Cümə axşamı günü, 12 noyabr 2026
     

“Pandemik cəhənnəm odu” yaradan “delta” ştammı üzündən Azərbaycanda karantin yenidən sərtləşdirilə bilər...

Image


Azərbaycana qonşu dövlətlərdə yayılan koronavirusun “delta” ştammı artıq ölkəmizdə də aşkar edilib. Bu fonda fikirlər səslənir ki, yoluxma qabiliyyəti kifayət qədər yüksək olan “delta” ştammının yayılması davam edərsə, Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq edilə bilər.

Bu haqda danışmazdan öncə qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumatda deyilir ki, koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur: “Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (“delta”) variantı, 9-da B.1.1.7 (20 “alfa V1”, Britaniya) variantı aşkar olunub. Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərib ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyəti aparılan vaksinasiyaya borcluyuq. Bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq. Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus isə bəyan edir ki, koronavirusla bağlı bütün dünyada vəziyyət pisləşir. Onun sözlərinə görə, COVID-19 ilə bağlı vəziyyət getdikcə ağırlaşır və  artıq dördüncü həftədir ÜST-nin altı bölgəsindən beşində yoluxma hallarının sayı artır. O, zəngin ölkələri buster dozalar üçün vaksinləri tədarük etməyə deyil, onları yoxsullarla bölüşməyə çağırıb: “10 həftə ərzində davamlı olaraq azalan ölüm hallarının sayı yenidən yüksəlir. Biz dünyanın bütün bölgələrindən xəstəxanaların yenidən tam gücünə qayıtdığı barədə xəbərlər alırıq. Koronavirusun “delta” variantı dünyada sürətlə yayılaraq, yeni yoluxma və ölüm halları sayının artmasına səbəb olur”. Bugünə qədər “delta” variantı 104 ölkədə aşkar edilib və ÜST rəhbərinin dediyi kimi, o, bütün dünyada dominant olacaq: “Vaksinasiyanın az keçirildiyi ölkələrdə vəziyyət xüsusilə ağırdır. “Delta” və yüksək ötürülmə dərəcəsi olan digər variantlar həmin ölkələrdə fəlakətli yoluxma dalğalarına səbəb olur ki, bu da çox sayda xəstəxanaya yerləşdirmə və ölüm hallarına gətirir”. ÜST rəhbəri, hətta daha əvvəl səhiyyə sistemləri sayəsində böyük bir epidemiyanın qarşısını almağı bacaran ölkələrin belə, indi pandemiyanın mərkəzində olduğunu qeyd edib: “Yalnız vaksinlərin köməyilə böhrandan çıxmaq mümkün olmayacaq, lakin peyvənd virusa qarşı mübarizədə bütün mümkün vasitələrdən ən güclüsüdür. Dünya COVID-19 virusunun dəyişməyə və daha yoluxucu olmağa davam etdiyini real zaman rejimində müşahidə edir. Bu gün demək istəyirəm ki, biz ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin gərginləşməsini yaşayırıq və bu vəziyyət daha böyük dərəcədə insan həyatı, yaşamaq üçün zəruri olan vasitələr, dünya iqtisadiyyatının bərpası üçün təhlükə yaradır". Onun sözlərinə görə, vaksinlərin çox az olduğu yerdə vəziyyət nəzərəçarpacaq dərəcədə daha pisdir, lakin pandemiya heç bir yerdə bitməyib: “Hazırkı kollektiv strategiya mənə meşə yanğını ilə mübarizə aparan yanğın komandasını xatırladır. Bir yerdə su ilə suvarma yalnız həmin yerdə alovu azalda bilər, lakin yanğın hər hansı bir yerdə közərməyə davam edərsə, qığılcımlar nəticədə yayılıb yenidən qorxunc bir alova çevriləcək”. Tedros Qebreyesus xəbərdarlıq edib ki, kollektiv müqavimət olmadan bu “pandemik cəhənnəm odu” söndürülə bilməz. Baş direktor peyvəndlərin qeyri-bərabər və ədalətsiz paylandığını xatırladıb: “Bəzi ölkələr və bölgələr milyonlarla doza sifariş edir, eyni zamanda, digər ölkələrdə səhiyyə işçiləri və ən həssas əhali qruplarının vaksinasiyası üçün lazım olan sayda vaksin yoxdur. Nisbətən yüksək vaksinasiya əhatəsi olan ölkələr, vaksinlərin tədarükünə üstünlük vermək əvəzinə, “Moderna” və “Pfizer” COVAX sisteminin tədarükünə səylərini yönəldə bilərdilər". ÜST rəhbəri bütün dərman şirkətlərini lisenziyalarını, yeniliklərini və texnologiyalarını bölüşməyə çağırıb. O qeyd edib ki, “AstraZeneca” artıq belə bir addım atıb - bütün dünyada peyvəndlərinin lisenziyalaşdırılmasını aparıb və onların istehsalını genişləndirib. O bildirib ki, Avropa, Hindistan və Koreya Respublikasından əlavə, Ümumdünya Səhiyyə Təşkilatı Yaponiya və Avstraliyadakı iki istehsal gücünü fövqəladə hallarda istifadə etmək üçün peyvənd siyahısına əlavə edib. Beləliklə, lisenziya müqaviləsi nəzərə alınaraq, “AstraZeneca”nın istehsal ediləcəyi yerlərin sayı beşə çatıb. ÜST-nin immunlaşdırma üzrə eksperti Ann Lindstrand da vəziyyətin ağır olduğunu bildirir: "Digər vaksinlərlə olduğu kimi, koronavirus əleyhinə peyvəndin effektivliyi də vaxt keçdikcə azalır. Lakin tədqiqatlar göstərir ki, ümumilikdə peyvəndlər kifayət qədər yüksək müdafiə səviyyəsini təmin edir". O əlavə edib ki, indi artıq peyvənd olunmuş insanları əlavə müdafiə etmək üçün vaksinləri satın almaq deyil, hər şeydən əvvəl, daha çox insanlara ilk mərhələdə peyvənd vurmaq lazımdır.

Bunlar fonunda hesab edilir ki, Azərbaycanda vaksinasiya prosesi sürətlənməlidir. Məsələ ilə bağlı professor Adil Qeybulla qeyd edir: "Delta" ştammı olduqca təhlükəlidir. 12-20 yaş arası uşaqlarda da buna rast gəlinir. Koronavirusun bu variantının gizli dövrü artıq 7 gün deyil, 3 gündür. Buna görə də xəstəlik tez aşkar olur. Dünyada artım və yoluxma davam edir. Qonşu ölkələrdə və Azərbaycanda  "delta" ştammının təsdiqləndiyini nəzərə alaraq, müəyyən karantin tədbirlərinə hazır olmalıyıq”. Onun  sözlərinə görə, "alfa" ştammı ilə müqayisədə "delta" variantı 1,85 dəfə daha yoluxucu hesab edilir: "Delta" ştammı "Sars-Cov-2"nin çoxsaylı mutasiyalarından biridir. Burada P-681R mutasiyası baş verir. Bu zaman səthdə olan tikanlı zülalın, buna S zülalı da deyilir, bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Əsas əlamətlərdən biri halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir". Professor bildirib ki, dünyada dördüncü dalğanın qarşısının alınması üçün xeyli işlər görülür: "ÜST-nin təsdiqlədiyi vaksinlər "delta"ya qarşı öz həssaslığını saxlayır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinklərin hətta üçüncü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Həmçinin, karantin qaydalarının sərtləşdirilməsi də vəziyyətdən asılı olacaq. Təəssüflər olsun ki, bu gün əhali arasında sanki karantinin bitdiyi düşüncəsi var. Restoranlarda, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu yolverilməzdir. Pandemiyanın davam etdiyini unutmamalı və baş verə biləcək problemlərin qarşısını almalıyıq".

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ