Cümə axşamı günü, 12 noyabr 2026
     

“Qardaşımı gecə saat 5-də oyadaraq xəstəxanada komaya salıb öldürdülər”

Image


Mayın 28-də yazılmış məktub “Bakı-Xəbər”də...

 

Respublikanın xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, görkəmli rəqs ustası Roza Cəlilova qəzetimizə ilginc bir məktub göndərib. Roza xanım məktubu 28 may tarixində qələmə alsa da, redaksiyamıza yeni təqdim edib. Xalq artisti məktubunda qardaşı Cəlilov Ramiz İsmayıl oğlunun ölümündə şübhəli məqamların olduğunu bildirib və buna görə qardaşının həyat yoldaşını ittiham edir.

“Bu gün gözəl bayramdır. Builki Respublika Gününün tam başqa bir sevinci, ləzzəti vardır.

Çox fikirlər edirdim ki, görəsən, mənim yaşım çatacaqmı, görəcəm ki, biz yenə də bütün şəhərlərimizi qaytarmışıq? Şükürlər olsun!

Artıq 92 yaşım tamam oldu. Yaşım çatdı. Bu günü gördüm. Bu gün sevinirəm, ona görə ki, Ulu Öndərimizin, unudulmaz Heydərimizin qəhrəman, mərd oğlu bizi sevindirdi, ermənilərdən Qarabağımızı geriyə alaraq bizə xoşbəxtlik verdi. Şükürlər olsun Allaha. Həmişə deyirəm, həmişə olduğu kimi, Şuşa bizimdir, Qarabağ Azərbaycanındır!

Anam Zəngəzur torpağında doğulub, böyüyüb. Mən də onun qızıyam. Ona görə mənim üçün bu hadisə lap sevinclidir.

Cıdır düzündə Bayatı-Şiraz səslənəndə elə kövrəlmişdim ki, inanın. Biz Vətən sevgisini nə qədər uca olduğunu bir daha xatırladıq və anladıq!

Buna görə də biz rəşadətli, cəsarətli Ordumuza və Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıyıq. Var olun!

…Təəssüflər olsun, amma bu bayram günündə mən çox pərişanam. Ən çox istədiyim, bütün ailəmin yadigarı qardaşımın qəfildən rəhmətə getməsi məni çox təsirləndirdi, kədərləndirdi. Ağır itkidir.

Əlbəttə, bunun səbəbi çoxdur. Əsas səbəbi isə odur ki, ailəsinin mədəniyyəti, səviyyəsi olmayan birisi ilə öz həyatını məhv etdirmişdi.

Ömrə yoxdu etibar.

İncəsənətə, mədəniyyətə çalışan hər bir sənətkar gərək öz daxili mədəniyyəti ilə xalqı sevindirsin.

Amma bu cür xüsusiyyət daxildən qəlməyəndə, nə qədər özündən yaxşı danışsan da, şan-şöhrət naminə özünü tərifləsən də, heç nə alınmayacaq.

Bu gün mən öz ürək sözlərimi sizə yetirirəm. Heç vaxt bu barədə danışmamışam, ancaq gərək danışardım.

Kiçik qardaşımın həyatı məni daim darıxdırırdı və narahat edirdi. Tam yaza bilmirəm, amma qardaşımın vaxtsız bu dünyadan getməsi təsadüfi deyil...

Onun arvadı öz hərəkətləri ilə, tərbiyə vermədiyi uşaqları ilə qardaşımın başını yemişdilər.

Təəssüflər olsun ki, iki övlad və qadın mənim kiçik qardaşımın başını aşağı salmışdılar. Qardaşım daim stress və əsəb içində yaşayırdı.

Təəssüflər olsun ki, mədəniyyət ocağında işləyən birisi mədəniyyətsizlik göstərərək nəinki iş yoldaşlarının arasında intriqalar yaradaraq, həmçinin də ailənin üzvlərini məhv etdi.

Yalan danışmaq, böhtanlarla dolu, riyakarlıq, ikili həyat aparmaq həyatda ən böyük günahlardan biridir.

Mən daim eşidirdim ki, mənim adımdan bəraət qazanmaq üçün istifadə edirdilər.

“Roza Cəlilova bizi tanış etdi” silsiləsindən. Ən qorxulu yuxuda belə bu baş verə bilməzdi.

Ya da ki İctimai TV-də utanmadan ortancıl qardaşımızın, öz həyat yoldaşının böyük qardaşı - Salehin hərbi vaxtında çəkilən şəkli görsədib “mənim atamdır” deyən insandan nə gözləmək olar?

Sonra da ABŞ-da yaşayan Salehin oğlu bu hadisəni biləndə yaxşıca bu KİV-də qadını biabır etmişdi. “Heç bilmirdim ki, Bakıda bu cür bacım var, eyni zamanda, kiçik dayımın arvadı” - zarafat edirdi.

Nədən irəli gəlir? Bir insan ki, özü öz ailəsini tanımır. İllər keçib, biz nə onun anasını, nə də atasını heç bir dəfə də görməmişik. Amma o demək deyildi ki, qardaşımı öz atası kimi təqdim etsin, sonar da yalandan “səhv oldu” desin. İnsan öz doğma atasının şəklini səhv göstərə bilər? Yenə də yalan.

Bu cür hərəkətlərlə özünə bəraət qazandırmaq istəyən insanlar nüfuzsuzdurlar.

Mənə daim təsir edirdi ki, bu qadın mənim və ailəmin adını ləkələyirdi. Həyatı yalanlarnan dolu insandır.

Bu cür insanları mədəniyyət sahəsində görmək istəmirəm. Çünki öz ailəsinə ləkə gətirən insan öz sənətinə də ləkə gətirər. Belə də oldu. Bu cür şəxs hansısa uşağa, ya tələbəyə necə nümunə ola bilər?

Bir ana ki, övladlarının gələcəyini fikirləşməsin, onlara savad verməsin, necə ali təhsil ocağında dərs deyə bilər?

Adını, vəzifəsini pulnan alan, istedadlara yol verməyən, rüşvətxorluğa dəstək verən, balaca uşaqları valideynlərin xəbəri olmadan restoranlara pul naminə aparan və daha nələr-nələr edən kəsləri insan, özü də incəsənət adamı saymıram.

Bütün baş verənlərdən sonra bu günlərdə mərhum qardaşıma arvadı tərəfindən yazılan iftira, yalan “sevgi etirafları” isə məni lap dəhşətə gətirdi. İnanmayın!

Bu günlərdə qardaşımın vaxtsız vəfat etməsinin səbəbi o qadındır və ailəsinin uğursuz olmasıdır.

Onun hər bir sətrində belə yalan var. Yalan danışmaq ən murdar insanın xasiyyətidir. Gülüncdür, onun yazdıqları həqiqətlə uyğun gəlmir. Uydurma.

  • “Qardaşımın xəstəxanaya aparılması onların planı idi”

Onun yazdığı sözlərdə bir kəlmə doğru olsaydı, qardaşım həyat boyu bu qədər zülmlər çəkməzdi.

Bir insan ki, bacısı həbsxanada ölüb, qardaşı dəlixanada, amma o özünü nümuunəvi ailə insanı kimi göstərsin?! Elə qardaşımın xəstəxanaya aparılması onların planı idi. Mənim xəbərim olmadan, mənim, ailənin ağbirçəyinin icazəsi olmadan, hətta bir ay qardaşımı evdə müalicə edən həkim neçə dəfə tapşırmışdı ki, Ramiz müəllimi qəti şəkildə xəstəxanaya aparmaq olmaz.

Artıq düzəlirdi. Sadəcə, təzyiqi qalxırdı. Buna görə də onu gecə saat 5-də oyadıb, xəstəxanaya aparıb, süni komaya salmışdılar. Özü də səhər-səhər, mən hələ yatanda, xəbərim olmadan, gizli formada, təzyiq adı ilə, təcili yardım çağıraraq. Çünki bilirdilər, icazə verməzdim.

Əziz dostlarım! Belə olarmı? Bir ay müddətində evdə müalicə alan, sağalmağa doğru gedən şəxsi zornan xəstəxanaya aparmaq? Hələ qızı mənə demişdi ki, o, əli ilə göstərirdi ki, “yox, aparmayın, istəmirəm”...

Kiçik qardaşımla 11 il yaş fərqimiz var idi. Onu analıq hissi ilə böyütmüşdüm, ailəmizin sonbeşiyi idi. İnana bilmirəm və istəmirəm də...

Bilirsinizmi, mədəniyyət ən incə bir sənətdir ki, onu sevmək, dəyərləndirmək, qorumaq, inkişaf etdirmək lazımdır. Gələcək nəsillərə, xalqa layiqli ötürmək lazımdır”.

R.Cəlilova yazır ki, mədəniyyət xalqımızın güzgüsüdür. İncəsənət sahəsində çalışan insanlar şəffaf və təmiz olmalıdırlar. “Bəs bu cür hərəkətləri edən insan özünü necə nümunəvi mədəniyyət işçisi və ailə üzvü kimi apara bilər? Mənə söyləyin. Bu gün mən bu şəxsin adını çəkmirəm, qoy özünə dərs götürsün. Mən söz tapa bilmirəm.

Həmişə səmimi idim. Amma ürəyimdə tikanlar var idi. Bu gün az da olsa, tikanları çıxardım və lap səmimi danışdım. Çünki söhbət doğma, sevimli insanımın bu həyatdan ədalətsiz getməyindən gedir.

Sonda da hamınıza cansağlığı, ailə səadəti, şərəfli ailə həyatı arzu edirəm.

Yalan sevgidən qəzəl oxumaq olmaz. Ailə quranda biliz, kimdir qarşıda.

Mənə başsağlığı verən insanlara təşəkkür edirəm. Allah ölənlərinizə rəhmət eləsin!

Bu yaşımda sizə səmimiyyətlə ürəyimi açdığım üçün və vaxtınızı aldığım üçün sizdən üzr istəyirəm” - deyə R.Cəlilova qeyd edib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ