Bolqarıstanın Samokov şəhərində keçirilən və yığmamızın Azərbaycanın güləş tarixində ilk dəfə Avropa çempionu olduğu güləş üzrə yeniyetmələrin Avropa çempionatında ölkəmizi güləşçilərimizlə yanaşı iki hakim də təmsil edib.
Onlardan biri Cəlilabad RPŞ-nin əməkdaşı, polis leytenantı, sərbəst güləş üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, idman ustası Tural Əliyev idi. Artıq bir neçə ildir ki, çoxsaylı beynəlxalq yarışlarda ədaləti qoruyan polis əməkdaşının özünün də zorxana güləşi üzrə böyük nailiyyətləri var. Belə ki, o 3 qat Avropa çempionu və 3 qat dünya kubokunun sahibidir. 2009-2011-ci illərdə 3 il ardıcıl olaraq dünyada ilin ən yaxşı pəhləvan güləşçisi seçilib. O, həm də ölkə tarixində 24 yaşında əməkdar məşqçi adına layiq görülən ən gənc idmançıdır. T.Əliyevin yetirmələrinin arasında dünya və Avropa çempionatlarında ölkəmizə medallar qazandıran, böyük nailiyyətlər əldə edən idmançılar var. Polis zabiti əldə etdiyi nailiyyətlərin həm də ölkə rəhbərliyinin idmana olan diqqətinin və qayğısının nəticəsi hesab edir. Həm idman ustası kimi, həm də polis zabiti kimi asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə dövlətimizə və xalqımıza daim şərəflə və qürur hissi ilə xidmət etməsindən qürur duyduğunu bildirir.