Bakının Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi 52A ünvanda yaşayan Quliyeva Lalə Rafiq qızı redaksiyamıza kömək üçün müraciət edib.
Vətəndaş ona məxsus torpaq sahəsinin Hacıyeva Mətanət adlı başqa bir vətəndaş tərəfindən zəbt edildiyini bildirir, əlavə edir ki, lakin qanuni şəkildə iddia irəli sürəndən sonra Suraxanı Rayon Məhkəməsi onun iddiasını təmin edərək ərazidəki qanunsuz tikililərin sökülməsi qərarını vermişdi. Quliyeva Lalə yazır ki, Apellyasiya məhkəməsinin hakimi İkram Şirinov Suraxanı Məhkəməsinin qərarını əsassız şəkildə ləğv edib. Vətəndaş L.Qulıiyeva İkram Şirinovun qərarını qanunsuz hesab edərək Prezidentdən, I vitce-prezidentdən, Ədliyyə nazirindən, Ali Məhkəmə sədrindən, “Xalq qəzeti” və “Baki-Xəbər” qəzetlərindən kömək istəyir.
Biz redaksiya olaraq, vətəndaşın durumunu başa düşürük. Vətəndaşın şikayətini ictimailəşdirməklə bərabər onu da tövsiyə edirik ki, məsələnin həll yolu Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun məlum qərarından daha yuxarı məhkəmə instansiyalarına şikayət etməkdir.
Hazırladı: Namiq QULİYEV