çərşənbə axşamı günü, 23 iyun 2026
     

Azərbaycanlılara işgəncə verən erməni yaraqlılarının məhkəməsi iyulun 7-də davam etdiriləcək - YENİLƏNDİ

Image


Bu gün Yasamal rayon Məhkəməsində Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Prosesdə dövlət ittihamçısı sübutların tədqiqi ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, əvvəlcə şahid ifadələri dinlənildikdən sonra təqsirləndirilən şəxslərin ifadəsi davam etdirilsin.

Vəsatət təmin edilib.

Şahid Ceyhun Vəlibəyov bildirib ki, təqsirləndirilən şəxs Xosrovyan saxlanılan vaxt hərbi xidmətdə olub: "Biz pusqu qurmuşduq. UAZ markalı avtomobilin gəldiyini gördük. Alyoşa Xosrovyan maşınla yaxınlaşanda ələ keçirdik. Onun avtomobilində silah-sursat da var idi. Biz onu yaxalayıb aidiyyəti şəxslərə təhvil verdik".

Digər şahid Tural Davudov isə bildirib ki, Cəbrayıl rayonunda Alyoşa Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salıb üstünə gəlib: "Biləndə ki Azərbaycan hərbçiləridir, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi. Amma biz ona imkan vermədik. O bizi zərərsizləşdirmək istəyirdi".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu "“Yerkrapa” erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "2020-ci il oktyabrın 3-də bildim ki, Azərbaycan hərbçiləri Cəbrayılı işğaldan azad ediblər. Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma gəl".

Zərərçəkmiş şəxs Cavid Hüseyn isə bildirib ki, Alyoşa Xosrovyan Lüdvik Mkrtçyanla birlikdə ona ağır işgəncələr verib: "Bunlar yalan danışmaqla özlərini günahsız tanıtmaq istəyirlər".

Zərərçəkmiş Zahid Həsənov isə deyib ki, 1994-cü ildə Xankəndində rus jurnalistin gözü qarşısında, həmin ilin may ayında isə Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: "Alyoşa da, Lüdvik də Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Hər ikisi məni çox yaxşı tanıyır".

Prosesdə təqsirləndirilən Lüdvik Mkrtçyana sərbəst ifadə vermək təklif olunsa da o "Sözüm yoxdur" deyib.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. 2 ay Hadrutda olmuşam. 1994-də atəşkəs elan olunduqdan sonra isə Suqovuşanda olmuşam. Xocalı şəhərinin Azərbaycan ərazisi olduğunu, ermənilərin orada soyqırım törətdiyini bilirəm".

Proses iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..

22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...

22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...

22.06.2026 / 18:16
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir

22.06.2026 / 17:53
11500 nikahın 6500-ü pozulub -son 5 ayın göstəriciləri dəhşət saçır...

22.06.2026 / 17:23
Mərdəkanda 4 nəfər dənizdə batdı...

22.06.2026 / 17:15
Bakıdakı universitetlərlə bağlı qərar verildi - köçürülməyəcək, tələbə sayı azaldılacaq....

22.06.2026 / 17:10
"Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur" - Mehriban Xanlarova

22.06.2026 / 16:53
Qayıdan məcburi köçkünlər ata-baba qəbirstanlıqlarının bərpasına başlayıblar...

22.06.2026 / 16:50
"Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir" - Berdiməhəmmədov

22.06.2026 / 16:48
Prezident: "Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik"

22.06.2026 / 16:44
"Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır" Prezident

22.06.2026 / 16:37
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

22.06.2026 / 16:35
Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.06.2026 / 16:19
Zelenski görünməmiş hərbi texnikanı ortaya çıxardı - Sibirə kimi uçan PUA, G-7 yekdil qərar verdi...

22.06.2026 / 15:43
İranın 100 milyardını donduranların arasında Çin kimi dost, İraq kimi qonşu da var...

22.06.2026 / 15:30
Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.06.2026 / 15:28
Alman nazir Türkiyədə şərt qoydu - yanvara kimi Rusiya qazından imtina olunmalıdır...

22.06.2026 / 15:10
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib

22.06.2026 / 15:05
Bərdənin deputatının 21 milyonluq biznes müqaviləsi qanunidir?

22.06.2026 / 14:53
ABŞ İran üçün 300 milyard dolların yarısını topladı -pul kimlərdən yığıldı, şok adlar var...

22.06.2026 / 14:22
Prezident İlham Əliyevin bu qədər əmin danışması səbəbsiz deyil...

22.06.2026 / 14:17
BMT-nin Proqram rəhbəri Prezident İlham Əliyevə təşəkkür etdi...

22.06.2026 / 14:10
Azərbaycan üzərindən Ermənistana internet veriləcək - sənəd imzalandı...

22.06.2026 / 14:00
İran uçurumu dərinləşir – İsraildən ABŞ-a 11 sentyabr təhdidi…

22.06.2026 / 13:28
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi...

22.06.2026 / 13:13
Bu həftə 3 gün iş olmayacaq...

22.06.2026 / 13:09
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

22.06.2026 / 13:05
Bakıda bir qəpiyə satılan yumurtalar SAXTAdır? - RƏSMİ AÇIQLAMA...

22.06.2026 / 12:53
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - FOTO

22.06.2026 / 12:40
Trampın dediyi oldu - Britaniyanın Baş naziri Starmer istefa verdi…

22.06.2026 / 12:23
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi

22.06.2026 / 12:16
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edəcək

22.06.2026 / 11:47
Prezidentlərin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi - FOTO

22.06.2026 / 11:27
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

22.06.2026 / 11:09
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22.06.2026 / 11:03
Tramp öz şərtlərini diqtə edir - yumruqlu təhdid sülh deyil..

22.06.2026 / 11:02
Bakıda Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

22.06.2026 / 10:35
Tarixi abidənin iaşə obyekti kimi istifadəyə verilməsinin fəsadları - Səngəçal karvansarasına ziyan vuruldu

22.06.2026 / 10:08
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat...

22.06.2026 / 09:49
Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO

22.06.2026 / 09:11
Qadınların pensiya yaşı artırılır...

22.06.2026 / 08:16
Qarabağın dağıdılmış məzarlıqlarının bərpasına yeni konseptual yanaşma: Anıt-türbə modeli

22.06.2026 / 08:03
İran İsveçrə razılaşmasının təfərrüatlarını açdı

22.06.2026 / 07:01
Netanyahu müharibənin nəticəsindən məmnundur - “…rejim dəyişikliyi üçün şərait yaratmışıq”…

22.06.2026 / 06:17
Kerç boğazının bombalanması Krımı çətin duruma saldı - yarımada blokada vəziyyətində…

21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış - “…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…

21.06.2026 / 22:13
İran nümayəndə heyəti Trampın təhdidləri üzündən danışıqları yarımçıq tərk etdi

21.06.2026 / 21:25
Ünlü rəssam CHP qərargahına bağışladığı Atatürk rəsmlərini geri aldı -Klıcdaroğlunun yanında dura bilmərəm...

21.06.2026 / 20:38
Starmer istefa verir? – Trampdan ŞOK İDDİA…

21.06.2026 / 20:10
ABŞ-İran danışıqlarının 80 dəqiqəlik ilk mərhələsi başa çatdı – DETALLR ORTAYA ÇIXDI…

21.06.2026 / 19:25
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər saxlandı....

21.06.2026 / 18:59
Tramp Pezeşkianı təhdid etdi - danışığına fikir versə yaxşı olar, yoxsa…

21.06.2026 / 18:30
İran heyəti İsveçrədə ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi…

21.06.2026 / 18:09
Milli dəyərləri rəmzləşdirən orden-medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...

21.06.2026 / 17:46
Dübəndi sahilində neft sızması aşkarlandı - sualtı kəmərlə neft nəqli dayandırıldı...

21.06.2026 / 17:13
Məşhur yazar Səbahəddin Onkibar Kılıçdaroğlunun 2,5 saatlıq çıxışını yerlə bir etdi

21.06.2026 / 16:26
İsveçrədə ABŞ-İran anışıqları başladı – Tehrandan Vaşinqtona Hörmüz şərti...

21.06.2026 / 16:06
İranın Qətərdə saxlanılan 6 milyardı geri qaytarılır...

21.06.2026 / 16:05
Yaponyada “Azərbaycan adlı strategiya” kitabının təqdimatı keçirilib

21.06.2026 / 15:45
"Məbədlərin divarlarındakı qədim alban dilində olan kitabələr və relyeflər qaşınaraq məhv edilib" -Rizvan Qarabağlı

21.06.2026 / 15:31
"Azərbaycanda istənilən alimlə Urartu mövzusunu müzakirə etməyə hazıram..." -Ramin Əlizadə

21.06.2026 / 15:17
Birbank ödəniş sistemi bu gün sübh tezdən çöküb...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ