Cümə axşamı günü, 12 noyabr 2026
     

Vətəninə və xalqına layiq gənc olduğunu döyüş sınağında sübut etdi - FOTO

Image


Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində misilsiz rəşadət göstərdi. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizin tarixi məqamı isə 28 il yarım işğal altında qalan, hərbi-siyasi nöqteyi-nəzərdən strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin döyüş şücaəti göstərilərək azad edilməsi oldu. Döyüşçülərimiz dağlar, dərələr, meşələr keçərək, Şuşa şəhərində dişinə qədər silahlanmış düşmənə qarşı texnikasız, yüngül silahlarla, süngü-bıçaqla vuruşublar. Xalqımızın belə fədakar oğullarından biri də çavuş Əlizadə Nicat Elxan oğludur.  

Çavuş Nicat Əlizadə 1994-cü il noyabrın 9-da Şirvan şəhərində anadan olub. 2002-2012-ci illərdə Şirvan şəhərindəki 3 saylı tam orta məktəbdə təhsil alıb.

2013-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayınadək Nicat Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini bitirməsinə baxmayaraq, torpaqlarımızın düşmən tapdağında olması Nicatı hər zaman narahat etdiyi üçün bundan sonrakı həyatını və işini hərbiyə bağlamaq qərarına gəlir. O, 2015-ci ilin avqust ayında Daxili Qoşunlarda müddətdən artıq xidmət etmək üçün sənədlərini verərək, Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsində radiotelefonçu-atıcı vəzifəsinə təyin olunub. 2017-ci ilin avqust ayında isə xüsusi təyinatlı dəstədə eyni vəzifəyə keçirilib. Vətən müharibəsi başlayana qədər bu vəzifədə xidmət edən Nicat xüsusi təyinatlıların sırasında torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qoşulub.

44 gün davam edən müharibə zamanı Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə amansız zərbələr vurub, onların qəhrəmanlıq nümunələri müasir hərb salnaməmizə yazılıb.

Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli rayonunda mövqelərimizin müdafiəsi, ermənilərin diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə döyüş tapşırıqlarını yerinə yetirən qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət alıb.

Döyüşçülərimiz Şuşaya meşə və dağ keçidlərini aşaraq həmlə ediblər. Onlar Hadrutdan Şuşa istiqamətində hərəkət edərkən düşmənin minaatanlardan və tanklardan atəşinə məruz qalıblar. Yaralı və şəhidlərin olmasına baxmayaraq, Nicatın da daxil olduğu qrup Şuşa-Xankəndi yolu istiqamətində irəliləyib. Onlara Şuşadan Xankəndiyə gedən yolu nəzarətə götürmək tapşırığı verilib.

Qazimiz Şuşa ətrafında meşə və dərələrdə, Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin iştirakçısı olduğunu bildirdi. O qeyd etdi ki, Xankəndi istiqamətindən düşmən tanklardan və ağır artilleriyadan bizim qüvvələri atəşə tuturdu. Nicatın daxil olduğu və digər qruplar Şuşa-Xankəndi yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postlarını alaraq, Şuşaya gedən yolu nəzarətə götürüblər. Lakin Şuşa-Xankəndi istiqamətində qeyri-bərabər döyüşlərdə düşmən qüvvələrini məğlub edərək irəliləmək heç də asan olmayıb. Çünki düşmənin zirehli texnikası sürətlə mövqelərimizə doğru irəliləyirdi. Bu isə çoxsaylı əsgər ölümünə səbəb ola bilərdi. Nicat düşmənin bir neçə zirehli texnikasını sərrast atışları ilə sıradan çıxaran, onun daxil olduğu qrupun irəliləməsində böyük şücaət göstərən, onunla birlikdə xidmət etmiş baş çavuş Kənan Kərimovun qəhrəmanlığının unudulmayacağını bildirdi.

Qazimiz noyabr ayının 6-da Xankəndi-Şuşa yolunda düşmənin tankdan atəşi nəticəsində mərminin yaxınlığına düşməsi nəticəsində yaralanıb. Düşmənin atəşindən yayınmaq üçün səngərə tullanarkən qəlpə onun sol əlinin 2 barmağını aparıb, əlindəki silahı isə 2 yerə bölüb.

Nicat yaralanan zaman ona Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı gizir Şiraz Həsənovun ilkin tibbi yardım göstərdiyini söylədi: “Mənə dərhal Şiraz ürək-dirək verərək ilkin tibbi yardım göstərdi. Qanaxmanı dayandırmaq üçün qolumu jqutla möhkəm bağladı, sonra barmaqlarımın parçalanmasını görməyim deyə əlimi tənziflə sarıdı. Daha sonra mənim təxliyyə olunmağıma köməklik etdi”.

Qazimiz müharibədə ən ağır sarsıntının gözlərinin önündə silahdaşlarının şəhid olduqları anlarda yaşandığını bildirdi. Yaralandığı zaman qoşunların “N” saylı hərbi hissəsinin Cəlilabad rayonundakı ayrı yerləşən patrul taborunun xüsusi təyinatlısı, baş əsgər Pərviz Həsənovun (ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib) yanında başından aldığı qəlpə yarasından şəhid olduğunu ürək ağrısı ilə qeyd etdi.

Nicat, yaralanmasına baxmayaraq, 3 gün - Şuşanın işğaldan azad olunduğu günə qədər döyüş bölgəsindən ayrılmayıb. Noyabrın 8-i şəhərin azad olunması xəbərinin Azərbaycan Respublikasının Prezidentinə məruzə edilməsi ona ağrılarını belə unutdurub.

“Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz nitqində deyib.

Azərbaycan Nicat kimi oğulların sayəsində üçrəngli bayrağını azad olunan torpaqlarımızın hər guşəsində dalğalandıra bilib.

Hərbi qulluqçumuz noyabrın 8-də sanitar maşını ilə Hadruta gətirilib. Şuşa azad edilən günün səhəri - noyabrın 9-da isə Füzuli Rayon Xəstəxanasına aparılıb. Tibb işçiləri Nicata xüsusi diqqət və qayğı göstərməklə yanaşı, həm də doğum gününü qeyd ediblər. Nicat üçün bu doğum günü həyatında heç vaxt unudulmayacaq bir doğum günü olub. O, bu yeni yaşında qürurlu anlar yaşadığını vurğuladı. “Vətənimi sevərək, onun layiqli övladı olmağa çalışmışam” deyən Nicat bildirdi: “Barmaqlarımı itirmişəm, canım belə Vətənə qurbandır. Uzun illər həsrətində olduğumuz Şuşamıza qovuşduq. Bu mənim və silahdaşlarımın həyatında ən dəyərli gündür”.

Daha sonra bir gün Şirvan Xəstəxanasında müalicə alan qazimiz noyabrın 11-dən müalicəsini Daxili Qoşunların Hərbi Qospitalında davam etdirib.

Daxili işlər naziri Daxili Qoşunların Hərbi Qospitalında müalicə olunan yaralı hərbi qulluqçularımıza baş çəkərkən çavuş N.Əlizadənin vəziyyəti ilə də maraqlanıb. Nicatın sol əlinin iki barmağının olmamasına baxmayaraq, onun xidmətini polis orqanında davam etdirməsini təklif edib. Hərbi qulluqçumuz bu təklifi minnətdarlıq hissi ilə qəbul edib.

Hal-hazırda polis serjantı Nicat Əlizadə Şirvan Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsindədir.

“N” saylı hərbi hissədə “Gürzə” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Cavid Tağıyev dəstədə xidmət etmiş çavuş N.Əlizadənin Vətən müharibəsində tabeliyində olan qrupun tərkibində döyüşdüyünü bildirdi: “Yüksək iradə və cəsarət nümunəsi göstərən Nicat bir addım belə düşmənin güllə, mərmi atəşi altında geri çəkilməyib, hədəfə çatanadək düşmən üzərinə həmlələr edib”.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Nicat Əlizadə “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Nicat Vətəninə və xalqına layiq gənc olduğunu döyüş sınağında sübut etdi.

Kapitan Sadıq RƏFİYEV
DİN-in Daxili Qoşunlarının
mətbuat xidmətində zabit



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ