Azərbaycan xalqının öz möhtəşəm qurtuluş gününə qovuşmasından 28 il ötür. İndi hər bir ölkə vətəndaşı bu günü özünə əziz bilir, onu böyük sevinclə qarşılayır. Zəfər ilimizdə də qurtuluşumuzun ildönümü maraqlı tədbirlərlə zəngindir. R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar rayon Uşaq və Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri üçün təşkil olunmuş ekskursiya uzun müddət iştirakçıların yaddaşında qalar.
Muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva söhbət əsasında bildirdi ki, ekskursiya zamanı müəllim və şagirdlər ulu öndər Heydər Əliyevin hakimiyyət dönəmləri ilə bağlı muzeydə sərgilənən sənədlər, eləcə də fotomateriallarla ətraflı tanış oldular, əməkdaşlar tərəfindən onlara əlamətdar günün müasir tariximizdəki yeri haqqında geniş məlumat verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü