Cümə axşamı günü, 12 noyabr 2026
     

Elton Məmmədov AMEA-da hansı ağır cinayətlərdən danışır...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adı uzun illərdir ciddi elmi hadisələrlə yanaşı çəkilmir, bu qurum daha çox qalmaqallarla gündəmə gəlir. 

Keçmiş deputat Elton Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verən ağır cinayət hadisələrindən danışıb. E.Məmmədovun yayılan səs yazısında buradakı vəziyyət açıqlanır. Qeyd edilənə görə, E.Məmmədovun işdən çıxarılması ilə bağlı təşkil olunan iclasda son çıxışı zamanı o, müəyyən faktları açıqlayıb.

E.Məmmədov bildirib ki, AMEA-da ciddi qanun pozuntuları baş verib. İşlədiyi müddətdə qanunsuzluqların qarşısını almağa çalışsa da, buna tam müvəffəq ola bilməyib.

O qeyd edib ki, alimlər üçün olan AMEA-nın torpaq təyinatları dəyişdirilib və ayrı-ayrı adamlara satılıb: “Bu hallarla hər gün mübarizə aparmışam, şəffaflığa çıxmaq üçün sənədləri qaydasına qoymuşam. Torpağından başlayaraq, reyestr yaratmışam. O vaxt komissiyanın sədri akademik Rasim Əliquliyev olanda tövsiyələr vermişdi. İndi baxa bilərsiniz, 48 təşkilatın reyestrini aparmışam. Reyestrdə külli miqdarda avadanlıqlara dövlət vəsait verib. Artıq bir təşkilatın ümumi monitorinqini aparıb reyestrlər müəyyənləşdirmişik. Bunların hamısını qısa bir zamanda görmüşəm. Təşkilatçılar elə işlədilər ki, guya Ramiz Mehdiyevin rəhbərliyilə Elton Məmmədov Xızıda villalar tikdirib satacaq. Dövlət qanununu pozaraq, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 322 nəfərə torpaq verib. Dövlət təyinatı qalıb bir tərəfdə, fərdi bağçılıq, bostançılıq yaradıblar. Qanunla gəlib rəhbərimə demişəm ki, mənim dövrümdə də 120 ərizə daxil olub. 1 sot da olsa oradan kiməsə torpaq vermək niyyətində deyiləm. Çünki bu, qanun pozuntusudur. Gərək mən də başqaları kimi torpaq verəydim, sonra da sizin yanınızda qızaraydım? Hər birinizdən bir daha üzr istəyərək, ərizəmi yazmışam, səbəbini də qeyd etmişəm. Qərarınıza böyük hörmətlə yanaşıram, amma çox təəssüf...

Rəhbərliyinizlə birlikdə, sizlərə də özümdə olan insan resursunu dövlət quruluşuna və dövlətçiliyin bu sahəsinə axıra qədər tətbiq edə bilmədim. Çox təəssüf...”.

Çıxışdan sonra Ramiz Mehdiyev isə əlavə edib ki, qeyd olunan məsələlər həqiqətə uyğundur: “Bunu nəzərə almalıyıq. Uzun müddət bu söhbətlər olub. Mənə də məlumat verib, öz fikrini söyləyib”.

E.Məmmədov AMEA-da baş verən hansı ağır cinayətləri nəzərdə tutub? Söhbət hansı qanun pozuntularından, ağır cinayətlərdən gedə bilər?

  • “Araşdırılsın görək o torpaqlar kimlərə verilib...”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, o da E.Məmmədovun AMEA-da baş verən ciddi qanun pozuntuları ilə bağlı yayılan səs yazısı ilə tanışdır. “Biz illərdir bu istiqamətdə öz fikrimizi deyirik. Bu pozuntular indi baş verməyib. Əslində, 2013-cü ildən, yəni AMEA-nın o vaxtkı prezidenti akademik Mahmud Kərimov dünyasını dəyişəndən sonra Akademiyada baş verənlərlə bağlı hər zaman öz fikrimizi demişik, bununla bağlı dəfələrlə qənaətlərimizi sizinlə və ictimaiyyətlə də bölüşmüşük. Əslində, Akademiya Azərbaycanın elm mərkəzidir, elm məbədidir. Burada hər zaman elə insanlar çalışıb, elə insanlar rəhbərlikdə təmsil olunublar ki, sözün həqiqi mənasında, onlar Azərbaycanın böyük ziyalıları olublar. Biz bu mövzuda da sizinlə danışmışdıq. Akademiyada Gənclərin İntellektual İnkişaf Mərkəzinə rəhbərlik etdiyim dövrdə biz nümunəvi bir işə start verdik. Bu ondan ibarət idi ki, Akademiyada çalışan, imkansız, evsiz-eşiksiz olan gənc alimlər üçün bina tikilsin. Bu binanın tikintisinə başlandı. Dövlət sağ olsun ki, bu gözəl və nəcib işdə bizə hər cür dəstəyi göstərdi. İstər sənədləşmə prosesində, istərsə də Akademiyanın öz ərazisində bina tikintisinə razılıq verməsi ilə bağlı məsələlərdə aidiyyəti dövlət qurumları dəstəklərini əsirgəmədilər. 2013-cü ildə Akademiyada rəhbərlik etdiyim işdən öz ərizəmlə ayrıldım. Çünki yeni Akademiyaya yeni komanda gəlmişdi və hiss olunurdu ki, onlar istənilən qanunsuzluqları etməyə, bütün nəcib təşəbbüslərin üstündən xətt çəkməyə, yalnız öz maraqları naminə çirkin işlərə getməyə hazırdırlar. O zaman işimdən ayrıldım. Öz fikrimi belə ifadə etdim ki, bu insanlarla işləyə bilmərəm, hətta Akademiya rəhbərliyinə dedim ki, sizinlə bu formatda, sadəcə, işləmək mümkün deyil. Təsəvvür edin ki, həmin yaşayış binasında mənzillərin bölünməsi ilə bağlı çox biabırçılıqlar baş verdi, o binalardan mənzillər təsadüfi adamlara verildi, AMEA-nın o vaxtkı rəhbərliyi tərəfindən acgözcəsinə mənimsənildi. Akademiyanın rəhbərliyi, vitse-prezidenti  səviyyəsində o mənzillər ələ keçirildi. Halbuki, bu insanlar dövlətdən dəfələrlə mənzillər alıblar. Ahıl yaşlı, haqq dünyasına savab qazanaraq getmək yaşında olan insanlar kasıb, ev-eşiksiz, məzlum gənc alimlərin evlərinə göz dikdilər. Akademiyanın prezidenti 4 mənzili ələ keçirdi. Vitse-prezident və işlər müdiri də eynilə onun kimi. Təxminən 40 mənzil ehtiyacı olan gənc alimlərə verildi. Amma təəssüf ki, o siyahıya Bakıda bir neçə mənzili olan alimlər də daxil edildi. Bu mənzillər ədalətsizliklə bölüşdürüldü, evə haqqı olanların çox böyük əksəriyyəti mənzil almaqdan məhrum edildi. 

Elton Məmmədovun Akademiyanın işlər idarəsinin müdiri olarkən Akademiyada baş verən qanunsuzluqlarla, yəni yeni rəhbərliyin bu istiqamətdə yol verdiyi qanunsuzluqlarla bağlı səs yazısına ürək ağrısı ilə qulaq asdım. Görünən o oldu ki, keçmişdə baş verən qanunsuzluqlar aradan qaldırılmadı, onlar bir az da dərinləşdi. Buna çox təəssüf edirəm. Uzun illər Akademiyada elmi gəncliyə rəhbərlik etdiyim zaman hər zaman gənc alimlərin xaricdə keçirilən elmi tədbirlərdə iştirak etməsi ilə bağlı çətinliklər yaşayırdıq. Bu işdə bizə Gənclər və İdman Nazirliyi dəstək olurdu. Allah Azad Rəhimova rəhmət eləsin, mənim gənc alimlərin xaricdə keçirilən tədbirlərdə iştirak etməsi ilə bağlı nazirliyə ünvanladığım bütün məktublara, müraciətlərə müsbət cavab verirdi. Biz gənc alimləri yalnız Gənclər və İdman Nazirliyinin xətti və dəstəyilə xarici ölkələrə elmi ezamiyyətlərə, tədbirlərə göndərə bilirdik. Hətta sizə deyim ki, bizim gənc alimlərimizin ezam edilməsilə bağlı o zaman da Akademiyanın rəhbərliyində təmsil olunan və sonradan da rəhbərlikdə olan şəxslər birbaşa mənə  təzyiq göstərirdilər. Sonra məlum olurdu ki, xaricə göndərmək üçün onların məndən xahiş etdikləri adamlar onların qohumlarıdır. Təzyiq edirdilər ki, xaricə onların adamlarını göndərim. Mən akademiyada idarəçilik sistemini görürdüm və düşünürdüm ki, bu cür idarəetmə ilə müsbət heç nəyə nail olmaq olmaz. Dövlət başçısının, dövlətin elmdən gözləntiləri, ölkənin ali siyasi rəhbərliyinin tövsiyələri, tapşırıqları niyə doğruldurmur? Məsələ bundan ibarətdir ki, 2013-cü ildən sonra Akademiyada görülən işlər yalnız görüntü xarakteri daşıyırdı. Xatırlayıram, illər əvvəl biz gənc alimlərin elm festivallarını keçirirdik. Elm festivallarında sırf elmlə bağlı yenilikləri təqdim edirdik. Amma bunlar elm festivalında Rusiyadan gətirdikləri səhnə adamlarını, artistləri elm səhnəsinə çıxarırdılar. Görüntü yaradırdılar, Akademiyadan nə qədər pullar silinirdi. Halbuki, AMEA işçilərinin maaşı çox cüzi bir əməkhaqqı idi. Bütün bunlar, əlbəttə ki, kənardan çox biabırçı görsənirdi. Ümid edirdim ki, Akademiyada rəhbərlik dəyişəndən, Ramiz Mehdiyev Akademiya rəhbərliyinə gələndən sonra bu qurumda hər şey müsbətə doğru dəyişəcək. Bununla bağlı mənim mətbuatda kifayət qədər ümidlərimi əks etdirən fikirlərim, şərhlərim gedib. Düşünürdüm ki, Ramiz Mehdiyev uzun illər dövlət idarəçiliyində olub, rəhbər vəzifədə işləyib, böyük idarəçilik təcrübəsi var, o, elmi düçar olduğu bəlalardan, bu bataqlıqdan, özbaşnalıq vəziyyətindən xilas edəcək. Amma nə baş verdi? Akademiyada böhran daha da dərinləşdi. Birbaşa fikrim ondan ibarətdir ki, artıq Akademiyanın bu formatda fəaliyyət göstərməsi mümkünsüzdür”.

İ.Orucovun sözlərinə görə, Akademiyada təftiş aparılması çox vacibdir və bu proses zamanı bütün nöqsanlar, qanunsuzluqlar daha qabarıq formada üzə çıxacaq. O hesab edir ki, E.Məmmədovun səs yazısında yer alan məsələlər çox ciddidir. “Elton Məmmədovun səs yazısından görünür ki, Akademiyanın torpaq sahələri biabırcasına öz aralarında bölüşdürülüb. Sizi əmin edirəm ki, bu insanların təfəkkürü elə bir ibtidai səviyyədədir ki, onlar bir kasıba o torpağı verməzlər. Araşdırılsın görək o torpaqlar kimlərə verilib, o adamların Akademiya rəhbərliyi ilə hansı əlaqələri var? Çox təəssüf edirəm ki, vəziyyət nəinki ürəkaçan deyil, vəziyyət xeyli gərgindir. Mən söhbətimizin əvvəlində gənc alimlərin xaricə elmi ezamiyyətlərə, tədbirlərə göndərilməsi məsələsini təsadüfən qeyd etmədim. Çünki Akademiyanın beynəlxalq əlaqələri Mahmud Kərimovun dövründə xeyli yüksəlmişdi, Azərbaycan beynəlxalq layihələrdə iştirak edirdi, NATO-nun, Avropa Birliyinin, Avropa Komissiyasının müxtəlif proqramlarında Azərbaycan tərəf olaraq təmsil olunurdu. Gedin başqa ölkələrin alimlərinin də beynəlxalq əlaqələrinə baxın, bizim alimlərin də. Onların beynəlxalq əlaqələri qalır, amma bizdə elmi məhv etdikləri kimi, bu əlaqələri də məhv etdilər” - deyə İ.Orucov qeyd etdi.    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ