İyulun 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin bir çox bölgələrində yerləşən təhsil müəssisələrində əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi, həmçinin üzrlü səbəbdən yekun attestasiya imtahanlarında iştirak edə bilməyən 11-ci sinif şagirdləri və eksternat qaydada təhsil alanlar üçün imtahanlar keçirilib.
Mərkəzi Aran bölgəsi üzrə Şirvan şəhərində də dörd məktəb binasında imtahanların keçirilməsi baş tutub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə gücləndirilmiş iş rejimində xidmət aparıb. Həmin yerlərdə sosial izolyasiya qaydalarına riayət olunmasına və ərazidə təhlükəsizliyin təmin edilməsinə ciddi nəzarət olunub.