Cümə axşamı günü, 12 noyabr 2026
     

Mühəndislik Universitetində ADPU-nun 100 illik yubileyi qeyd olundu

Image


Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, ölkəmizin təhsil tarixində xüsusi yerə, zəngin ənənələrə malik olan Pedaqoji Universitetin 100 illiyi ölkə ictimaiyyəti üçün əlamətdar bir yubiley olaraq qeyd edilməkdədir. Prezident cənab İlham Əliyevin bu ilin aprel ayında ADPU-nun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzaladığını xatırladan Havar Məmmədov bildirib ki, sənəddə yarandığı vaxtdan etibarən universitetin üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməsi, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsi, eyni zamanda, Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında bu ali təhsil ocağının çox sayda məzunlarının olması xüsusi vurğulanıb.

Böyük tarixi inkişaf yolu keçən ADPU-nun tarixindən ətraflı bəhs edən BMU-nun rektoru vaxtilə bu ali təhsil ocağının formalaşmasında və inkişafında görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovla yanaşı, xalq maarif komissarı Dadaş Bünyadzadənin, dövrün görkəmli ziyalıları - Üzeyir Hacıbəylinin, Vəli Xuluflunun, Bəkir Çobanzadənin və sair ziyalıların əvəzsiz xidmətlərinə toxunub.

ADPU-nun qazandığı uğurların bilavasitə Ümummilli liderimiz Heydər Əliyevin  adı və çoxşaxəli fəaliyyəti ilə bağlı olduğunu vurğulayan Havar Məmmədov Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda, 5 dəfə ADPU-da olduğunu, universitetin, onun kollektivinin qayğıları ilə yaxından maraqlandığını, bu təhsil məbədinin inkişafı üçün müvafiq qərarlar verdiyini qeyd edib. Rektor bildirib ki, daim ADPU-ya ən yüksək qiymət verən müdrik siyasi xadim, görkəmli dövlət rəhbəri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə də dəyərli tövsiyələri ADPU-da ciddi nailiyyətlərin qazanılmasında həlledici rol oynayıb.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin də müəllim adına, müəllim əməyinə yüksək qiymət verdiyini deyən rektor ölkə başçımızın ADPU-nun inkişafına daima öz dəstəyini göstərdiyini fikirlərinə əlavə edib.

Ötən 100 il ərzində ADPU-nun 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları yetişdirən, zəngin ənənələrə malik elm və təhsil müəssisəsi kimi tanındığını deyən Havar Məmmədov söyləyib ki, Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər ərsəyə gətirib, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb, inkişaf edib. Yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadiminin ADPU-da təhsil aldığını qeyd edən rektor universitetin məşhur məzunlarının adını sadalayıb.

BMU-nun rektoru bildirib ki, ADPU son illərdə daha da inkişaf edərək ciddi uğurlar əldə edib. ADPU-nun dünyanın 52 nüfuzlu ali təhsil ocağı ilə əməkdaşlıq müqaviləsinin mövcud olduğunu, 34 xarici universitetlə əməkdaşlıq etiyini, tələbə mübadiləsi həyata keçirdiyini diqqətə çatdıran Havar Məmmədov əlavə edib ki, ADPU və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanması da mühüm nailiyyətdir.

Bu gün uğurlu fəaliyyəti ilə seçilən, nüfuzlu təhsil ocaqlarımızdan olan ADPU-nun qabaqcıl elmi nailiyyətlər, innovativ təlim-tədris texnologiyalarından yararlanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi işinə öz töhfələrini verməkdə olduğunu bildirən Havar Məmmədov Pedaqoji Universitetin kollektivini yubiley münasibətilə təbrik edib, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində göstərdikləri yorulmaz fəaliyyətlərində onlara müvəffəqiyyətlər, daha böyük uğurlara imza atmalarını arzulayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov deyilən xoş sözlərə və təbriklərə görə BMU-nun rektoruna öz dərin minnətdarlığını bildirib.

Rektor çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin ADPU-nun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını xatırladıb. Bildirib ki, ixtisaslaşmış ali təhsil müəssisəsi kimi Pedaqoji Universitetin müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmədiyi Sərəncamda öz əksini tapıb. Bununla yanaşı, Sərəncamda ADPU-da qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldığı da qeyd olunur.

Cəfər Cəfərov 1921-ci ildə cəmi 6 tələbə ilə fəaliyyətə başlayan Pedaqoji Universitetdə hər il 4 mindən çox yüksəkixtisaslı tələbənin məzun olduğunu diqqətə çatdırıb. ADPU-nun ölkənin ən böyük ali məktəblərindən biri olduğunu söyləyən rektor universitetin ölkəmizin 5 rayonunda filiallarının, Bakıda 4 kampusun və 2 kollecin fəaliyyət göstərdiyini vurğulayıb.

Universitetin uğurlu nəticələrini diqqətə çatdıran rektor tələbələrin 70 %-ə qədərinin təqaüd aldığını bildirib.  Müəllimlərin işə qəbul imtahanlarında ADPU məzunlarının göstərdiyi nailiyyətlərin də çox sevindirici olduğunu deyən Cəfər Cəfərov bununla yanaşı, həm MİQ imtahanlarında, həm də magistratura səviyyəsi üzrə keçirilən imtahanlarda iştirak edən tələbələrin qəbul göstəricilərinin də yüksək olduğunu sözlərinə əlavə edib. Rektor universitetin qəbul planının həm keyfiyyət, həm də kəmiyyət baxımından artdığını, son illərdə 98-99% təşkil etdiyini söyləyib.

Cəfər Cəfərov ADPU-nun beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurlarından biri kimi  ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının uğurla davam etdiyini söyləyib. O, yeni tədris ilindən etibarən ADPU-da bakalavr səviyyəsində iki ixtisas üzrə ingilis bölməsinə qəbul aparılacağını da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Emin Ağayev çıxış ediblər. Çıxışlarda ADPU-nun yaranma tarixindən və keçdiyi inkişaf yolundan ətraflı danışılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ