çərşənbə günü, 11 noyabr 2026
     

40 min tələbəyə kredit imkanı yetərli olacaqmı? - Nazirlik üçün əlavə kredit imkanları necə yaradıla bilər?..

Image


“Azərbaycanda tələbə kreditlərinin verilməsi ilə bağlı Tələbə Kredit Fondu ötən yay tətilii ərzində bir çox işlər görüb”. Bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, fondun nizamnamə kapitalı 80 milyon manatdır:“Oktyabr ayı ərzində bu sistem işə düşəcək. Elektron sistem olacaq. Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq. Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub. Tələbələr öz FİN nömrələrini daxil edərək sistemə qoşulacaqlar. Həmin inteqrasiya olmuş sistemlərdən tələbə, onun ailəsi və digər məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit ala bilər. Bütün bu proseslər sistem elektron olduğu üçün bir neçə saniyə ərzində baş verir. Digər hallarda isə standart kredit ala biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, proses müvəkkil banklar tərəfindən həyata keçiriləcək:

“Bizim 40 minə yaxın tələbəyə kredit vermək imkanımız var. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu məcburi bir şey deyil, imkandır. Kimsə tələbə krediti almalıdır deyə bir şey yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda tələbə kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir”.

Təhsil Nazirliyi nazirliyin 40 minə yaxın tələbəyə kredit vermək imkanı olduğunu açıqlayıb.

40 min tələbəyə kredit imkanı yetərli olacaqmı? Nazirlik üçün əlavə kredit imkanları necə yaradıla bilər?..

  • Kamran Əsədov: “Sistem yenidir və öz qaydasına düşəndən sonra...”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə ilk növbədə bildirdi ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır: “Onların 50 faizi öz vəsaiti hesabına, yəni ödənişli əsaslarla, 50 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 90 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır”.

K.Əsədovun sözlərinə görə, müsəlman ölkələrindən İndoneziya və Türkiyədə, məhdud da olsa, təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. “Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz. Ümumiyyətlə tələbə kreditləri  konstitusiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir.

Statistikaya baxsaq görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub.

Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir.

Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxslər potensial problemli kreditora çevrilir. Təhsil tələbə kredit fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən tələbələrə ciddi şəkildə böyük dəstək olacaq. Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya baxanda görürük ki, siyahıda kifayət qədər mübahisəli məqamlar var. Belə ki, ilk olaraq qeyd edilir ki, təhsil tələbə kredit fondundan iki kateqoriya kredit veriləcək: sosial və standart kreditlər. Tələbələr birinci tədris ilinin ilk semestrindən etibarən kredit fondundan istifadə edə biləcəklər. Lakin burada istifadə etmək hüququna malik olanların kateqoriyası çox dardır. Məsələn, orada bildirilir ki, sosial kreditdən istifadə edən 3-cü dərəcəli əlliliyi olanlar. Bilirik ki, 1-ci və 2-ci qrup əlliliyi olan şəxslər azaddırlar. 3-cü qrup əlliliyi olanlar isə, təbii ki, müəyyən qədər çətinlik çəkirdilər, ona görə də hesab edirəm ki, bu çox ciddi bir güzəştdir”.

K.Əsədov vurğuladı ki, 2-ci kateqoriya krediti isə hər iki valideyni əlil olan şəxslər də istifadə edə bilər, amma burada mübahisə doğuran məqam var. “Bu məqam ondan ibarətdir ki, qanunvericiliyə görə, 1-ci və 2-ci dərəcəli əlil olan şəxslər onsuz da təhsil ödənişindən azad idilər. Burada müsbət  yenilik işsiz kimi qeydiyyatda olanların və onların ailə üzvlərinin təhsil ödənişindən azad olmasıdır. Qaydaya görə, hər iki valideyn 1-ci və 2-ci qrup əlil olmalıdır. Əgər valideynlərdən biri əlil olmazsa, bu zaman tələbə kredit güzətlərindən istifadə edə bilməyəcək. Yaşa görə əmək pensiyası, sosial müavinət alanlar, onların övladları da sosial təhsil tələbə kredit fondundan istifadə edə biləcək. Bu olduqca müsbət addımdır.

Digər məsələ standart kreditlərlə bağlıdır. Burada çatışmazlıq ondan ibarətdir ki, ümumi orta müvəffəqiyyət ölçüsü qoyulub. Kimin ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən yuxarıdır, bu zaman müraciət edə bilər. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Ola bilər ki, bu, tələbələri orta müvəffəqiyyət göstəricisini yüksəltməsinə sövq edəcək, amma ümumilikdə məhdudiyyət qoymaq doğru deyil. Çünki ola bilər ki, müəyyən səbəblərdən tələbənin orta müvəffəqiyyət göstəricisi aşağıdır.

Həmçinin illik təhsil haqqının 20 faizini ödəyərək, daha sonra isə kredit götürmək olar. Hesab edirəm ki, bu da müsbət addımdır, sosialyönümlüdür.

Burada kredit fondunun himayəçilər şurası tərəfindən müəyyənləşdirilmiş məbləğdə, yəni 2500-3000 manata qədər təhsil haqqı ödəyən tələbələr kreditlərdən yararlana biləcək. Bu anlaşılandır, lakin fikrimcə, yüksək təhsil haqqı ödəyənlər də kreditdən yararlanmalıdır. Ən vacib məqam kreditin geri qaytarılma müddətidir. Son müddət 10 il göstərilib və hesab edirəm ki, bu kifayət qədər yaxşı haldır. Ən azı məsuliyyət olacaq. Amma qeyd edim ki, təhsil tələbə kredit fonduna görə hər hansı zamin, digər öhdəliklər tələb olunmayacaq. Ən vacib müsbətlərdən biri də kredit məbləğinin sığortalanmasıdır. Tutaq ki, hansısa bədbəxt hadisə nəticəsində şəxs ödəmə qabiliyyətini itirəcəksə, məbləğ sığortalanır və dövlət tərəfindən ödənilir.

Bir məqamı da qeyd edim ki, bu il ali məktəbə qəbul olunan qaydalara əsasən I kurslar qeydiyyat zamanı təhsil haqlarını ödəməlidirlər. Lakin tələbənin kreditlə əlaqəli müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək”-deyə ekspert bildirdi.

  • Elçin Əfəndi: “...Əlavə vəsaitlər cəlb etməklə gələcəkdə tələbə krediti alanların sayını  40 mindən 50-60 min nəfərə qədər qaldırmaq imkanımız var”

Digər tanınmış təhsil eksperti Elçin Əfəndinin fikrincə, təbii ki, bu ildən artıq tələbə kreditlıərinin verilməsinə başlanılır və bu kreditlərin verilməsi zamanı müəyyən kriteriyalar nəzərə alınıb: “Tələbələrə iki növdə kredit veriləcək, bunlardan biri sosial, o biri isə standart kreditdir. Həssas qrupa aid olan tələbələr sosial kredit formasından yararlana biləcək, standart kredit isə daha yaxşı akademik göstəriciləri olan tələbələrə veriləcək. Qeyd edildiyi kimi, 40 minə yaxın tələbəyə kreditin verilmə imkanı var. Hesab edirəm ki, say müəyyən olunmuş sosial və standart kateqoriyaya aid olan tələbələri əhatə edəcək. Onu da vurğulayım ki, 40 min tələbəyə təhsil krediti verilməsi kifayət qədər ciddi rəqəmdi. Düşünürəm ki, əgər gələcəkdə biz bu sayı artırmaq istəyiriksə, tələbə Kredit Fondunun maliyyə imkanlarını daha da artırmaq, genişləndirmək lazımdır. Fikrimcə, fondun büdcəsinə müxtəlif təşkilatlardan, yaxud dövlət büdcəsindən əlavə vəsaitlər cəlb etməklə gələcəkdə tələbə krediti alanların sayını  40 mindən 50-60 min nəfərə qədər qaldırmaq imkanımız var. Amma bildiyimiz kimi, artıq dövlət tərəfindən müəyyən istiqamət formalaşıb...”-deyə ekspert bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ