Cümə axşamı günü, 12 noyabr 2026
     

Bəzi Çin alimlərindən vaksinləşməyə qarşı böyük təxribat - Azərbaycan həkimlərindən əks-hücum...

Image


Bu gün bütün dünya koronavirusdan və onun yeni ştammlarından xilas yolunu kütləvi peyvəndlənmədə gördüyü, insanların könüllü şəkildə peyvəndlənməyə maraq göstərdiyi bir vaxtda bəzi Çin alimləri iddia edirlər ki, peyvəndlər işə yaramır, mutasiyalara təsir etmir. Çinli alimlər hesab edirlər ki, vaksindən sonra yaranan istər az, istərsə də çox miqdar anticism yeni mutasiyalarla mübarizədə rol oynamır və demək olar, işə yaramır. Bir sözlə, çinli mütəxəssislər vaksinlərin koronavirus ştammlarına qarşı təsirini şübhə altına alırlar.

Hazırda Hindistan ştammı dünyanın 92 ölkəsi, o cümlədən, Çində yayılır.

Uşaq həkimi Çen İnn bildirib ki, əsas problem Deltada yox, vaksinlərin ona qarşı təsirsizliyindədir: “DNK viruslar çox çətinliklə mutasiya olur və insan immuniteti tərəfindən asanlıqla yadda saxlanır.

Təkrar yoluxmada immunitet dərhal işə düşür. Amma korona RNK virusudur, asanlıqla mutasiya olur, mutant virus isə insan immunitetindən asanlıqla yayınır, sürüşkəndir. Bu zaman öncəki mutasiya zamanı yaranan vaksin antitelləri, sadəcə, işə düşmür, insan asanlıqla yoluxur və xəstələnir.

Yaxın 5 ildə insanlar qrip kimi hər il korona peyvəndi olunmalıdırlar. Yeni mutasiyalara qarşı yeni vaksinlər olmalıdır. Epidemiya davam edəcək, çünki mutasiya istehsalı dayanmır”.

Çinlilər indiki mutant pandemiyasında səbəbkarın Hindistan olduğunu bildirərək, artıq Çini günahlandırmamağa çağırıblar: “İndi müharibənin səbəbkarı Hindistandır. Bu ölkə dünyaya yeni güclü mutant verdi. Hər şey başlı-başına buraxılıb. Hindistan vəziyyəti Çin kimi ələ ala bilmədi.

Çıxış yolu bu ölkəni bir müddət tam qapadıb, dünyadan təcrid etməkdir. Yoxsa, vaksinləşmənin faydası olmayacaq. Bu şərtlərlə normal yaşamaq və işləmək mümkün olmayacaq”.

Azərbaycan mütəxəssisləri qeyd edirlər ki, bir qrup Çin aliminin açıqlamaları təxribat xarakterlidir. Onlar hesab edirlər ki, bu gün koronavirus pandemiyasının ümumbəşəri bəlaya çevrilməsinin günahkarı olaraq Çini görür və həqiqətdə də bu virusun “vətəni” Çindir.

Ekspertlər deyirlər ki, bu gün istifadə edilən vaksin növlərinin, demək olar, böyük əksəriyyəti göstərir ki, Çin alimlərinin iddiaları əsassızdır, çünki vaksinlər anticismlər yaradır və bu da yoluxmanı daha rahat adlatmağa şərait yaradır. Vaksinləşmənin virusa qarşı yeganə mübarizə üsulu olduğunu xatırladan mütəxəssislər hesab edirlər ki, Çin alimləri məsələni siyasiləşdirməyə doğru gedir, bu isə pandemiya ilə ümumdünya mübarizəsinə qarşı bir təxribatdır. Mütəxəssislər deyirlər ki, hələ yeni növ COVID-19 yayılarkən ÜST başda olmaqla, bütün aidiyyəti beynəlxalq təşkilatlar çıxış yolunun kütləvi vaksinləşmə olduğunu bildirdilər, bəzi çinli mütəxəssislər isə bu cür təxribatla məşğul olurlar.  

  • “Çox təəssüflər olsun ki, dünyada bu cür siyasi oyunlar da gedir və bəzi mütəxəssislər bu oyunların aparıcı qüvvəsinə çevrilirlər”

Professor Nəsib Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu açıqlama təxribatdır, virusdan xilas yolu vaksinləşmədən keçir. Bu iddiada olan çinli mütəxəssislərin fikirlərinin qətiyyən həqiqəti əks etdirmədiyini deyən N.Quliyev hesab edir ki, çinli alimlər özləri özlərini təkzib edirlər: “Belə bir əsassız iddia ortaya qoyurlarsa, onda necə olur ki, Çin özü də peyvənd istehsal edib dünyada satır, eyni zamanda, Çində vaksinasiya olunanların sayı 900 milyonu keçib, 1 milyarda yaxınlaşır. Vaksinlər təsirsizdirsə, bəs onda çinlilər özləri niyə vaksinasiya olunurlar? Bilirsiniz, peyvənd işi 7-ci əsrdən yaranıb, 1400 ildir ki, peyvənd dünyada mövcuddur. Amma bu 1400 il ərzində hələ peyvəndə alternativ olan ikinci bir üsul ortaya çıxmayıb, elə bir metod mövcud deyil. Yəni peyvənd dünyada alternativsizdir. Tarix boyu peyvəndə qarşı çıxanlar olub, ona əks fikirlər söyləyənlər həmişə tapılır. Amma onların heç biri həyatda öz təsdiqini tapmır. Təsəvvür edin ki, indiki halda belə, bir əsassız iddia səsləndirmək təxribatdır, diversiyadır. Çin başda olmaqla, bütün Yer kürəsinin peyvəndi tətbiq etdiyi bir zamanda, vaksinasiya davam etdirildiyi bir vaxtda belə bir fikir söyləmək təxribat xarakteri daşıyır. Ola bilsin ki, burada başqa məsələlər var. Yadınızdadırsa, bir dəfə yazmışdılar ki, peyvənddən sonra uşaqlarda autizm əmələ gəlir. Amma ÜST məsələni araşdırdı və məlum oldu ki, bir ingilis alimi bir dərman şirkəti ilə danışıb, öz aralarında separat bir müqavilə bağlayıblar. İngilis alimi deyib ki, mən bu peyvənd edən şirkətləri məhv edəcəyəm, sonra peyvəndi biz özümüz buraxarıq. Bu məqsədlə onlar başladılar ki, filan peyvəndlər autizm törədir və sair. Araşdırdılar gördülər ki, bu da insanların qeyri-adekvat, qeyri-normal, qeyri-ədalətsiz mövqeyidir”.

N.Quliyev hesab edir ki, bu əsassız iddianı ortaya atan bəzi çinli mütəxəssislər məsələni siyasiləşdirməyə çalışırlar. Son yayılan yeni ştammların dünyaya yayılmasında çinli alimlərin Hindistanı ittiham etməsinin də yersiz olduğunu deyən professor Quliyevin sözlərinə görə, onlar bununla Çinə qarşı səsləndirilən fikirlərin qarşısını almaq niyyəti güdürlər: “Bu gün Hindistan da, digər dünya ölkələri də bu hadisənin qurbanına çevriliblər. Onların nə günahları var ki? Mən yolla gedirəm, vəhşi heyvanlar mənə hücum edir, burada mənim günahım var? Yəni dünya öz yolunu getdiyi zaman pandemiya ilə üzləşdi. Görürsünüz, dünyada müxtəlif fikirlər səsləndirilir. ABŞ sərt şəkildə tələb edir ki, koronavirusun haradan çıxdığı araşdırılıb üzə çıxarılsın. Onlar da göstərirlər ki, bu virusu Çində laboratoriyada istehsal ediblər. Virus təbii yolla yaranmadığına görə isə qarşısını kəsə bilmirlər. Bu, sintetik yaranma bir şeydir, özləri də onun qurbanına çevriliblər. Bir həftə əvvəl Uahandakı instituta böyük mükafat verdilər. Bu halda bu mükafatı verənlərdən soruşmaq lazımdır ki, siz bu mükafatı bu laboratoriyaya nəyə görə verdiniz? Orada göstərirlər ki, peyvənd istehsalında qabaqcıl olduğuna görə verilib. Amma əsl həqiqət bir az başqadır, gizlətmək şərtilə onların virusu sintez etdiklərinə görə o mükafatı alıblar. Çox təəssüflər olsun ki, dünyada bu cür siyasi oyunlar da gedir və bəzi mütəxəssislər bu oyunların aparıcı qüvvəsinə çevrilirlər. Hesab edirəm ki, ədalət zəfər çalacaq” - deyə N.Quliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ