Cümə axşamı günü, 12 noyabr 2026
     

İşbaz “qələm tutanlar” indi də şəhid ailələrindən pul yığmaq yolu tutublar...

Image


Son günlər sosial şəbəkələrdə olduqca utancverici, xoşagəlməz söz-söhbətlər dolaşır, məlumatlar yer alır. Bir sıra sosial şəbəkə istifadəçiləri yazırlar ki, bəzi reket jurnalistlər özlərinə yeni “qazanc yeri”, “gəlir mənbəyi” tapıblar, bu adamlar şəhid ailələrindən pul yığmaqla məşğuldurlar.

Hadisənin şahidi olanlar sosial şəbəkələrdə bildirirlər ki, bu “jurnalistlər” üz tutduqları hər şəhid ailəsindən ən azı 100 manat alırlar ki, şəhidlər haqqında kitab çap edirik, o kitaba övladınız barədə məlumat daxil edəcəyik. İşbazlar şəhid ailələrindən pul yığırlar, lakin ortalıqda nə kitab var, nə də jurnal. Bəzi işbazlar şəhid ailələrini aldatmaq yolunu tutublar. “Facebook”da bundan açıq şikayətlər də az deyil.

QHT-lər, vətəndaş cəmiyyəti institutu nə üçün jurnalist adından sui-istifadə edən işbazları aşkarlayıb onları ifşa etmirlər? Bütün hallarda, dövlət qurumları bu məsələni nəzarətə götürməli və geniş araşdırmalar aparmalı, bu işdə QHT-lər, jurnalist təşkilatları, dövlət qurumlarının ictimai şura üzvləri aktivlik göstərməlidirlər.   

Ekspertlər deyirlər ki, şəhid ailələrinə qarşı bu cür əxlaqdankənar münasibət bəsləyənlər, birmənalı olaraq, aşkarlanıb üzə çıxarılmalıdırlar. Şəhid ailələrindən pul alıb kitab yazmaq heç bir vicdana sığmaz.

  • Azər Həsrət: “...mənəviyyatsızlığın, şərəfsizliyin son həddidir”

Siyasi şərhçi, tanınmış media mütəxəssisi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, bu yolu tutan şəxslər ciddi qələm adamları deyil, işbazlardır. “Bəli, mən də bu barədə eşitmişəm, daha doğrusu, oxumuşam. Bu barədə sosial mediada paylaşımlar edilib. Nə deyim? “Jurnalist” adı altında gedib şəhid ailəsindən pul qoparmaq mənəviyyatsızlığın, şərəfsizliyin son həddidir. Yəni bu insanlar ki, özlərinə “jurnalist” deyib, şəhid ailələrinin qapılarına gedirlər və onlardan pul alıb, övladları haqqında guya ki, kitab yazacaqlarını vəd edirlər, bu, ən şərəfsiz, ən alçaq hərəkətdir. Bunun adı jurnalistika deyil. Ümumiyyətlə, bu adamların bu əhvalatı jurnalistika hadisəsi deyil. Yəni mənəviyyatsızlıq hadisəsidir ki, o adamlar da bununla məşğuldurlar. Bu, məsələnin bir tərəfi”.

Məsələnin digər tərəfinə gəlincə, A.Həsrət şəhid ailələrinə çağırışlar etdi və bildirdi ki, şəhid ailələri belərinə uymamalıdırlar: “Şəhid ailələrinə çağırış edib deyirəm ki, siz o mənəvi ucalıqdan o 100 manata görə aşağı enməyin. Yəni sizə kimsə vəd edirsə ki, şəhid övladınız haqqında nə isə yazacaq və buna görə pul ödəməlisiniz, əsla siz heç kimə pul ödəməli deyilsiniz, çünki o şəhidlər öz qanları, canları bahasına ödəniləcək yüksək qiyməti çoxdan ödəyiblər. Ona görə də sizdən kimsə pul istəyirsə, o mənəviyyatsız, şərəfsiz, əxlaqsız birisidir və belələrinin sizin övladınız haqqında nə isə yazması sizə şərəf gətirməyəcək, əksinə, sizi aşağılamış olacaq. Zatən, Azərbaycan dövləti tapşırıq verib, bütün telekanallar şəhidlər haqqında süjetlər hazırlayır, verilişlər hazırlayır, bu proses davam edir, davamlı da olacaq. Eyni zamanda, bütün şəhidlərin həyat və döyüş yolu rəsmiləşdirilir, sənədləşdirilir, dövlət bu işlə məşğuldur, həmçinin, vicdanlı jurnalistlər də sizdən heç bir təmənna güdmədən bu işi görürlər. Belə olduğu şəraitdə siz niyə hansısa vicdanını, mənəviyyatını satmış birilərinə pul verirsiniz? Buna ehtiyacmı var? Təbii ki, yoxdur”.

A.Həsrət hesab edir ki, heç bir şəhid ailəsi bu mənəviyyatını satmışlara pul verməməlidir.

  • Qiymət Məhərrəmli: “Bu işlə dövlətin əlaqədar qurumları mütləq şəkildə məşğul olmalıdırlar”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli isə hesab edir ki, o alverçilərin, işbazların sərgilədikləri bu naqisliklərə dövlət qurumları qiymət verməlidirlər: “Bu məsələ məni də çox ciddi şəkildə narahat etdi. Şəhid ailəsindən pul almaq, şəhid haqqında məqaləni pulla yazmaq heç bir mənəvi ölçüyə sığmır. Bu haldan çox təəssüflənirəm. Sosial şəbəkələrdə bu barədə məlumatları oxuyanda çox təəssüflənirəm ki, aramızda belələri də varmış. Hesab edirəm ki, bu işlə dövlətin əlaqədar qurumları mütləq şəkildə məşğul olmalıdırlar. Şəhidlərin müqəddəs adını alver predmetinə çevirən işbazlar mütləq cəzalandırılmalıdırlar. Şəhid ailələri, analar, bacılar, atalar, qardaşlar, övladlar, sizin heç kəsə borcunuz yoxdur, siz heç kəsə pul verməli deyilsiniz. O işbazların toruna düşməyin. Onsuz da vicdanlı qələm adamları şəhidlərimiz haqqında yazırlar. QHT-lər, vətəndaş cəmiyyəti institutları da bu sahədə araşdırmalar aparmalı, faktların aşkarlanmasında dövlət qurumlarına dəstək olmalıdırlar. Kim belə faktla rastlaşarsa, mütləq ictimailəşdirməlidir” - deyə Q.Məhərrəmli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ