Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Banklar məcburi köçkün Rəhman Əhmədova bir neçə milyon manat krediti necə sənədləşdirdi - inanılmaz fırıldaq...

Image


Sumqayıt şəhəri, 1-ci kvartal, bina 6, mənzil 4-də yaşayan Qubadlı rayonu Əfəndilər kənd sakini Əhmədov Rəhman Qasım oğlu  redaksiyamıza gələrək,  üzləşdiyi problemin ictimailəşdirilməsinə yardımçı olmağımızı istədi.

Məcburi köçkün həyatı yaşayan R.Əhmədov bizimlə söhbətində bildirdi ki, uzun illər sahibkarlıq fəaliyyətilə məşğul olub və bu səbəbdən də banklarla əməkdaşlıq edib, kredit götürüb işini görüb. Əsasən “Yapi Kredi Bank”ın və “AccessBank”ın müştərisi olduğunu və əvvəllər hər şeyin qaydasında getdiyini deyən R.Əhmədovun sözlərinə görə, lakin 2014-2015-ci illərdə onu şok vəziyyətə və məhkəmələrə salan olay baş verib. R.Əhmədov iddia edir ki, “Yapi Kredi Bank” xəbəri olmadan onun adına 16-17 kredit açıb. “Uzun müddət sahibkarlıq fəaliyyətilə məşğul olmuşam və banklardan kredit götürmüşəm. İşlədiyim bankların hamısının 1 nömrəli müştərisi olmuşam. 2014-2015-ci illərdə kredit götürmək üçün başqa bir banka getmişəm və orada mənə dedilər ki, “sənin “Yapi Kredi Bank”da 16-17 kreditin var”. Məlum oldu ki, mənim xəbərim olmadan “Yapi Kredi Bank” adıma kredit açıb, kimlərsə adıma kredit götürüb. Bunu araşdırmaq üçün “Yapi Kredi Bank”a getdim və bildirdim ki, başqa bankdan kredit götürmək istəyirdim, oradan mənə belə dedilər, mənim sizin bankda 16-17 kreditim necə ola bilər ki? Mənim “Yapi Kredi Bank”da 1 kreditim olduğu halda qanunsuz olaraq adıma 16-17 kredit “aformut” ediblər. Bankdan mənə cavab verdilər ki, xəzinədarın səhvi ucbatından problem baş verib, narahat olmayın, biz problemi qaydasına salacağıq. Yəni bank probemin aradan qaldırılacağına dair vəd verdi. Mən də inandım ki, problem aradan qalxacaq, çünki faktiki olaraq bu qədər kredit götürməmişəm, heç bir sənəddə imzam yoxdur. Fkirləşdim ki, bunun mənə heç bir ziyanı olmaz, cəmi bir kreditim var, onu da ödəyirəm az qalıb. Mənə bankdan dedilər ki, biz sənə 3 milyon kredit ayırırıq, heç nədən narahat olma, heç bir problem yoxdur, bu məsələni qaydasına salacağıq. Bu olayın üstündən xeyli vaxt keçəndən sonra gördüm ki, ləngimələr var və yenidən banka müraciət etdim. Bankın hüquqşünası dedi ki, 90 günlük müddət başa çatdığı üçün biz işi məhkəməyə verəcəyik. Dedim ki, mənim heç bir gecikdirməm yoxdur, heç kəslə problemim yoxdur, siz nəyi məhkəməyə verəcəksiniz? Bu dəfə isə dedilər ki, bizim sistemdə problem olub və biz bunu məhkəmə yolu ilə həll etməyə məcburuq. Yenə güzəştə getdim, dedim ki, yəqin düzəldərlər. Çünki o bankda tanıdığım, münasibət saxladığım insanlar var. Yenə də bunlara inandım. Beləliklə, bank işi məhkəməyə təqdim etdi və məhkəmə başladı. Gördüm ki, bunlar vəd etdiklərinə əməl edib işi məhkəmədən götürmək istəmirlər, onda bankdan baş idarə ilə məni əlaqələndirmələrini tələb etdim. Çünki malım karqoda qalmışdı, götürə bilmirdim, mənə pul verən yox idi. “Yapi Kredi Bank”ın mənim adıma qanunsuz olaraq, məndən xəbərsiz 16-17 kredit açması nəticəsində böyük problemlərlə üzləşmişəm. Düz 9 dəfə bu bankın baş ofisində qəbulda olmuşam, lakin nəticəsi olmayıb. Burada mənim özümün də səhvim olub, bank işçilərini pis vəziyyətdə qoymaq istəməmişəm. Mənim hüquqlarım “Yapi Kredi Bank” tərəfindən ciddi şəkildə pozulub”.

R.Əhmədovun sözlərinə görə, adına açılan qanunsuz kreditlərin silinməsi üçün “Yapi Kredi Bank”ın baş ofisi də ona köməklik etməyib və müvafiq tədbirlər görməyib. Şikayətçi qeyd edir ki, hətta adına yazılan kreditin növünü öyrənmək üçün də çətinliklərlə üzləşib: “Bank məni süründürməçiliyə məruz qoyub. Hətta mən hesabdan çıxarışı əldə edə bilmirdim ki, qanunsuz olaraq adıma hansı kreditlər yazılıb, hansı mədaxil, məxaric qəbzləri var. Bankın hansı filialına gedirdimsə, şəxsiyyət vəsiqəmə baxan kimi hesabdan çıxarışı verməkdən imtina edirdilər. Siz bankla işləmisinizə, istənilən vaxt hesabdan çıxarış götürə bilərsiniz və banklar bunu sizə verməyə borcludur. Amma mən ala bilmirdim. Lakin bir dəfə təsadüf nəticəsində mən hesabdan çıxarışı əldə etdim, 2016-cı ildə bu çıxarışı aldım. Mənim adımla bağlı olan bütün mədaxil, məxaric, bank hesab müqaviləsinin hamısını sistemdən çıxarıb möhürləyib özümə verdi, telefonumu da həmin sistemə qoşdu. Bankın mənim adıma “aformut” etdiyi kreditlərin məbləğini görəndə dəli oldum ki, mən bu qədər pul götürmüşəm? Bu bank adıma qanunsuz olaraq 2 milyon 451 min manat yazıb, dediyim kimi, mənim bundan xəbərim yoxdur, götürməmişəm. Mənim, ümumiyyətlə, “Yapi Kredi Bank”da dollarla kreditim olmayıb. Amma kreditə manat da, dollar da yazıblar. Qəribədir ki, 2 milyon 451 min manatdan 2 milyon 338 min ödənilib. Bunu özləri ödəyiblər. Bundan əlavə 815 min dollar pul götürüblər, 300 mindən çoxunu ödəyiblər. Əməliyyatı özləri edib, elə bil ki, sistemləri öz özünə işləyir. Bugünkü gün də işləyir”.

6 ildir ki, işin məhkəmədə olduğunu deyən R.Əhmədovun sözlərinə görə, bankda onun kredit götürməsinə dair nə bir fakt, mədaxil, məxaric qəbzləri var, nə də ödəmə ilə bağlı. “Orada yalnız mənim adım, atamın adı və soyadım var, şəxsiyyət vəsiqəmin nömrəsi yazılıb, amma orada imzam yoxdur. Yəni nə kreditin götürülməsi, nə də ödənilməsi ilə bağlı sənədlərdə mənim imzam var. “Yapi Kredi Bank”la böyük bir məhkəmə prosesi gedir və proses Sumqayıt şəhər Məhkəməsində gedib. Bilirdim ki, onlar məni Sumqayıt şəhər məhkəməsinə veriblər, lakin məhkəmə olub qətnamə çıxanda məni çağırmayıblar. Qətnamədə yazılmışdı ki, 7-8 müqavilə üzrə Rəhman Əhmədovun borcu var. İş gəlib Sumqayıt Apellyasiya məhkəməsinə çıxdı. Mən bu məhkəmədə işi dayandırdım. Mən ölkə rəhbərliyinə müraciət ünvanladıqdan və Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşdükdən, ona vəziyyəti izah etdikdən sonra  mənim iddiamı qəbul etməyən məhkəmələr qarşılıqlı olaraq iddiamı qəbul etdilər.

Sonra Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım və bu proses il yarım davam etdi, Nəsimi Rayon Məhkəməsində mənim iddiam, tam olmasa da, qismən qəbul olundu. Məhkəmə qərar çıxardı ki, ortada heç bir sübut, mədaxil, məxaric, imza yoxdur.  

Burada söhbət cinayətin üstünün ört-basdır edilməsindən gedir, bu sənədlərə ölkədə kim baxıbsa hamısı deyib ki, burada böyük maxinasiya, cinayət işi var. Hətta mən bütün məhkəmələrə yazılı sürətdə bununla bağlı cinayət işi qaldırılması üçün müraciət edirəm, amma cinayət işi qaldırılmır”.

Şikayətçi qeyd etdi ki, apellyasiya şikayəti verib və Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədov tərəfindən işə baxılıb. “Məmməd Məmmədov Bakı Apellyasiya Məhkəməsində “Yapi Kredi Bank”la bağla bağlı məsələyə baxıb və 24.05.2021-ci il tarixdə məhkəmənin son iclası olub. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilir:”Rayon məhkəməsi ona aid olmayan iddianı icraata götürərək ona mahiyyəti üzrə baxmışdır”.

Sənəddə qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 387.2.1 maddəsinə görə, işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa iş üzrə həmin qəbul edilmiş qətnamə apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq ləğv edilir. Burada söhbət ondan gedir ki, işə aidiyyəti olmayan hakimlər baxıb. Bunu Bakı Apellyasiya Məhkəməsi deyir, mən demirəm. Bu məhkəmə tərəfindən, iş kommersiya məqsədli olduğu üçün, ona Bakı Kommersiya Məhkəməsində yenidən baxılması ilə bağlı qərar qəbul edilib. İşə yenidən baxılacaq. Bu işdən mənim xəbərim yoxdur, 6 ildir gedən prosesdə bir sənəd ortaya çıxarılmayıb… İndiyə qədər özümə bir normal vəkil də tapa bilmirəm”.

  • “Adıma qanunsuz kredit yazan “Yapi Kredi Bank”la və artıq ödədiyim pulu qaytarmayan, bununla da sahibkarlıq fəaliyyətimə ciddi zərbə vuran “AccessBank”la bağlı məsələyə hüquqi qiymət verilməsini istəyirəm”

“AccessBank”la bağlı problemə gəlincə, şikayətçi qeyd etdi ki, 2016-cı ilin fevral ayına qədər bu banka pul ödəyib. R.Əhmədovun sözlərinə görə, həmin ərəfədə ölkədə olmadığı üçün bütün işləri burada onun mühasibi görüb və ödənişi o həyata keçirib: “Mənə zəng ediblər ki, bankın pulunun vaxtıdır, mən göndərmişəm. Heç vaxt banklarda gecikməm olmayıb. Sonra məlum oldu ki, kreditin ödənişi bitdiyi halda mənim mühasibatlığım banka əlavə pul ödəyib, bank da artıq ödənilən məbləğlə bağlı bizə heç bir məlumat verməyib. Bank da ödənilən artıq pulu geri qaytarmadı. Bununla bağlı 3 il müddətində bank mənə heç bir məktub yazmayıb. Ancaq bu 3 il ərzində mən banka artıq pul ödəmişəm. Bu bank da mənə “sistemdə problem var” deyib və bu “problemi düzəltmək” üçün məni məhkəməyə veriblər. “AccessBank” da “Yapi Kredi Bank” kimi söz verdi ki,  məhkəmə iddiasını sonra geri çəkəcək, amma çəkmədi. Mənim “AccessBank”a borcum olmadığı halda, bu bankın mənə borcu olduğu halda məhkəməyə müraciət edib. amma pulumu geri qaytarmır”. 261 min manat bu banka artıq pul ödəmişəm, “AccessBank” pulumu qaytarmır”.

Bütün sənədlərin əlində olmasına baxmayaraq, hələ də banka qarşı heç bir tədbir görülmədiyini deyən şikayətçi qeyd etdi ki, bu sənədlərdən əlavə əlində Ədliyyə Nazirliyinin ekspertizasının rəyi də var. “Mən də iddia qaldırmışam, “AccessBank” da. Burada da saxtakarlığa yol verilib. Hər iki bankın işini eyni hakimdən keçiriblər, hakimə külli miqdarda pul veriblər. Qubadlı Rayon Məhkəməsində işə hakim İlqar Məmmədov baxıb. Bizim rayonun məhkəməsi Sumqayıtda yerləşir. Hər iki işlə bağlı məhkəmə gedib, “Yapi Kredi Bank”la bağlı işimiz Kommersiya Məhhəməsinə yönəldilib, “AccessBank”la bağlı işimizin müyyən bir hissəsi Konstitutsiya Məhkəməsindədir, qalan hissəsinə isə yenidən ali Məhkəmədə baxılacaq…

Bir sahibkar olaraq, hər iki bank tərəfindən başıma belə oyunlar gətirilib. Bir neçə kəlmə də vəkillər haqda demək istəyirəm. Mən bu müddətdə hələ bir normal vəkilə rast gəlməmişəm ki, lazımı səviyyədə mənim hüquqlarımı müdafiə edə. Adıma qanunsuz kredit yazan “Yapi Kredi Bank”la və artıq ödədiyim pulu qaytarmayan, bununla da sahibkarlıq fəaliyyətimə ciddi zərbə vuran “AccessBank”la bağlı məsələyə hüquqi qiymət verilməsini istəyirəm, pozulan hüquqlarımın bərpa edilməsi ən böyük tələbimdir. Mən məhkəmədən ədalətli qərar gözləyirəm. Yenidən sahibkarlıq fəaliyyətini davam etdirmək istəyirəm, çünki bu gün sahibkarlar üçün daha böyük şərait mövcuddur”-deyə R.Əhmədov qeyd etdi.

Şikayətçinin adını çəkdiyi “Yapi Kredi Bank”ın və “AccessBank”ın da mövqeyini dərc edə bilərik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ