Tarif (Qiymət) Şurasının bu gün keçirilən növbəti iclasında təbii qazın qiymətlərinə dəyişiklik edilib.
Trend təbii qazın Azərbaycanda və bəzi ölkələrdəki müqayisəli qiymətlərini təqdim edir.
1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 20 qəpik: Gürcüstanda 29,5 qəpik, Belarusda 34,2 qəpik, Rusiyada 16,5 qəpik.
1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə Azərbaycanda yuxarı hədd 20 qəpik: Türkiyədə 49 qəpik, Ukraynada 26 qəpik, Belarusda 78,2 qəpik, Rusiyada 18,2 qəpik.
Bəzi paytaxt şəhərlərlə müqayisə etdikdə, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə: Ankarada (Türkiyə) 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik.
2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə: Ankarada 32,9-41,6 qəpik, Kiyevdə 54,8 qəpik.