Cümə axşamı günü, 12 noyabr 2026
     

Doğum evlərində süni uşaq qidalarının təşviqi halları çoxalır... Həkimlər işbazlarla əlbirdir...

Image


Son zamanlar ən çox müzakirə edilən və barəsində həyəcanla danışılan məsələlərdən biri Bakıdakı doğum evlərində körpələr üçün süni qidaların təbliğinin genişləndirilməsidir ki, bu barədə mütəxəssislər ciddi narahatlıq keçirirlər.

Xüsusən də özəl klinikalarda süni uşaq qidalarının reklamının geniş vüsət aldığı bildirilir. Yayılan məlumatlara görə, bəzi həkimlər analara ana südünü deyil, onların işlədikləri və reklamını apardıqları firmaların süni uşaq qidalarını uşaqlara verməsini tələb, yaxud tövsiyə edirlər. Halbuki, qanunvericiliyə görə də körpələrə süni qida deyil, ana südü tövsiyə olunur. 

Hətta tanınmış pediatr Aytən İsmayılzadə sosial şəbəkə hesablarında paylaşdığı məlumatda bu məsələyə tənqidi yanaşıb: “Hələ də süni qidanın adını yazıb yeni doğuş edən ananın əlinə verirlər”.

O bildirib ki, yeni doğuş edən anaya alternativ vermək olmaz: “Onun nəinki adını yazıb əlinə vermək, heç qulağına pıçıldamaq da olmaz. Çünki süd hasilinə cavabdeh olan prolaktin hormonu beyində ifraz olunur və o, psixikanın təsirinə məruz qalır. Şüuraltı olaraq “çatmasa, bundan verəcəm” fikri artıq onun tənbəlliyinə, südün azalmasına gətirir.

Hər cür ana var. Bəlkə kimsə qorxduğundan, kimsə rahatlıqdan, kimsə səbrsizlikdən bu yola qaçacaq. Amma onu bu yola çəkmək olmaz. Çünki biz onu günahlandıra bilmərik ki, sənin ağlın harada idi. Onun uşağına öz uşağımız kimi sahib çıxmırıqsa, günah elə özümüzdədir”.

Qeyd edək ki, A.İsmayılzadənin sözügedən paylaşımı geniş müzakirələrə səbəb olub. Pediatrla yanaşı, bir neçə şəxs də bununla bağlı müvafiq addımlar atılması üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, pediatrın paylaşımında nəzərdə tutulan müəssisə özəl klinikadır: “Qeyd edilənə görə, A.İsmayılzadənin paylaşımında yer alan resept vərəqəsinin aid olduğu “Leyla Medical Center”dir.

Son olaraq əlavə edək ki, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 10.6. maddəsinə görə, süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır”.

Ekspertlər deyirlər ki, bəzi həkimlər işbazlarla, süni uşaq qidaları şirkətləri ilə əlbir işləyir və reklamı qadağan edilən süni uşaq qidalarının reklamı ilə məşğul olurlar.

  • Lalə Mehralı: “Bu, təkcə bir klinikada deyil, əksər klinikada həkimlərin çox rahatlıqla etdiyi hərəkətdir”

“Sağlam Toplum” İctimai Birliyinin sədri, tanınmış sosioloq Lalə Mehralı bizimlə söhbətində təəssüflə bildirdi ki, klinikalarda süni uşaq qidalarının reklam edildiyi gizlin deyil: “Bu, təkcə bir klinikada deyil, əksər klinikada həkimlərin çox rahatlıqla etdiyi hərəkətdir. Yəni uşaq doğulur, ana döşünə salmadan tez uşaq palatasına aparılır və anaya da “yorğunsan, özünə gəl” və sair deyib müxtəlif bəhanələr uydururlar. Bir çox klinikada həkimlər çalışırlar ki, uşağa ana südü deyil, süni uşaq qidası versinlər. Əksəriyyət həkim belədir. Tək-tük vicdanına və andına sadiq qalan həkimlər var ki, ilk iki saat ərzində uşağı ananın sinəsinə qoyurlar. Bu, qanunlarla da belə tənzimlənir, həkimlərin tibbi baxımdan inandığı məsələ də budur ki, iki saat ərzində uşaq əmizdirilməlidir. Yəni tibbi baxımdan belə olmalıdır. Uşaq ana döşünə təmas etməlidir ki, orqanizm süd ifraz etsin”.

Əksər halda isə müxtəlif bəhanələrlə uşağın ana südü ilə qidalanmasının qarşısını alırlar. Həkimlərin müxtəlif bəhanələr gətirməklə ailəyə uşaq üçün süni qida aldırdıqlarını deyən L.Mehralı “bu halı birbaşa yaşayan insan kimi deyə bilərəm ki, gözün açıq olmadısa, savadsız oldunsa, bu barədə məlumatsızsansa, süni uşaq qidalarının təhlükəsi barədə xəbərin yoxdursa, onların toruna düşürsən. Həkimlər “sənin südün yoxdur, sənin südünün tərkibi zəifdir, sənə əmizdirmək olmaz, südünü uşaq orqanizmi götürmür, südün yağlıdır, mikrobludur, cırdır”  kimi çox bəhanələr edirlər… Amma andına sadiq qalan vicdanlı həkimlər belə ucuz yollara getmirlər, süni uşaq qidalarının reklamından qazana biləcəyi pulu haram görürlər. Bu haramdır, insanların sağlamlığı üzərindən qazanılan bir puldur. O həkimlər uşaqların sağlamlığını qurban verərək pul qazanırlar. Bir qutu uşaq qidasından 50 manat rüşvət alan həkimlər var. Bir həkim bir uşağa süni uşaq qidası təyin edirsə, hər uşağa görə 50 manat faiz alır” - deyə L.Mehralı qeyd etdi.   

  • Aytac Kərimli: “...ana südünün verilməsi mütləq şəkildədir”

Paylaşımında yer alan resept vərəqəsinin aid olduğu “Leyla Medical Center”in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aytac Kərimli sorğumuza cavab olaraq bildirdi ki, pediatrın başqa bir həkimin yazdığı resepti ictimailəşdirməsi düzgün deyil, bu, həkim etikasına da uyğun gəlmir.

A.Kərimli qeyd etdi ki, təmsil etdiyi klinika qaydaları pozub hansısa süni uşaq qidasının reklamı ilə məşğul olmayıb. “Birincisi, həkim etikasına uyğun gəlməyərək, başqa bir həkimin yazdığı resepti paylaşıb, ictimailəşdirib. Pasient də bu paylaşımdan əvvəl bizimlə əlaqə saxlamalı idi.

Paylaşımda qeyd olunub ki, bizim həkim tərəfindən uşağa süni qida təyin olunub. Həmin reseptdə, əslində, qeyd olunub ki, ana südünün verilməsi mütləq şəkildədir. Ana südünün təbliğatı birbaşa uşaq doğulandan bizim mərkəzimizdə aparılır, hər bir anaya uşağına ana südü verməsi ilə bağlı təlim keçirik. Uşaq doğulandan sonra detallı şəkildə hər bir proses izah olunur. Amma burada bir başqa məsələ var, orada ana südü kifayət etmədikdə, süni qidaya keçid məsləhət görülüb. Amma burada yenə də seçim valideynə bağlıdır, əlbəttə, ona heç kim müdaxilə edə bilməz. Ana məsləhət bilərsə, ehtiyac duyarsa, südünün azlığını görərsə və hiss edərsə, pediatrla məsləhətləşib ana südündən əlavə, süni qidaya keçid edə bilər. Bu, birbaşa olaraq, ananın, valideynin öz şəxsi seçimidir. Heç bir həkim heç bir zaman bunu məcburi təyin edə bilməz. Faiq həkim də qeyd edib ki, ana südü mütləqdir, amma ehtiyac olsa, süni qidaya keçə bilərsiniz. Sadəcə, bunu məsləhət görüb”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ