İyulun 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib.
1977 nəfər COVİD-19 pasportu olmadığına görə məclislərə buraxılmayıb. 100 nəfər cərimə olunub. 2 nəfər inzibati qaydada həsb olunub.
Qeyd edək ki, monitorinqlər 213 şadlıq evində və 81 həyətyanı sahədə keçirilən mərasimlərdə aparılıb