Cənub mirvarisi Lənkəranda təbiətin saflığına, ətraf mühitin təmizliyinə böyük diqqət və qayğı var. Rayonda ekologiya illə bağlı tez-tez müxtəlif tədbirlər görülür. Bu günlər isə Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı əsasında şəhərə yaxın olan Xəzər dənizi sahilində “Təmiz hövzə” ictimai aksiyası keçirildi.
Tədbirdə Ekologiya və təbii sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev, Rauf Hacıyev, şəhər İcra hakimiyyəti başçısının müavinləri Xalid Rəhimov, Vüqar Məmmədov, Kommunal Müəssisələr idarəsinin, Yaşıllaşdırma Müəssisəsi, şəhər Mənzil Təsərrüfatı İdarəsinin kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də könüllülər iştirak edirdi. Ümumilikdə 200 nəfərin qatıldığı aksiya zamanı Dövlət Bayrağı meydanından başlayaraq dəniz sahili boyu 10 kilometri əhatə edən sahədə təmizlik işləri görüldü. Belə ki, dediyim ərazi metal qırıntılardan, məişət əşyalardan, plastik qablardan və ayrı-ayrı yararsız tullantılardan təmizləndi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü