Cümə axşamı günü, 12 noyabr 2026
     

Təbiətə divan tutanlara aman verilə bilməz - “Beta”-nın aqibəti dərs olmalıdır...

Image


İnsanlar təbiətdən istədiklərini almaq üçün əksər vaxtlarda qəddar üsullardan istifadə edirlər. Bu bütün dünyada belədir. Milyardlarla insan, şirkətlər təbiətlə, ətraf mühitlə anormal davranışlar sərgiləyir.

Meşələri qırmaq, ətraf mühiti, su hövzələrini çirkləndirmək kimi mənfi hallar ekoloji tarazlığın, balansın pozulmasına gətirib çıxarır, biomüxtəlifliyə zərbə vurur. Azərbaycanda da ekoloji tarazlığın pozulmasına səbəb olan hallara rast gəlinir. Belə demək mümkünsə, Azərbaycanın ekoloji təhlükəsizliyinə də təhdid, problem yaradanlar var. Bəzi yerli şirkətlər öz biznes maraqlarına görə ətraf mühitə ciddi zərər vurur, ekoloji fəlakətin artmasına rəvac verən əməllər törədir.

Ümumiyyətlə, yerli şirkətlərin təbiətə, meşə zolaqlarına və sairg divan tutması adi hal alıb. Bir şirkət ağacları kəsir, başqa birisi ağacların diblərini asfaltladır, yaşıllığı məhv edir, başqa birisi çirkab sularıtj dənizə axıdır və sair. Bütün bunlar isə ekologiyaya ciddi zərər vurur, ətraf mühiti çirkləndirir...

Vaxtilə ümummilli lider Heydər Əliyev deyirdi: “Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.

Bəli, təbiətə, ətraf mühitə qənim kəsilənlər hər birimizin düşmənidir...

  • Lənkəranda Haftoni meşəliyinə divan tutan “Beta” şirkəti...

Bildiyimiz kimi, yerli şirkətlərin bir qismi öz biznes dairəsini genişləndirmək, daha çox ərazilər əldə etmək üçün təbiətə ziyan vurmaqdan çəkinmir. Məsələn, bir tikinti şirkəti bina tikmək istəyirsə, boş ərazi axtarmaq əvəzinə ağaclıqları qırır, parkları məhv edir, hətta əlinə balta alıb meşələri də qırıb tükətməkdən çəkinmirlər. “Beta” şirkəti kimi... 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun Lənkəran rayonunun Haftoni rayonu ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə apardığı ilkin yoxlamalar başa çatıb. Yoxlama nəticəsində Lənkəran ərazisində yerləşən Haftoni meşəliyində "Beta" şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların qırılması faktı araşdırmalar nəticəsində təsdiqini tapıb və iş qurum tərəfindən dərhal dayandırılıb.

Aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub.

  • “Müqaviləyə xitam da verilə bilər”

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, “Beta” şirkəti ilə bağlanmış müqaviləyə xitam da verilə bilər. “Lənkəran ərazisində yerləşən Haftoni meşəliyində “Beta” şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların qırılması faktı araşdırmalar nəticəsində təsdiqini tapıb və iş tərəfimizdən dərhal dayandırılıb”.

Onun sözlərinə görə, ərazi təftiş olunub və şirkətlə bağlı qərar qəbul ediləcək: “Qanunvericiliyə uyğun olaraq bununla bağlı yaxın günlərdə qərar veriləcək. Müqaviləyə xitam da verilə bilər”.

Xidmət rəisinin sözlərinə görə, meşələrin qırılması prosesi hər zaman olub, lakin ötən illərdə meşə qırılmaları 55 min kubmetr idisə, bu gün 10 min kubmetrə düşüb. 45 min kubmetr kəsintinin qarşısı alınıb.

  • ...Ekoloji fəlakətlərə yol aça biləcək problemlərin aradan qaldırılması üçün...

Ekoloqlar deyir ki, “Beta” ilə müqaviləyə xitam verilərsə, bu başqaları üçün də ciddi dərs olar. Müvafiq qanunvericiliklərə əməl etməyən, təbiətə divan tutan, meşələri qırıb məhv edən şirkətlərlə bağlı elə bir cəza növü seçilməlidir ki, onlar bir də bu əməli törətməsinlər.

Məlumatlara görə, ekoloji fəlakətlərə yol aça biləcək problemlərin aradan qaldırılması üçün dövlət səviyyəsində layihələr həyata keçirilib. Son 30 ildə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda müəyyən işlər görülüb. Ekspertlər qeyd edir ki, 1998-ci ildə Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr icra olunub, bu gün də olunmaqdadır.

Amma bütün bunlara rəğmən, təbiət qatillərinin ucbatından problemlər günü-gündən artır.

  • “Qoy başqa şirkətlər də baxıb dərs götürsünlər ki...”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov “Bakı-Xəbər”ə bildirdi ki, “Beta” ilə müqaviləyə xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar, faktlar var. T.Zeynalov hesab edir ki, bu cür şirkətlər, onların rəhbərləri təbiəti talamaqla, meşələri qırmaqla ölkəyə nə qədər maddi və mənəvi zərər vurduğunun fərqində olmalıdır. T.Zeynalov deyir ki, “Beta” kimi şirkətlərin meşələrə zərər vurması cəzasız qalmamalıdır. “Bilirsiz ki, iqtisadiyyat, biznes maraqları olan yerdə təbiət, ətraf mühitin mühafizəsi ikinci plana keçir. İş adamları, sahibkarlar, şirkətlər gəlir əldə etmək üçün meşələri qırır, dənizi də çirkləndirirlər. Biznes maraqları üçün təbiətə ziyan vuranlar, divan tutanlar ağır şəkildə cəzalandırılmalıdır. “Beta” şirkəti ilə müqaviləyə xitam verilməsini gecikdirmək olmaz. Qoy başqa şirkətlər də baxıb dərs götürsünlər ki, təbiətə qəsd edənlər cəzasız qalmırlar, qala bilməzlər də. Hesab edirəm ki, meşələrə nəzarət gücləndirilməlidir. Şirkətlərlə müqavilə bağlandıqdan sonra onun bütün fəaliyyəti ciddi nəzarət altında olmalıdır. Təbiətə, ətraf mühitə zərər vuran fiziki və hüquqi şəxslərə qarşı barışmaz olmaq lazımdır”.

T.Zeynalov qeyd etdi ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun konkret maddələri pozulur, bu halın qarşısının alınması üçün də ciddi tədbirlər görülməlidir. T.Zeynalovun sözlərinə görə, təbiətə qəsd edənlər cəzasız qalanda bu əməllərini daha da genişləndirirlər. O hesab edir ki, əlaqədar qurumlar heç bir fərq qoymadan təbiətə qəsd edənləri cəzalandırmalıdır.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ