Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Ermənistan üzərində həlledici qələbəsini qazanır...

Image


Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində həll etdikdən sonra Azərbaycan üçün maraq doğuran əsas məsələ Ermənistanla sərhədlərini müəyyən etməkdir. Əslində, bu xüsusda hansısa ciddi problem yoxdur. SSRİ dövrünün xəritələri və müasir GPS cihazlarının tətbiqi iki ölkə arasında sərhədlərin müəyyən edilməsində bütün problemlərin effektiv həllinə imkan verir. Sadəcə, Ermənistan bu məsələdə problemlər yaratmağa can atır. Lakin Ermənistanın bu mövqeyi təkcə Azərbaycan yox, region və dünya dövlətləri tərəfindən də qəbul edilmir.

Bakı Zəngəzurda sərhəd məsələsini uğurla çözür...

Regionda özünü sülhün qarantı kimi təqdim edən Rusiya da bu gün açıq şəkildə bəyan edir ki, sərhədlərin müəyyən edilməsi prosesi tezləşməlidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bu xüsusda bildirib: “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərini fəal şəkildə davam etdirir. Bakı və İrəvanla Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, sərhəd xidmətləri xəttilə yaxından təmaslarımız qurulub. Son həftədə sərhəddə gərginliyi azalda bilmişik”.

Rusiyalı rəsmi qeyd edib ki, sərhəddə delimitasiya və demarkasiya prosesi sürətlənməlidir: “Bu problemin davamlı və uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin delimitasiyasını tez bir zamanda başlayıb, daha sonra demarkasiyasını həyata keçirməyin vacib olduğu qənaətindəyik. Bu işlərə dəstək verməyə hazır olduğumuzu bir daha bildiririk. Bu prosesə ən aktiv şəkildə kömək etməyə hazır olduğumuzu təsdiqləyirik”. Onun sözlərinə görə, Rusiya Bakı ilə İrəvan arasında, İrəvan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir: “Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”. Proseslərin gedişi göstərir ki, Ermənistan sərhədlərin müəyyən edilməsi məsələsində Azərbaycanın dedikləri ilə razılaşmalı olacaq. Bunu Zəngəzur, xüsusən də Xoznavar kəndi ətrafında baş verənlər də təsdiq edir.

Qeyd edək ki, bu günlərdə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Zəngəzur vilayətində olarkən özünün seçki kampaniyası çərçivəsində sərhədlə bağlı maraqlı açıqlama vermişdi: “Bizim təsəvvürümüz belədir: sərhəd nöqtələri boyu Rusiya sərhəd qoşunlarının nümayəndələri yerləşdirilir, onlar beynəlxalq müşahidəçilərin nəzarəti altında Sotk qəsəbəsi ilə Xoznavar kəndi arasından keçən sərhəd xəttini dəqiqləşdirirlər. Buna qədər isə Azərbaycan və Ermənistan qoşunları güzgü prinsipi ilə öz daimi dislokasiya yerlərinə qayıtmalıdır”. Belə bir vaxtda Ermənistan mətbuatı olduqca maraqlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazidə yerləşən Xoznavar kəndinin sakinləri evlərini tərk edərək Cermux və yaxın rayonlara yerləşməyə başlayıb. O da qeyd edilir ki, Xoznavar sakinlərinin evlərini tərk edərək ətraf rayonlarda yerləşmələrinin səbəbi kəndin yaxın günlərdə Azərbaycana veriləcəyi ilə bağlı xəbərlərin yayılmasıdır. Erməni sakinlərə deyiblər ki, sərhədlərin müəyyən edilməsi prosesi yaxın vaxtlarda başlayacaq və xəritəyə əsasən kənd Azərbaycana verilməlidir. Bundan başqa, Xozanavar sakinləri Azərbaycan ordusu kəndin yaxınlığında mövqe qurduqdan sonra problemlə üzləşdiklərini deyiblər. Onlar bildiriblər ki, artıq heyvanlarını otarmaq üçün sahələri yoxdur. Həmçinin, su və digər problemlərdən də əziyyət çəkirlər. Bəzi məlumatlara görə, sözügedən kəndin əhalisinin artıq yarısı evlərini tərk edib. Onların çoxu Cermux şəhərində qərarlaşıb. Onlardan biri Varo Qriqoryan deyib ki, müharibəyə qədər Laçında yaşayıb: “Oradakı evimi müharibədə itirdim. Sonra Xoznavara daşındım. Artıq ordan da çıxmışam və Cermuxda kirayə qalıram. Artıq ikinci evimi də itirdim. Bizə dedilər ki, yaxın vaxtlarda Xoznavar Azərbaycana veriləcək. Ona görə də, kənddən çıxdıq və bura yerləşdik”. Lakin burada qeyd edilməlidir ki, Azərbaycan Ermənistanda hansısa ərazini ələ keçirmir. Sadəcə, öz ərazisinə nəzarəti bərpa edir. Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov da bu xüsusda bildirir ki, Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, artıq üç fakt danılmaz olaraq erməni xalqı tərəfindən qəbul olunacaq: Qarabağ Azərbaycandır, Ermənistan məğlub ölkədir, dövlət sərhədi Azərbaycanın istədiyi yerdən keçəcək! O qeyd edir ki, hətta sərhədlər 1975-ci ilin xəritələri ilə deyil, 1921-ci ilin xəritələri ilə çəkilə bilər.

Ermənilər üçün Qarabağ məsələsi artıq mövcud deyil...

Ermənistanda belə hesab edilir ki, yaranmış vəziyyətdə, sərhədlə yanaşı, Azərbaycan Qarabağda qalan ermənilərlə bağlı hadisələri də artıq istədiyi məcraya yönəldə bilib. Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın İctimai Televiziyanın efirində seçkilərlə bağlı keçirilən debatda səsləndirdiyi fikirlər də bunu təsdiq edir. O, rəqiblərinə xitabən bildirir ki, Ermənistanın Qarabağın hətta indi də “müstəqilliyi”ni tanıması ilə bağlı açıqlamalar təhlükəlidir və müharibə səbəbidir. Paşinyan rəqiblərinin Ermənistan hökumətinin 44 günlük müharibə zamanı Qarabağın müstəqilliyini tanımaması ilə bağlı ittihamlarına cavab verib: “Çox maraqlı vəziyyətdir. Bizi qınayırlar ki, mənim dediyim “artsax Ermənistandır” ifadəsi müharibəyə təhrik etdi. Amma indi həmin adamlar soruşur ki, niyə “arsax”ı tanımırıq. Onlara görə, o cümlə müharibəyə gətirib çıxarmışdısa, “arsax”ın tanınması müharibəyə səbəb olmayacaqdı? Bu gün də tanınma məsələsini təkrarlamağa davam edirlər. Hesab edirəm ki, bu mövqe müharibəyə gətirib çıxaracaq”.

Paşinyanın dediklərini "Genaket" analitik mərkəzinin rəhbəri, erməni hərbi ekspert Tiqran Abramyan da təsdiq edir. O bildirir ki, hər hansı qüvvə müstəqilliyin tanınması haqda fikir səsləndirirsə, o, cəmiyyətə yalan danışır: “Bir müddət sonra Ermənistan ordusu Xankəndidən könüllü şəkildə çıxmaqdan imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər. Böyük ehtimalla, "arsax" məsələsi artıq mövcud deyil, bu məsələ tam olaraq bağlıdır. Bu gün biz dövlətimizin və ölkəmizin sonunu görürük. Güman etmək olar ki, hər şey belə davam etsə, 10 ildən sonra bütün Ermənistan Azərbaycanın və Türkiyənin tərkibində olacaq". Erməni ekspert Levon Şirinyanın da baş verənlər fonunda açıqlamaları xüsusi maraq doğurur. O qeyd edir ki, Qarabağ məsələsi artıq mövcud deyil: “Ermənistan məsələsi gündəmə qoyulub. Burada da proseslər rəqiblərimizin xeyrinə inkişaf edir”. Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Hakobyan da eyni mövqeni bölüşür: “Bu gün Ermənistanın dövlət sərhədində baş verənlər 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış sənədlə nəzərdə tutulub. Orada təsbiq edilmiş daha pis bəndlər var, bunların prosesi hələ başlamayıb. Mən buna hələ ötən il noyabrda toxunmuşam. Demişəm ki, Vardenis və Zəngəzurda bu cür problemimiz olacaq”.
Jurnalistin “Mümkündürmü ki, bir gün də oyanaq və rəqibin artıq paytaxtın darvazalarının yanında olduğunu anlayaq” sualına Movses Hakobyan belə cavab verib: “İrəvana nə zaman çatacaqlarını deyə bilmərəm, lakin belə davam etsə və rəqibi çıxarmaq istiqamətində müvafiq tədbirlər görülməsə, vətənimiz hər gün hissə-hissə, parça-parça rəqibin əllərinə düşəcək”. Digər ekspertlər də qeyd edir ki, Azərbaycan və Türkiyə Şuşadan Ermənistana, region dövlətlərinə, o cümlədən dünyaya çox açıq və aydın mesaj veriblər. Bu da ondan ibarətdir ki, regionun güclü, strateji tərəfdaş, qardaş dövlətləri kimi çlxış edən Azərbaycan və Türkiyənin  birliyi bundan sonrakı dövrdə də davam edəcək. Bu bölgə ilə bağlı xam xəyallara dalan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər. Bunu Ermənistanda indi daha yaxşı başa düşürlər.

Ermənistan Azərbaycan qarşısında daha müti duruma düşəcək...

Bu gün maraq doğuran daha bir məsələ 20 iyun parlament seçkilərindən sonra Ermənistanda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyidir. Ermənistan siyasi qüvvələri artıq uzun müddətdir ki, ölkədə parlament seçkilərindən sonra nələrin baş verə biləcəyini müzakirə edir və belə nəticəyə gəlinib ki, genişmiqyaslı mitinqlərin başlanması və toqquşmaların olması qaçılmazdır.

 “Joxovurd” qəzeti qeyd edilən fonda yazır: “Hakim komandanın bir hissəsi hesab edir ki, iş mitinqlərə qədər gedib çatmayacaq, çünki lazımı səsi toplamaq mümkün olacaq. Bu baxımdan Paşinyanın əsas məqsədinin Respublika meydanında müxalifətin mitinq keçirməsinin qarşısını almaq olduğu bildirilir. Məhz buna görə də baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan 21-24 iyun tarixlərində meydanı “bron edib”. Paşinyan və komandası seçkilərdə qalib gələcəyinə inanır və ona görə də seçkidən sonra müxalifətin mitinqləri fonunda gərginliyin yaranması istisna edilmir. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına da müvafiq göstərişlər verilib”. O da qeyd edilir ki, 20 iyundan sonra İrəvanda qanlı toqquşmalar qaçılmazdır. Üstəlik, İkinci Qarabağ müharibəsindən sonra polisin də toplaya bilmədiyi kifayət qədər qanunsuz silahlar var. Baş verənlər Nikol Paşinyanı və ya seçkilərdə qalib gələn digər qüvvəni Türkiyə və Azərbaycanın ətəyindən yapışmağa, Zəngəzur dəhlizinin açılmasını sürətləndirməyə təhrik edəcək. Erməni mediası açıq etiraf edir ki, seçkilərdən sonra Ermənistan daha zəifləmiş dövlətə çevriləcək və bu da onun Azərbaycan qarşısında müti durumda olmasını qaçılmaz edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ