Cümə axşamı günü, 12 noyabr 2026
     

Yubileyini cənnətdə qeyd edən şəhid Elcan Muradov... - FOTO

Image


Bəşər tarixi boyunca insanlar yüzlərlə, minlərlə ideologiyanın şahidi olublar. Bu ideologiyalardan bəziləri insan övladını qurtuluşa, izzətə dəvət etsə də, bəziləri dünya tarixinə qara hərflərlə həkk olunublar. İzzət bəxş edən ideologiyaların başında dayanan Vətəni hər bir təhlükədən qorumaq, lazım gələrsə bu yolda canını verməyi aşılayan şəhidlik ideologiyasıdır.

Vətən insanları bir araya toplayan, onları bir-birilə qırılmaz tellərlə bağlayan, bir ürəkdə bir can edən anlayışdır. Cəmiyyət öz varlığını davam etdirmək, dövlət öz ömrünü uzatmaq üçün vətənpərvərlərə, vətən sevdalı insanlara, fədailərə, fədakarlara sahib olmalıdır. Şəhidlik yolunu seçənlər Vətənin dar gününün fədailəridirlər. Şəhidlər canlarını qurban verib, bununla da Tanrının daha böyük mükafatına, ölümsüzlüyə qovuşurlar. “Biz yaşamasaq da, Vətən yaşasın” deyib canları, qanları bahasına düşməni Vətən torpaqlarından qovub çıxaran, onlara qan udduran, Vətən uğrunda fəda olanlardır şəhidlər.

Təcavüzkarın, işğalçının külünü göyə sovuranlardır şəhidlər. Şəhidlərimiz uca Allah mərtəbəsində uca məqama sahib olublar və öz adlarını Vətən tarixinə əbədiyən yazıblar.

Vətən bizim anamızdır. Qarabağ və ətraf rayonlar, doğma ellərimiz, obalarımız 30 ilə yaxın idi ki, düşmən tapdağında idi. Yağı çəkmələri altında doğma torpaqlarımız inildəyib fəryad edirdi, “xilas edin” deyirdi.

Azərbaycan dövləti dünyaya haqq səsini çatdırmaq, düşmən tapdağından ərazilərini azad etmək istəyirdi. Dünyaya nə qədər hayqırırdı, səsinə səs verən olmurdu. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan öz torpaqlarının düşməndən azad edilməsi əməliyyatlarına başladı. Uzun illər Azərbaycanın səsini eşitməyən, torpaqlarımızın işğalını görməyən beynəlxalq qurumların həll etməli olduğu problemi Azərbaycan təkbaşına həll etdi.

Azərbaycan oğulları 27 sentyabr 2020-ci il tarixində silaha sarıldılar... Çünki illərdən bəri gözlədikləri qisas zamanı çatmışdı. Millətimizin tarixən üzləşdiyi neçə-neçə soyqırım, sürgünlər əsgərlərimizin gözləri önündə bir kadr kimi canlanırdı. Onlar düşməndən intiqam almaq, haqq-ədaləti bərpa etmək üçün döyüşə getdilər. 44 gün davam edən Vətən müharibəsində 3 minə yaxın igidimiz şəhidlik zirvəsinə ucaldı.

Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə ucalanlardan biri də Muradov Elcan Eldəniz oğludur. İyulun 3-ü şəhidimizin doğum günüdür, yaşasaydı, 20 yaşını qeyd edəcəkdi.

Elcan 3 iyul 2001-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Elcanın doğulub boya-başa çatdığı qədim Gəncə şəhəri tarixən düşmən qarşısında məğrur dayanıb, düşmənə baş əyməyib.

Elcan sanki şəhid olmaq, canını ulu Vətənimizə qurban vermək üçün doğulub, boya-başa çatıb yetişmişdi. Bəlkə də Tanrının seçilmişləri sırasında olduğu üçün Elcan hələ uşaq yaşlarından öz həmyaşıdlarından seçilirdi, fərqlənirdi.

Elcan ailənin ilk övladı idi. Atası Eldəniz bəy oğlunun dünyaya gəlməsi münasibətilə kiçik yığıncaq təşkil etmişdi, qohumlar, dostlar, tanışlar ata olduğuna görə ona gözaydınlığına gəlmişdilər. Amma hələ yeni doğulan körpəyə ad qoyulmamışdı. Məclisdən sonra Eldəniz bəyin atası mərhum Cəmşid kişi oğlundan övladına hansı adı qoyacağını soruşur. Eldəniz bəy sanki bu sualı gözləyirmiş kimi, atasına belə cavab verir: “Dədə, mən Qarabağda döyüşərkən Elcan adlı bir döyüş yoldaşım vardı. O həm silahdaşım, həm də dostum idi. Gözlərimizin önündə mənfur düşmənin gülləsinə tuş gəldi, qucağımda şəhid oldu, həmin gün niyyət etmişdim ki, oğlum olsa, adını Elcan qoyacam”.

Oğlunun sözlərindən Cəmşid kişi bir az fikrə dalır... Cəmşid kişinin xəyalından doğma Dərələyəz mahalı keçirdi. O, ailəsi ilə birlikdə doğma ata-baba ocağı Dərələyəz mahalından didərgin düşmüşdü, Vətən həsrətini də, torpaq nisgilini də, Vətən sevdasını da, Vətən uğrunda canını fəda edib şəhid olanların hansı məqama yüksəldiyini də yaxşı anlayırdı, duyurdu...

“Oğlum, niyyətini yerinə yetir, Elcan gözəl addır. Sən şəhid dostunun adını balamıza qoymaq istəyirsən, mən nə deyə bilərəm ki... Ömrü uzun olsun”.

Allah Cəmşid kişinin xeyir-duasını qəbul etmişdi. Həmin körpə gələcəkdə adını daşıdığı şəhid qəhrəman kimi ölümsüzlük qazanacaqdı.

Vətən müharibəsi başlayanda Elcanın 19 yaşı vardı, çox gənc idi, arzuları çox idi, amma ən böyük arzusu işğal altında olan torpaqlarımızı düşmən nəfəsindən təmizləmək, azğın düşməni doğma torpaqlarımızdan qovmaq idi. Elcan bu arzusuna çatdı, 19 yaşında döyüşə yollandı. Elcan Muradov müharibədə baş atıcı kimi döyüşlərdə fərqlənir, düşməndən qisas alırdı. Mənfur düşmən Elcanın ata-babasını da öz doğma yurdundan, isti ocağından didərgin salmışdı.

Elcanın düşmənə nifrəti çox böyük idi.

Oktybarın 3-də zəng edib atası ilə bir-iki dəqiqə danışır və atasından xahiş edir ki, ondan nigaran qalmasınlar, düşmənin dizini qırmağa az qalıb, düşməndən öcünü alıb sağ-salamat evə qayıdacaq. Atası ilə halallaşdıqdan sonra Elcan yenidən döyüşə atılır. Bu, Elcanın doğmaları ilə son danışığı olur.

Oktyabr ayının 5-i növbəti dəfə “silaha!” komandası eşidildi. İrəlidə, öndə döyüşən əsgərlərimiz düşmən mühasirəsinə düşmüşdülər. Komandir 10-15 könüllü əsgər istəyir, Elcan irəliyə atılan ilk əsgər olur. Füzuli rayonu istiqamətində düşmən mühasirəsinə düşən manqanın köməyinə çatmaq lazım idi. Elcangil özlərini yetirdilər, düşməni məhv edib əsgərlərimizi mühasirədən çıxardılar. Həmin gün axşamadək qızğın döyüşlər getdi...

Günəş batmaq üzrə idi. Qərargahdan xəbər gəldi ki, düşmən gizlin şəkildə irəliləyir, hücuma keçmək lazımdır. Elcan Muradovun qəlbində təlatüm yarandı, əyilib yerdən bir ovuc torpaq götürdü, həmin torpaq bir gün əvvəl azad olunmuş kəndlərimizdən birinin bağçasından idi. Torpağı ovcunda tutaraq öpüb gözlərinə qoydu, qeyri-ixtiyari gözləri doldu, kövrəldi. Sanki bir neçə dəqiqə sonra şəhid olacağını duymuşdu. Ürəyinə dammışdı ki, əbədiyyətə qovuşmasına az qalıb. Bir anlığa xəyalında ailəsi, ata-anası, doğmaları, adını yalnız ən yaxın dostu olan Turxanın bildiyi və “gözlə məni” deyib ümid verdiyi sevdiyi qız keçdi... Amma özünü itirmədi, tərəddüdə qapılmadı, xəyalında doğmaları ilə vidalaşdı...

“Hücum” əmri verilən kimi “Allah, Allah” şüarı ilə qəzəbli şir kimi irəliyə atıldı. Düşmən çox itki verərək geri çəkilməyə başlamışdı ki, Elcan namərdcəsinə atılan düşmən gülləsinə tuş gəldi, Vətən torpağının qucağında şəhidlik zirvəsinə ucaldı.

2020-ci ilin 3 iyulunda mən Elcanla telefon əlaqəsi saxlayıb onun ad gününü təbrik etmişdim. Çox sevincli idi. Bir il sonra onun 20 yaşı, yəni yubileyi olacaqdı. Söz vermişdim ki, yubileyini birlikdə keçirəcəyik. Çox təəssüf ki, qismət olmadı.

Bu gün Elcanın 20 yaşı tamam olur. O öz ad gününü cismən bizimlə keçirə bilməsə də, mənən bizimlədir. Cənnətdə öz şəhid döyüş yoldaşları ilə birlikdə sevinc içindədirlər. Bəlkə də onlar indi azad torpaqlarımıza baxıb öz qəhrəmanlıqları ilə qürur duyurlar. Axı biz məhz Elcan kimi oğulların sayəsində alnımızdakı 30 illik qara ləkəni silə bildik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Əziz qardaşım Elcan, cənnətdəki ad günün mübarək olsun! İndi bütün Azərbaycan səninlə fəxr edir.

Elvin ARİFOĞLU
Şəhidin bibisi oğlu, tədqiqatçı-yazar



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ