Şuşaya dəmir yolu xətti çəkiləcək

img

Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir: “Orada tunellər bir az çoxdur və dağlıq ərazidir. Bilirsiniz ki, Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının çəkilməsi vacib olacaq. Bununla bağlı tapşırıq verilib, işlər davam edir”.

Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətlərində dəmiryol xəttinin çəkilməsi ilə bağlı işlərin sürətlə davam etdiyini deyən C.Qurbanov bildirib ki, Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır.

O qeyd edib ki, ərazilərin minalanması dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirən əsas səbəbdir: "Dəmiryol xəttinin çəkilişi zamanı işçilər minaların üzərindən keçiblər. Xoşbəxtlikdən mina partlamayıb".

Son xəbərlər