“Ürəyimiz Qarabağla döyünür” devizi altında tibbi aksiya...

Ölkəmizdə şəxsən ölkə başçısının tapşırıqlarına əsasən şəhid ailələrinə, veteranlara, müharibə əllilərinə, qazilərə qayğı öndə durur. Belə ki, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
İndiyədək bu qəbildən olan insanlara maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təmin olunması, onların müalicəsi, eyni zamanda, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərin verilməsi ilə yanaşı, həssas qəlbli şəxslərin həyat tərzinin daha da yüksəlməsinə xidmət edən bir çox sosial məsələlər həyata keçirilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşəbbüsü əsas “Ürəyimiz Qarabağla döyünür” devizi altında Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə ödənişsiz tibbi xidmət aksiyasına start verilməsi də bunun bariz ifadəsidir. Aksiya TƏBİB-in tabeliyində olan hospitallar, eləcə özəl xəstəxanaların tanınmış həkimləri tərəfindən aparılır.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü