Azərbaycanda daha 668 nəfər koronavirusa yoluxdu, 3 nəfər vəfat etdi

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 442 nəfər vəfat edib, aktiv xəstə sayı 5 442 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, ötən müddət ərzində isə ümumilikdə 4 023 954 test aparılıb.

Son xəbərlər