Cümə axşamı günü, 12 noyabr 2026
     

70-dən çox QHT şadlıq evləri tərəfindən toy sahiblərinin soyğunçuluğuna qarşı bəyanat yaydı - yeni toy modeli, vahid menyu…

Image


İctimai Nəzarət Mərkəzinin mütərəqqi toy modellərinin yaradılması zərurəti ilə bağlı  bəyanat yayıb. Bəyanatda deyilir:

“Artıq il yarımdır ki, koronavirus təhlükəsi səbəbindən, ölkəmizdə toy mərasimlərinin keçirilməsi dayandırılmışdı. Əhali, xüsusi ilə gənclərimiz böyük intizarla ölkəmizdə toyların yenidən keçirilməsi üçün şəraitin yaranmasını, qadağanın ortadan götürülməsini gözləyirdi. Hökumətin yenicə qəbul edilmiş qərarı ilə cari ilin iyul ayının 1- dən toy mərasimlərini keçirmək mümkün olacaqdır. Biz, İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti toy qadağasının aradan qaldırılmasını alqışlayırıq. Lakin böyük narahatlıqla qorxunc sosial bəlaya çevrilmiş, xalqımızın nüfuzuna ləkə olan və koronavirus pandemiyasına qədər Azərbaycanda keçirilən toy ənənələrinin bərpa olunacağı təhlükəsindən çox narahatıq.

Dinimizin qadağan etdiyi, ağıllı insanların etirazla qarşıladığı  böyük israfçılıqla keçirilən belə toy mərasimləri hər gün ölkəmizin ərzaq ehtiyatına ciddi zərbə vurur. Minlərlə ton yeyinti məhsulları yararsız hala salınır. Sanitar – gigiyenik qaydaların tez-tez pozulduğu mətbəxlərdə hazırlanan, əksər hallarda stolların üstündən yığılaraq sonrakı toy mərasimləri üçün saxlanılan növbə-növ yeməklər (bəzən 50-dən çox müxtəlif yeməklər, salatlar və s)  növbəti toy mərasimi keçirənlərə əslində  zorla satılır. Toydan sonra toy sahibinə stolların üstə qalan məhsullara – qidalara, şirniyyata, içkilərə, çiçəklərə əl vurmaq, onları götürmək qadağan edilir. Bu sadəcə cinayətdir və biz bu cinayətə son qoyulmasını təkid və tələb edirik! İcazə verilmiş qaydalar çərçivəsində keçiriləcək toylarda şadlıq evlərinin sahibləri tərəfindən bu cinayət əməlləri davam edərsə, ölkənin hüquq-mühafizə orqanları dərhal bu adamlar barəsində cinayət işi başlamalıdırlar. Çünki bu əməl yüzlərlə şahidin gözləri önündə baş verən açıq oğurluq, açıq soyğunçuluqdur.

Hər kəsə məlumdur ki, əhalinin böyük əksəriyyətinin doğru yollarla qazandığı əməkhaqqı günü-gündən bahalaşan  belə toylarda iştirak etməyə imkan vermir. Onlar toylarda iştirak etmk üçün lazım olan pulu əldə etmək məqsədilə qeyri-qanuni, bəzənsə, hətta kriminal yollara əl atmağa məcbur olurlar.

Böyük hay-küylə keçən belə toylar qonaqların və eyni zamanda bəylə gəlinin əsəblərində ciddi gərginlik yaradır. Yaşlı və müəyyən xəstəlikləri olan kişilər əksər hallarda, mərasim zallarından çıxıb, girişdə bir kənarda oturmaqla canlarını qurtarır. Yaşlı və müəyyən xəstəlikləri olan xanımlarsa toy zalında saatlarla psixoloji sarsıntıya məruz qalır. Bu sırada məqsədyönlü şəkildə musiqinin səsinin qulaqları batıran səviyyədə yüksək edilməsi insanları bu məclisi daha tez tərk etməyə məcbur edir ki, bu da şadlıq sarayı sahiblərinə masaların üzərindən daha çox məhsul yığışdırmağa, əslində oğurlamağa şərait yaradır. Şadlıq sarayı sahiblərini gənclərin, onların valideynlərinin, doğmalarının ovqatı yox, özlərinin gəlirləri daha çox maraqlandırır. Xörək paylayanlar, fotoqraflar, video çəkənlər təhrik edilir ki, müxtəlif xoşagəlməz yollarla insanlardan daha çox “pul qoparsınlar”. Toydan sonra toy sahibinin dostlarından, qohumlarından toplanan böyük məbləğdə pul şadlıq sarayının sahiblərinə və musiqiçilərə ödənir. Bəzən isə bu toplanmış pul bəs etmir. Ona görə də bəy və gəlinin “lazımi məbləğ çatdırılana qədər girov götürüldüyü” kimi hadisələr baş verir.

İndiki toy modeli musiqimizə böyük zərbə vurmuşdur. Bu toyların hesabınadır ki, artıq 60-70-ci illərdə yaranan, milli musiqimizdən bəhrələnən, müasir dünya musiqisinin tələblərinə uyğun olan mahnılarımız yaranmır. Çiddi ifaçılar, bəstəkarlar yetişmir. Belə toyların hesabına TV–lərdə bayağı musiqilər get-gedə daha çox yer alır. Belə toylarda ecazkar Azərbaycan musiqisi əvəzinə zövqsüz, böyük səs-küy  effekti ilə öz nöqsanlarını ört-basdır edən, janrı məlum olmayan musiqilər meydan sulayır. Belə toylarda gənclərin estetik, musiqi zövqü xeyli korlanır, uşaqların və yaşlı insanların əsəbləri pozulur. Xalqımızın mənəvi-psixoloji  rahatlıq gətirən, romantik, zəngin folklorumuz əsasında  keçirilən toy adət-ənənələri sıxışdırılıb ortadan çıxarılır. Belə toylarda iştirak edən elə müğənnilər var ki, onların bir neçə saatda əldə etdikləri pul, professorun 2 illik əməkhaqqına, kəndlinin 7-10 illik qazançına bərabərdir.

Bu toylar həm də ölkədə maddiyatçılığın, meşşanlığın artmasına, mənəvi dəyərlərin sıxışdırılmasına səbəb olur. Bir sözlə, belə toylar cəmiyyət üçün ciddi bir sosial bəladır. Onların bir daha təkrar edilməsinə yol vermək daha xoşagəlməz nəticələrə aparıb çıxara  bilər. Belə toyların ortadan götürülməsi vətəndaşlarımıza onların sosial müdafiəsinin yaxşılaşdırılması baxımından da böyük dəstək olar.

Ölkənin 70-dən çox nüfuzlu Qeyri Hökumət Təşkilatının təsis etdiyi İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti olaraq belə hesab edirik ki, cari ilin iyul ayının 1-dən icazə verilmiş toylarda iştirakçıların sayından asılı olmayaraq, koronavirus  pandemiyası başlayana qədər ölkəmizdə keçirilmiş toy məclislərində yer almış və mahiyyət etibarilə insanların nifrətini qazanmış adət ənənələrə dur deməyin zamanı çatmışdır. Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məsələlər tərəflər arasında qarşılıqlı razılaşma əsasında həll edilməlidir. Lakin ölkədə formalaşmış mövcud toy modeli və şadlıq evləri sahiblərinin yaratdığı “dəyişməz qaydalar” öz bayağılığı ilə bütün məntiqi normaları dəfələrlə aşdığından, indiki durumda problemin həllini yalnız müəyyən qaydalar çərçivəsində mümkün hesab edirik. Bu məqsədlə cari ilin iyul ayının 1-dən toyların müəyyən şərtlər çərçivəsində keçirilməsini etiva edən hökumət qərarına aşağıdakı mühüm əlavələrin olunmasını təkidlə tələb edirik:

  • toyların keçiriləcəyi şadlıq evləri sahiblərinə toy edən insanlara toyda hansı yeməklərdən və nə qədər istifadə etmək kimi qanuna, məntiqə və insanlığa sığmayan tələbin qoyulması qadağan edilsin.  Toy məclislərinin keçirilməsi üçün vahid, məhdudiyyətli məbləğdə menyu normativləri hazırlansın və onun tətbiqi bütün şadlıq evləri və toy edən vətəndaşlar üçün məcburi olsun. Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məhdudiyyətlərin qoyulması normal hal sayılmaya bilər. Şadlıq evlərinin sahibləri bu qadağanı pozarlarsa onlar barəsində dərhal cinayət işi başlansın;
  • Toy məclisi bitdikdən sonra toy edən vətəndaşlara onlar tərəfindən dəyəri ödənilmiş bütün ərzaq və qeyri-ərzaq məhsullarını özləri ilə götürməyə, öz istədikləri şəkildə istifadə etməyə orta əsirlər dövrünün təfəkkürü ilə qoyulan qanunsuz və cinayət mahiyətli qadağa ortadan qaldırılsın, bu qadağanı qəbul etməyən şadlıq evləri sahiblərinin hərəkətləri quldurluq əməli kimi qiymətləndirilsin və onlar Cinayət Məcəlləsinin uyğun maddələri ilə cəzalandırlsın;
  • Toylarda  musiqiçilərin indiki qiymət siyasətinə son verilsin və bunun üçün  məntiqə uyğun meyarlar tətbiq edilsin, toy mərasiminin keçirildiyi zallarda musiqi səsinin insan səhhətinə, estetik zövqünə ziyan vurmayan  həddi müəyyən olunsun;
  • Toy məclislərinin soyğunçuluq yox, həqiqi mənada şadlıq məclisi, bir mədəniyyət hadisəsi olması üçün hər cür tədbirlər görülsün.

İctimai Nəzarət Mərkəzi olaraq hesab edirik ki, indiki şəraitdə toylar müasir tələblərə uyğun olaraq, daha çox açıq havada, xalqımızın əsrlər boyu formalaşan adət-ənənələrinə, əsasən musiqi məclislərinin, folklor nümunələrinin nümayiş etdirildiyi  və bununla da mədəniyyətimizin inkişafına kömək göstərən bir tədbirə çevrilməlidi. Böyük israfçılığa və möhtəkirliyə, əhali arasında psixoloji, mənəvi, iqtisadi çətinliklərə səbəb olan movcud toy mərasimlərinin keçirilməsini qətiyyətlə pisləyir, yeni, daha mütərəqqi, insanların ürəyincə olan yeni toy modelinin hazırlanıb həyata keçirilməsini vacib hesab edirik.

Ölkə başçısı cənab İlham Əliyevin ictimai nəzarəti, ictimai qınağı gücləndirmək çağrışlarına böyük dəstək verərək, uyğun dövlət qurumlarını, televizyaları, müxtəlif informasiya vasitələrını, jurnalistləri, QHT – ləri, ictimai təşkilatları, əhalinin hər bir nümayəndəsini belə utancverici toylara qarşı mübarizəyə çağırırıq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ