Azərbaycanda bu gün koronavirus infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Baki-xeber.com Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.