Vətən şəhidlərinin xatirəsinə tikilən bulaq...

img

44 gün davam edən Vətən müharibəsində Masallı rayonunun mərd oğulları canlarından keçməklə qəhrəmanlıq dastanı yazdılar. Bu torpağın adamları öz şəhid övladlarını qəlbində  yaşatmaqla onları hər an ehtiramla xatırlayır və adlarına layiqli işlər görürlər.

Rayonun Bədəlan kəndində Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş kəndin şəhidlərinin xatirəsinə “Şəhidlər bulağı” inşa edilib. Bulağın üstündə Birinci Qarabağ və Vətən müharibəsində qanları bahasına tarix yazan on bədalanlı igidin ad və soyadı  həkk olunub.

Saf suyu ilə ürəklərə sərinlik gətirən bulaq şəhid Eldəniz Rəsulovun anası Məryəm Rəsulovanın maddi vəsaiti hesabına tikilib. Köhnə bulağın yerində yeni üslubda inşa olunan, uzaqdan belə diqqəti cəlb edən bu bulaq kənd sakinlərin ən çox gəldiyi yerdir. Sakinlərin dediyi kimi, indi kənddə olan bütün əlamətdar hadisələr əvvəlcə bulaq üstündə qeyd  olunacaq. Sözün qısası, kəndin ən yaraşıqlı yerində yerləşən bu müqəddəs çeşmə indi bütün bədəlanlıların ziyarət və and yeridir.  

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər