Yaxşı göstəriciləri olan tələbələrə təhsil krediti ilə bağlı güzəştlər olacaq

img

Yaxşı göstəriciləri olan tələbələrə Təhsil Tələbə Kredit Fondu tərəfindən güzəştlər olunacaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, kredit verilən zaman tələbələrin giriş balları da nəzərə alınacaq. Onun sözlərinə görə, tələbə yaxşı oxuyarsa və göstəriciləri yüksək olarsa, həmin tələbələrə güzəştlər tətbiq olunacaq, yəni kredit faizində və ya əsas məbləğində müəyyən güzəştlər olunacaq.

Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universitetin hesabına köçürüləcək.

Son xəbərlər