Şəhid ailələrinə el məhəbbəti...

img

Vətən müharibəsində əzəli yurd yerlərimizin azadlığı uğrunda Astara rayonu da çox sayda şəhid  verdi. Həmin igidlərlə rayon camaatı fəxr edir. Astaralılar şəhid ailələrini də bir an belə unutmurlar.

Bu günlər isə rayon İcra Hakimiyyəti, Təhsil və Səhiyyə şöbələrinin nümayəndələri bir neçə şəhid ailəsini ziyarət edib. Belə ki, şəhid mayor Kamran Fərəcovun, kapitan Şahnur Hüseynovun, Əli Feyziyevin, Baba Qasımovun, Sadiq Zeynalovun, Ruslan Əliyevin, Nurlan Rəhimovun və Kamran Seyfullazadənin ailəsi ilə görüşən nümayəndələr onların problem və qayğıları ilə maraqlanıb, istək və arzularını dinləyib, bir sıra işlərin həllində onlara yardımçı  olublar .

Bunlarla bərabər, nümayəndələr Ağstafa rayonundan olan şəhid Rəhman Mehti oğlu İsmayılovun Ərçivan qəsəbəsində yaşayan həyat yoldaşı və qızına baş çəkiblər. Şəhidin 1 yaşı tamam olan qızı Aylini təbrik edərək hədiyyələr təqdim ediblər. Söhbət əsnasında o da bildirilib kı, Vətən, torpaq yolunda canından keçənlər ölmür. Cismən aramızda olmasalar da, onlar mənən hər birimizin qəlbində yaşayır. Qüdrətli Azərbaycan nə qədər var olacaq, bütün şəhidlər kimi Rəhman da olacaq.

Zəfər ORUCOĞLU
Azərbaycan  Jurnalistlər  Birliyinin üzvü

Son xəbərlər