Bildiyimiz kimi sentyabrın 1-dən etibarən COVID-19-la mübarizə sahəsində yeni tələblər tətbiq ediləcək. Belə ki, sözügedən tarixdən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.
Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda ictimai iaşə müəssisələrindən istifadə edə biləcəklər.
Bundan başqa qeyd edilən və digər sahələrdə 1-ci doza peyvəndin sentyabrın 1-nə qədər, oktaybrın 1-nə qədər isə 2-ci doza peyvəndin vurulması tələb olunacaqdır.
Sentyabrın 1-dən yalnız COVID-19 pasportu olan şəxlər restoran, mehmanxana, ticarət mərkəzlərinə buraxılcaqlar və sair. Yeni qaydaların tələblərinə görə, bu məkanlardan istifadə etmək istəyənlər mütləq şəkildə aidiyyatı üzrə COVID-19 pasportu almalıdır.
Qeyd edək ki, toyların keçirilməsinə icazə verildiyi ötən müddətdən indiyə qədər yoluxma halları artıb. Onu da deyək ki, son günlər yoluxanların sayında 5 faiz artım var və virusa tutulan 10 nəfərdən 5-i toylarda yoluxurlar.
Sentyabrın 1-dən yeni COVID-19 qaydalarının tətbiq edilməsinin əhəmiyyəti nə olacaq?
“Yoluxma sayının artması və “Delta” ştammının ölkəmizdə aşkar olunması ilə artıq həyacan təbili çalındı”
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bizimlə söhbətində bildirdi ki, Operativ Qərargah tərəfindən belə bir qaydaların qoyulacağı gözlənilən idi: “Yeni qaydaların, məhdudiyyətlərin qoyulması gözlənilirdi. Uzun müddət idi deyilirdi ki, hətta validenləri peyvənd olunmayan uşaqlar da məktəbə buraxılmayacaq. Bu məhdudiyyət də gözlənilir. Səbəb də insanların vaksinasiyaya cəlb etməkdir. Əslində, burada söhbət həm vaksinasiyanı təşviq etməklə yanaşı həm də yoluxma sayının azalmasına nail olmaqdan gedir. Bilirsiz ki, son günlər yoluxma sayının artması müşahidə olunur. Yoluxma sayının artması və “Delta” ştammının ölkəmizdə aşkar olunması ilə artıq həyacan təbili çalındı. SBS-nin direktoru hətta müsahibə verib ki, “Delta” ştammı kimi dünyada ən sürətli yoluxma qabiliyyətinə malik olan ikinci bir ştamı yoxdur”.
P.Vəliyevanın sözlərinə görə, “Delta” çox sürətlə yayılır və daha çox insanı qurbana çevirir. P.Vəliyeva hesab edir ki, vaksinləşmə insanları tam olaraq bu ştammdan qorumasa belə, ağırlaşma və ölüm hallarından qoruya bilər. “Ölkəmizdə də kifayət qədər vaksin alınıb. Vaksin bütün ölkə üzrə əl çatandı. Payız ayında 4-cü dalğa gözlənilir. Artıq dünyada bunu görürük. 4-cü dalğanın avqustda Türkiyədə yaşanması gözlənilir. Bütün hallarda, peyvəndlənmə lazımdır”-deyə mütəxəssis bildirdi.
İradə SARIYEVA