndən sonra o qızla danışarsan, onu tək qoymazsan. Mən qızla həmişə danışırdım. Amma düşünürdüm ki, Tahir hələ uşaqdır, bəlkə əsgərliyə gedər, unudar. Amma həmişə zəng vuranda onu soruşurdu”.

Ruhiyyə xanımın gözləri doldu, amma özünü saxladı. Dedim ki, çalışın qız da unutsun. Düzdür, asan deyil, ilk sevgi unudulmur. Amma unutmasa da, deyin ki, ailə qursun. İnşaallah, oğlu olar, Tahirin adını qoyar. Ana sözünə davam etdi: “İstəyəni çoxdur. İndi adını qoyar, qoymaz, özü bilər. Amma mən demişəm ki, qızım, Tahirin ilindən sonra birini seç, get...” ana yenə də dərindən ah çəkdi. Ürəyindən nələr keçdi, Allah bilir.

Sən taleyin işinə bax, ana Şəhid oğlunun sevdiyi qıza “İldən sonra ailə qur” deyir. Bu sözün ağırlığını ançaq oğul itirən analar bilər. Bu təklifin ağırlığını ancaq qismətinə ilk eşqinin özünü deyil, məzarını görmək, özüylə deyil, şəkilləri ilə, xəyalı ilə danışmaq, xatirələrlə ovunmaq düşən sevənlər bilər... 

Ruhiyyə xanım yenə də oğlu ilə keçən günlərə qayıtdı. Onun əsgər getdiyi anı xatırladı. Dedi: “Tahir əsgər gedəndə mənimlə elə qucaqlaşdı ki, heç cür yadımdan şıxmır. Son dəfə evə elə həsrətlə baxdı ki... Dedi: “ Mən Gəncəyə düşəcəyəm, ordan Murova gedəcəyəm”. Elə də oldu, Murova düşdü. Sonra ordan Qazaxa göndərdilər. 15 ayın əgəri idi. Hər dəfə danışırdı, deyirdi ki, nigaran qalmayın. Dolanışığımızla maraqlanırdı. Demişdi ki, məzuniyyətə gəlməyəcəyəm, mən əsgər olanda müharibə olacaq, mən şəhid olacağam...

Qazaxdan Füzuliyə göndərmişdilər. Könüllü əsgər istəyiblər, Tahir yazılıb, iki gün vuruşub, döyüşçü yoldaşını xilas edərkən minaya düşüb, yaralı halda yenə döyüşüb, sonra snayperlə vurulub, şəhid olub. 13 gün neytral zonada qalıb, mina olduğuna görə ora keçə bilməyiblər. 26-da götürüblər, 29 da bizə xəbər verdillər, 30-da evə gətirdilər. Özləri götürdülər, dəfni də çox izdihamlı oldu...”.

Şəhid Tahirin atası ilə də danışmaq istədiyimi bildirdim. Ruhiyyə xanım dedi: “Yoldaşım eşidəndə səcdəyə düşdü, “Nə yaxşı ki, itgin düşmədi, əsir olmadı, cənazəsi gəldi” deyə Allaha şükürlər elədi...”. 

Şəhid Tahirin döyüşçü yoldaçı İlqar Muradzadə yazır: “Tahirlə ilk tanışlığım Qazax rayon N saylı hərbi hissəyə gəldiyim gündən yarandı. Zarafatcıl, mülayim, təmiz ürəkli bir oğlan kimi tanıdım və dost olduq. Günlər, aylar keçdi, bu dostluq qardaşlığa çevrildi. Həqiqətən, bu insan təmiz və nizam-intizamlı əsgər kimi seçilirdi. Üst-başına fikir verən, dar gündə dosatların yanında olan bir adam kimi yaddaşımda qalıb.

Çox vətənpərvər, vətənə bağlı bir əsgər idi. Sıra ilə irəliləyərkən “Ya qarabağ, ya ölüm” deyərdi və əsgər yoldaşları ucadan təkrar edərdilər. Həmişə sıra düzülüşlərində vətənə aid mahnı oxunması istəniləndə, əsgərlər birinci Tahirin oxumasını istəyərdi ki, hər kəs də onu təkrar etsin. Tahir də həvəslə ucadan “Şəhidlər ölməz, Vətən bölünməz” deyərdi.

Təlimlərdə hər kəsdən seçilərdi. Hətta bir dəfə hədəf üçün tank qoymuşdular. Tahirlə əlavə bir nəfər də var idi, yarışırdılar. Tahir tankı tam hədəfdən vurmuşdu, hərbi hissə komandiri ona və onun bölük komandirinə təşəkkür etmişdi. Tahir buna çox sevinirdi ki, bölük komandirinin üzünü ağ etmişdir.

Çox səliqəli, özünə fikir verən əsgər olduğu üçün onun şəklini kazarmanın girişində lövhəyə vurmuşdular. Hətta arada mənə də zarafatla deyərdi ki: “Nizam-intizamlı əsgər olardın, sənin də şəklin orda olardı”.

İyul döyüşləri ərəfəsi idi, atrıq 5 gündü döyüş əmrini gözləyirdik, aradan bir müddət keçdi, əsgər mağazasında oturmuşdum birdən Tahir mənə yaxınlaşdı, stolu çəkdi yanımda oturdu və dedi: “Qardaşım, xəbərin var, deyirlər, müharibə olacaq? Artıq səfərbərlik elan edilib”. Dedim: “Hə, qardaşım, xəbərim var”. Qayıdıb mənə dedi ki: “İlqar, əgər döyüş olsa, əsir düşsən, nə edərsən? Dedim ki: “Başqa çarə yoxdur, ölmək lazımdırsa, ölərəm”. Dedi ki: “Mən ən azından cibimə bir güllə qoyacağam, əgər əsir düşsəm, özümü vuracağam”. Dedim: “Qardaşım, Allah göstərməsin, inşallah ki, yaxşı olar, sağ-salamat qayıdarıq”. Tahir başını yellədi və dedi: “İnşallah...”. Amma gözlərində elə bir hiss var idi ki, sanki bilirdi şəhidlik zirvəsinə yüksələcək.

Bir ay keçdi, sentyabrın 27-də bizə həyəcan siqnalı verdilər, briqadanı tərk elədik. Gəlib Ağstafada bir mövqedə yerləşdik. Döyüş əmrini gözləməyə başladıq. Oktyabrın 10-u gəlib çatdı, bizə yenidən komanda gəldi ki, tabor Füzuli istiqamətində hücuma keçməlidir. Tahiri ən son oktyabrın 10-da diviziyada gördüm. Bizinci biz hücuma keçdik, Tahirgil ehtiyatda qaldı. Tahir qayıdıb mənə dedi ki, sizə güvənirəm...

Oktyabrın 12-də gecə Tahirgilin bölüyünü hücuma hazır gətirdilər. 13-də səhər saatlarında onlar hücuma keçdilər. Güclü atışma gedirdi. Qrad səsləri aləmi dağıdırdı...

Tahir şəhid xəbərini rabitədən eşitdik. Xəbər gəldi ki, 7-ci bölük şəhid verdi. Sonra da dedilər ki, bölüyün hamısı şəhid olub. Adlar çəkiləndə ilk Əliyev Tahir Mahir oğlu, Qasımzadə Ümid İlqar oğlu... Bu adları dəfələrlə təkrar etdilər. Sonra rabitədən eşitdim ki, Tahir şəhid olub, nəşi neytral zonada qalıb. Neçə gün onun nəşini götürmək mümkün olmadı... 

Allah Tahir qardaşımza rəhmət eləsin, məkanı cənnət olsun. Həqiqətən şəhidlər ölmür, qəlblərdə yaşayır...”.    

Biz də deyirik ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dilimiz gəlməsə də deyirik...

Deyirik ki, şəhidlərimizin məkanı cənnət olsun. Onların onsuz da cənnətdə olduqlarını bilə-bilə yenə deyirik....

Deyirik ki, şəhidlərimizin ruhu şad olsun. Ən yüksək şəhidlik məqamında olduqlarını, ruhlarının şad olduğunu bilə-bilə yenə deyirik....

Başqa nə deyə bilərik ki... Allah şəhid ailələrinə səbr versin. Allah xalqımıza səbr versin...   

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ