“Beynəlxalq Bank”la "Konkord inşaat" MMC-nin 90 min manatlıq mübahisəsi...

“Beynəlxalq Bank” - Yadigar Cəfərli: “Problem araşdırılacaq”

img

Məlumatlara görə, Beynəlxalq Bankın “Konkord İnşaat” MMC şirkətinə 90 min manat borcu yaranıb.  Şirkətin direktor müavini Fərid Balabəyov şikayət edərək bildirir ki, 2018-ci ildə Beynəlxalq Bankın bölgələrdəki filiallarının cari təmir işləri ilə əlaqədar qarşı tərəflə müqavilə bağlayıblar:

“Təxminən 1 il yarıma qədər davam edən təmir tamamlansa da, “Beynəlxalq Bank” görülən iş müqabilində borcun bir hissəsini qarşılamaqdan yayınır. Sözügedən bank hissə-hissə şirkətə 70 min manat ödəyib. Qalan əlavə dəyər vergisiz 76 min manat borcu isə 3 ildir ki, ödəmir. Dəfələrlə borcun qaytarılması ilə bağlı “Beynəlxalq Bank”a rəsmi müraciətlər edilib. Amma nə iki qurum rəsmiləri arasında görüşlər fayda verib, nə də “Beynəlxalq Bank” məsələni yoluna qoya bilib”.

Qeyd edək ki, 2018-ci ildə tenderin qalibi olan “Konkord İnşaat” “Beynəlxalq Bank”la əlavə dəyər vergisi daxil 105 min manatlıq müqavilə bağlayıb.

Onu da qeyd edək ki, şərtə əsasən, ilk öncə bankın Qazax, Şəmkir, Gəncə, daha sonra Göygol, Samux və Gədəbəy filiallarında cari təmir işlərinin görülməsi razılaşdırılıb.

Təmir müddətində qurumlar arasında maliyyə çatışmazlığı ilə bağlı administrativ problemlər yaşanıb. Beləliklə, yaranan problem böyüyüb.

“Beynəlxalq Bank”ın mətbuat katibi Yadigar Cəfərli problemi araşdıracağını bildirdi.

Mövzunu diqqətdə saxlayacağıq.

Günel CƏLİLOVA

Son xəbərlər