Cümə axşamı günü, 12 noyabr 2026
     

Zaqatalanın ölməz qəhrəmanı, şəhid Əhməd Laçınov! - FOTO

Image


...Vətən müharibəsində xüsusi şücaət göstərərək həlak olan igid el oğullarımızın keçdikləri şanlı qəhrəmanlıq yolunda əbədi olaraq xatırlanacaq tarixi təsadüflər, əfsanələr və hadisələr baş verib. Şəhid Əhməd Laçınovun qızğın döyüşlər məqamında başına gələnlər kimi.

Bacısı Mesed xanım deyir ki, qardaşının sağ qalan döyüşçü yoldaşları çox-çox heyfsilənərək danışırlar ki, cəbhənin Füzuli bölgəsində gedən gərgin döyüşlərdə qısa fasilə yaranan zaman Əhməd bir anlıq yuxuya gedir. Yuxuda görür ki, şəhid olub. Qəfildən yuxudan ayılıb görür ki, sənrgərdə döyüşçü yoldaşının yanındadır. Əhməd çiyin-çiyinə düşmənə qarşı vuruşan döyüşçü yoldaşına: “mən yuxuda görrmüşəm ki, şəhid olmuşam, deyəsən mənim sonuncu döyüşüm olacaq...” – deyir. Həmin gün 2 oktyabr 2020 –ci il idi...

Bu dağların daşıynan,
Bulud oynar başıynan.
Oğlu ölən ananın,
Yeməyi göz yaşıynan...

İkinci Vətən müharibəsi bizə yurdumuzun mərd oğullarını yenidən tanıtdı. Bu savaş bir daha göstərdi ki, Azərbaycanın iradəli qadınları daima mərd, qəhrəman oğullar dünyaya gətirir. Bu oğullar Vətənin ən ağır günlərində dayaq olaraq, sipər qalaraq elə şücaətlər göstərirlər ki, nəinki bizləri, bütün dünya xalqlarını heyrətə gətirdilər. Cəngavər, igid oğullarımız 44 günlük müharibədə bunu sübut etdilər. Fəxr yerimiz oldular, qürur mənbəyimizə çevrildilər. Azərbaycanda yaşayıb, dinindən, dilindən, millətindən asılı olmayaraq can deyib, onun uğrunda  ölümün gözünə dik baxaraq döyüşlərə qatıldılar. Öz hünərləri ilə şanlı tarix yazdılar və şəhid oldular, Vətən üçün, Ana üçün, Bacı üçün, qardaş üçün... Bütün-bütün xalqlar üçün... Vətən müharibəsindəki qələbəmiz bu oğulların çiyinlərində xalqımıza əvəzsiz töhfə oldu... Haqqında söhbət açmaq idəstədiyim əfsanəvi döyüşçülərdən biri də Əhməd Qurban oğlu Laçınovdur. Şəhidlik zirvəsinə ucalan bu Vətən fədaisi Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində 28 iyul 1999 –cu il tarixində dünyaya gəlib. Uşaqlığını qədim tarixə malik neçə-neçə üsyanların, döyüşlərin, tarixi proseslərin şahidi olmuş, görkəmli sərkərdələrin, dəstə başçılarının təslim olduğu, hətta torpaq iddiası ilə yürüş edən Gürcü Çariçası Tamaranın məğlub olduğu bu dağlar diyarında keçib. Əhməd idmanı çox sevib, hələ Yuxarı Çardaxlar kəndindəki Birinci Qarabağ müharibəsində həlak olmuş Ramazan Muradov adına tam orta məktəbdə təhsil aldığı dövrdən döyüşkən ruhlu olub, hərbi hazırlıq dərslərində həmişə fərqlənib. Rayonda keçirilən hərbi idman yarışlarında dəfələrlə qalib yerləri tutub...

Əhməd Laçınov ailəsinin sonbeşiyi, 3 bacının 1 qardaşı olub. Onun valideynləri Qurban kişini və Züleyxa ananı Yuxarı Çardaxlar kəndində çox zəhmətsevər, mülayim təbiətli, çox tərbiyəli insanlar kimi tanıyırlar. Onlar övladlarını da əməksevər, tərbiyəli, ağıllı, savadlı böyüdüblər. Ailə başçısı Qurban Laçınov uşaqlarını böyüdüb, ərsəyə çatdırmaq, təhsilli etmək üçün həyat yoldaşı Züleyxa xanımla birlikdə çox əziyyət, gərgin zəhmət çəkiblər. Buna görə də şəhidin  atası uzun müddət Rusiya Federasiyasının müxtəlif şəhərlərində və Mahaçqala şəhərində müxtəlif sahələrdə çalışıb. 3 qızını və 1 oğlunu öz arzularını uyğun oxutdurub və eyni zamanda da Vətəninə, əməyə bağlılıq və sevgi aşılayıblar...

...Şəhid Əhməd Laçınovun ailəsində olarkən bir daha bu ailənin bir nümunəvi, ibrətamiz, sakit, mülayim xasiyyətli, hələ də İkinci Vətən müharibəsində itirdikləri, qurban verdikləri, qaytara bilməyəcəkləri dəyərli bir el oğliunun sevgisi, yanğısı, acısı, itkisi, ağrısı ilə yaşadıqlarının şahidi oldum.

Şəhid atası Qurban kişi hələ də susur, anası Züleyxa xanım gözlərinin yaşını saxlaya bilmir, qardaş itkisindən özlərinə gələ bilməyən bir-birindən zərif, yüksək dəyərlərə malik, ağıllı-kamallı bacıları sanki baş verənlərə inanmırdılar. Yeganə qardaşına olan sevgidən doymayan şəhidin əzizləri kövrələ-kövrələ, sakitcə Əhməd haqqında xatirələrini və bacıları üçün necə qardaş olduqlarından danışırdılar. Mənimlə daha çox söhbət edən isə şəhidin 1995-ci il təvəllüdlü, Əhməddən 4 il böyük bacısı Mesed xanım oldu. Onların söhbətlərindən məlum oldu ki, Əhməd Qurban oğlu Laçınov 2015-ci ildə Yuxarı Çardaxlar kəndindəki şəhid Ramazan Muradov adına tam orta məktəbinin 9 –cu sinfini bitirdikdən sonra Zaqatala İdarəetmə və Texnologiya Kollecinə daxil olub. Elə həmin ilin iyul ayının 8 –də Zaqatalanın vətənpərvər, mərd oğlu, böyük həvəslə, dəyanətlə, kişi qeyrəti ilə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə getdi...

Qeyd etmişdim ki, ruhu Vətənin göylərində bərq vuran Azərbaycanımızın xilaskarı olan Əhməd Laçınov ailədə sonuncu övlad olub. Bu ailənin ilk övladı şəhidin bacısı, 1991-ci il təvəllüdlü, ixtisasca mühasib olan Aytən xanım artıq ailə həyatı qurub və qız övladı da var. Sakitcə söhbətimizi müşahidə edərək, hələ də qardaş itkisinin şokunda yaşayan digər bacısı Çinarə də ailə həyatı qurub. Bir oğlan anası olan Çinarə ibtidai sinif müəlliməsi olsa da işləmir. Laçınovlar ailəsinin 3-cü övladı, şəhid qardaşını daima ciyərparası saymış Mesed xanım isə qardaşı kimi Zaqatala İdarəetmə və Texnologiya Kollecini əla qiymətlərlə bitirib.

Əziziyəm ay qardaş,
Qaşın ucu yay qardaş.
Kaş mən özüm öləydim,
Deməyəydim vay, qardaş!

Bacısı Mesedin dediklərindən:

- Bizim əvəzolunmaz, şirin, canlara dəyən qardaşımız, məktəb illərindən hərbiyə meylli idi. İdmanla çox məşğul olurdu, tez-tez dağlara qaçaraq yürüş edər, qaçardı. Qardaşım çox zəhmətkeş, ailəcanlı, qayğıkeş və səmimi bir gənc idi. Həm yaşıdları, qohum-əqrəbası arasında böyük hörməti var idi... Böyüklərə böyük, kiçiklərə kiçik kimi münasibət bəsləyirdi. Valideynlərimizin və bizim sağ əlimizdi. Hərbiyə marağı çox idi... Gecə-gündüz Azərbaycanla Ermənistan arasında olan gərgin münasibətlərdən, işğal altında olan Qarabağ torpaqlarından çox narahatlıq keçirərdi... Mənfur düşmənə nifrəti çox idi, onların törətdikləri vəhşiliklərini əvəzini çıxmaq hissləri ilə yaşayırdı... Niyyəti hərbi xidmətinin müvəffəqiyyətlə başa vurub, nəqliyyat polisində işləmək idi... Lakin bizim də, qardaşımızın şirin arzularımız yarımçıq qaldı...

...İkinci Vətən müharibəsində cəngavərliyi, cəsurluğu silinməz izlər qoymuş Əhməd Laçınov 2019-cu iyulun 8-də Milli Ordu Sıralarına həqiqi hərbi xidmətə gedib... Əhməd əvvəlcə Gəncə şəhərindəki N saylı hərbi hissədə xidmət edib. Atasının dediklərinə görə, oğlu andiçmə mərasimindən sonra hərbi xidmətini Cəlilabad rayonu Göytəpə qəsəbəsində keçib. Şəhid bacısı Mesed Laçınova söhbət zamanı bildirdi ki, Xüsusi Təyinatlılarda xidmət edəndən sonra qardaşı Əhməd tamamilə dəyişilmiş, əsil idmançı cüssəli, mərd, cəsur hərbiçi olmuşdu. O bizimlə telefonla danışanda deyirdi ki: “Allah Sizi qorusun, bizdən narahat olmayın, hər şey əladır, sakitlikdir, kişi kimi hərbi xidməti borcumuzu ləyaqətlə yerinə yetiririk. Erməni düşmənlərə psixoloji, mənəvi və digər təsirlər göstəririk. Onlar tülkü kimi gizlənərək, qəfildən atəşkəsi pozur, ərazilərimizi tərk etmək istəmirdilər... Artıq onları öz yuvalarına qovmağın, susdurmağın və gəbərtməyin vaxtı çatmışdı...

Aslan tək kükrəyib düşmən üstünə,
El-el, oba-oba zəfərlər çaldın.
Bir can fəda verib Vətən yolunda,
Milyon ümidlərdə əbədi qaldın.

Məhz belə azğın düşmənə qarşı üz-üzə mübarizə aparmaq üçün tam təcrübəli, peşəkar hərbçi kimi.

Əhməd hələ Zaqatala İdarəetmə və Texnologiya Kollecində təhsil alanda elə bil duymuşdu ki, Qarabağ torpaqlarının işğaldan azad edilməsində iştirak edəcək və... hətta hərbçi yoldaşları ilə zarafatlaşarkən demişdi ki, vaxt gələcək, siz mənimlə qürur duyacaqsınız və adımı fəxarətlə yad edəcəksiniz...” Bacıları Aytən, Çinarə və Mesed xatırladır ki, fiziki cəhətdən hazırlıqlı, mənəvi cəhətdən möhkəm olan qardaşları Əhməd daima idmanla məşğul olurdu. Həyətlərində hər gün saatlarla dartındığı turnik yadigar qalıb... deyir əzizləri... Elə bil ki, Əhməd Laçınov hələ tələbəlik dövründən müharibəyə hazırlaşırdı... O da məlum idi ki, indi adını fəxarətlə çəkilən Yuxarı Çardaxlar kəndinin igid oğlu Əhməd Laçınov hərbi xidmətə çağırılandan Xüsusi Təyinatlılarda xidmət etmək istəyirdi. Şübhəsiz ki, onun bu istəyi andiçmədən sonra həyata keçir. Əhməd xüsusi qabiliyyəti ilə seçilən hərbçi kimi Xüsusi Təyinatlılar Dəstəsinin tərkibinə təlimlərə göndərilir: “Əhməd ən aktiv təlimlərdə, aylarla dağlıq ərazilərdə keçirilən ən qorxulu tiryonlarda xüsusilə fərqlənirdi...”

Bəli, 27 sentyabr 2020-ci il tarixində mənfur qonşuların təxribatları nəticəsində başlayan İkinci Vətən müharibəsində ermənilərə qan udduranlardan və yuxularına haram qatanlardan biri də Əhməd Qurban oğlu Laçınov olub. Mərd döyüşçü, üç bacının əziz qardaşı olan Əhmədin döyüş yolu Murov dağ silsiləsindən başlayıb. Xüsusi Təyinatılar qısa müddət ərzində çətin şəraitdə yerləşən mövqelərimizi erməni hərbiçilərində təmizlədilər. Həmin vaxtlar Əhmədlə birlikdə Zaqatala rayonunun Qandax kəndindən olan  Şahin İsgəndərov, Yeni Suvagil kəndində olan Ehtiram Əhmədov, Zilban kəndindən olan Mütəllib Serov da döyüşürdü. Hansı ki, onlar da Əhməd kimi şəhidlik zirvəsini fəth ediblər... Əhmədin yaxınları deyir ki, o, belə qızğın döyüşlərdə iştirak etməsinə baxmayaraq, tez-tez anası, atası, bacıları ilə telefonla danışardı və həmişə də tezliklə onlarla görüşməyini deyərdi. “Əziz ana, sevimli ata, ciyər paralarım, bacılarım, səbr edin, narahat olmayın, bilirəm, siz ermənilərlə müharibədə iştirak etdiyimdən xəbərdarsınız. Unutmayın ki, düşmənə qarşı bizim kimi qeyrətli oğullar döyüşür, qorxaqlar və satqınlar yox! Mən sizin yanınıza qalib bir hərbçi kimi üzüağ, qalib kimi qayıdacağam...” O bu sözləri inamla, təmkinlə deyərdi. Qardaşımız Vətənin hər qarışını sevirdi, fərq qoymurdu. Onda döyüşkən ruh daha çoxdu... İşğal altında olan torpaqlarımızın azad olunmasında itkilərimiz az olanda çox sevinirdi, ancaq həlak olan oğullarımıza çox heyfsilənərdi. Düşməndən onların intiqamını qat-qat artıq çıxarmağa çalışardı, vuruşardı Əhməd! Bu barədə isə onun döyüşçü dostları və komandirləri bizə bildirmişdilər” – deyə şəhidin anası Züleyxa xanım və atası Qurban ata məni məlumatlandırdılar. Ailəsindən həm də öyrəndim ki, Əhməd Laçınov Xüsusi Təyinatlıların cəsur döyüşçüsü kimi Zəngilan, Qubadlı, Hadrut və Füzulidəki mövqelərimizin erməni mənfurlarından azad olunmasında fədakarlıqla iştirak edib və hərbçi qüvvələrimizin hərbi əməliyyatlarının davam etdirilməsinə şərait yaradıblar...

Oğul itkinsindən sonra şok vəziyyətindən ayılmayan ana, ata, böyük bacıları danışa bilməsələr də, balaca bacısı Mesed qardaşının gerçəkləşən yuxusundan danışdı: “Qardaşımla 2 oktyabr  2020-ci il tarixində baş verən son döyüşdə iştirak edən komandirinin söylədiyinə görə, oktyabr ayının 2-də Vətən müharibəsinin ən ağır döyüşlərindən biri oldu. Füzulinin təmas xəttində bəşəriyyətin ən azğınları olan ermənilər bir neçə müdafiə xətti qurmuşdu. Həmin əraziyə güclü texnika və canlı qüvvə toplamışdı. Əhmədin də olduğu tabor həmin cəbhə xəttini yarıb, düşməni məhv etməliydi. Əmrdən sonra qanlı döyüş başlayır, eloğlumuz komandirlə yanaşı mövqedə döyüşmüşdü və qaniçənlərə hər tərəfdən güclü müqavimət göstərərək, mərmi yağdırmışdılar. Hərbçilərin bildirdiyinə görə, qardaşımız “TSK” qoruyucu silahla düşmənə qan uddurmuşdu həmin döyüşdə... Əhməd xeyli müddət erməni faşistlərinə aman verməmişdi... Döyüş məqamında qorxmaz hərbçimizin silahı dayanmır. Ayağından yaralanan komandiri onu səsləyir, lakin namərdlərin açdığı atəşlər nəticəsində ağır yaralanan Əhməd artıq əbədiyyətə qovuşmuşdu. Vəziyyətin ağır olmasına baxmayaraq, komandirləri Əhmədin nəşini döyüş meydanından çıxarır...

Yaralı döyüşçü yoldaşları söyləyirdilər ki, həmin günkü döyüşdə biz tərəfdən şəhidlər və xeyli sayda yaralı olmasına baxmayaraq, Xüsusi Təyinatlılar düşmənləri məhv edərək, onların tutduğu mövqeləri təmizləyərək növbəti uğurlu əməliyyat  həyata keçiriblər...

Bu əməliyyatın ən böyük şücaət göstərən qəhrəmanlarından biri də Zaqatala rayonunun, tarixlər şahidi olmuş Yuxarı Çardaxlar kəndinin dönməz, əvəzolunmaz oğlu, üç bacının yeganə qardaşı, Züleyxa ananın, Qurban atanın qeyrətli, namuslu ürək parası olan Əhməd Laçınov oldu. Bütün Azərbaycanın xilaskarı, ömrünün ən şirin vaxtlarında düşmənə layiqli cavab verən, əfsanəvi ölümü ilə milyonlarla qəlbi riqqətə gətirən, daima Böyük Qafqaz sıra dağlarının zirvələrində sığıyan Zaqatalanın qartalı, məğrur oğlu – Əhməd!

...Söz yox ki, Əhmədin şəhid olması qürurdur, fəxrdir, bir təkrarolunmazlıqdır, hər oğul bu yolu seçmir, ancaq dünyaya gələndən halallıqla, əziyyətlə, zəhmətlə böyüyənlər...

...Belə məqamlarda ən ağır zərbəni isə analar, atalar, bacılar, qardaşlar dadır...

Necə ki, Əhmədin anası Züleyxa Ana, Atası Qurban Ata, bacıları Aytən, Çinarə Mesed...

Qeyd edim ki, 2 oktyabr 2020-ci il tarixində İkinci Vətən savaşında Füzuli döyüşlərində şəhid olan Xüsusi Təyinatlıların fəxri Əhməd Qurban oğlu Laçənov 3 oktyabr 2020 –ci il tarixində dünyaya göz açdığı Yuxarı Çardaxlar kənd qəbiristanlığında dəfn olunub... Onu və doğma Vətəni qəlbdən sevənlərin iştirakı ilə...

Belə igidləri isə heç kim əvəz edə bilməz... Ancaq onların əzizlərinə dayaq, mənəvi yardımçı olmaq, onları həm də kədər dünyasından uzaqlaşdırmaq hər birimizin Allah qarşısında borcumuzdur. Unutmayaq ki, Vətən yolunda əzizlərini qurban verən valideynlər qiymətsizdir. Züleyxa ana, Qurban ata kimi... Başınızı uca edən Əhməd Laçınovu isə daima ürəklərdə yaşatmalıyıq...

Onlar bizim qəhrəmanlıq simvolumuzdur...

Prezidentin sərəncamı ilə Zaqatalanın ölməz qəhrəmanı Əhməd Qurban oğlu Laçınov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin  azad olunmasına  görə” medalları ilə təltif olunub.

Qeyd: Şəhid Əhməd Qurban oğlu Laçınovun əzizlərinə ilk anlardan çox hörmətsizlik göstərilib. Hamımızın xilaskarı olan bu qəhrəman oğlanın nəşi, kənd qəbristanlığında geniş sahə olmasına baxmayaraq, darısqal bir yerdə, uşaq qəbirlərinin arasında, onu ziyarətə gələnlərə çətinliklərin yaranacağı bir yerdə dəfn olunub. Azərbaycanımızın fəxri və fədaisi olmasına baxmayaraq, onun təhsil aldığı Yuxarı Çardaxlar kəndindəki şəhid Ramazan Muradov adına tam orta məktəbin pedaqoji və şagird kollektivi, Zaqatala Rayon İcra Hakimiyyətinin Yuxarı Çardaxlar kənd icra nüməyəndəliyi və digər rəsmi təşkilatlar, orqanlar şəhid ailəsinə biganəlik göstərirlər. Laçınovlar ailəsinin ən böyük istəyi isə Vətən yolunda canını fəda verən Əhmədin adının müvəffəqiyyətlə təhsil aldığı zaqatala İdarəetmə və Texnologiya Kollecinə verilərək əbədiləşdirilməsidir. Kollecin rəhbərliyindən aldığım məlumata əsasən, bu təhsil ocağına şəhid tələbə-məzun adının verilməsi barədə müvafiq orqanlara müraciət edilib. Onu da əlavə edək ki, şəhid Əhməd Laçınovun üç bacısı da orta ixtisas təhsili (yəni kolleclər qurtarmasına. E. M.) almalarına baxmayaraq, iş tapa bilmir. Həmçinin şəhidin böyük bacısı Aytənin müalicə və əməliyyata ehtiyacı var...

Şəhid ailəsinə qayğı göstərmək ən böyük savab və ehtiramdır...

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üvzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ