Cümə axşamı günü, 12 noyabr 2026
     

Həyatını fəda etdi ki, müqəddəs Vətən yaşasın… - FOTO

Image


Vətən torpağını düşmən tapdağından azad etmək naminə fədakarcasına vuruşaraq həyatını qurban verən hər bir şəhid haqqında məqalə yazmaq jurnalist üçün, ilk növbədə, öz üzərinə mənəvi məsuliyyət götürmək deməkdir. Çünki belə qeyrətli oğulların şərəfli döyüş yolu onların xatirəsinə layiq şəkildə işıqlandırılmalı və tarixləşdirilməlidir. Onlar barədə deyilən fikirlər və yazılan sözlər bir yaddaş yadigarıdır. Bu yaddaş yadigarının qorunub saxlanılması üçün qələm adamı öz həssas münasibətini əsirgəməməlidir.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin 44 gün davam edərək ordumuzun Şuşa zəfəri ilə başa çatması inkaredilməz bir həqiqəti ortaya qoydu - biz güclüyük, qalibiyyət isə haqqımızdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev ölkəmizin misilsiz hərbi zəfəri barədə deyib: “Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib. Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq”.

İkinci Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin ayrı-ayrı qoşun növlərinə məxsus xüsusi təyinatlı bölmələr üçün əsl ölüm-qalım sınağı, yenilməzlik imtahanı oldu. Xüsusi təyinatlılar üzərilərinə düşən döyüş missiyasını başucalığı ilə yerinə yetirdilər. 44 günlük döyüş yolu Azərbaycan xüsusi təyinatlıları fenomenini dünyaya tanıtdı. Fəxr edirik ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları da Vətən müharibəsində Ali Baş Komandanın etimadını doğrultdular.

Şəhid xüsusi təyinatlı gizir Həsənov Faiq Hüseyn oğlu Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Silahdaşımızın döyüş meydanında sona çatan 30 illik ömür yolunun bir çox məqamı barədə məlumat topladım.

O, 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub. Hüseyn Həsənov və Yeganə Həsənovanın qurduğu ailənin böyük övladı idi. Onun iki bacısı və bir qardaşı var.

Faiq paytaxtın Səbail rayonunda yerləşən Osman Mirzəyev adına 190 saylı orta məktəbi bitirib. Həmin məktəbdə, yaşadığı məhəllədə, birgə məşq etdiyi və yarışdığı idmançılar arasında şəxsi keyfiyyətlərinə görə özünə hörmət qazanıb. Yeniyetməlik yaşlarından idmana həvəslə yanaşıb, fiziki hazırlığına daim diqqət yetirib. Yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi uğrunda yarışlarda məharət göstərərək qalib yerləri tutub. Bununla yanaşı, “Şahin” hərbi-idman oyunlarında da uğurla iştirak edərək, müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb.

2008-2012-ci illərdə Faiq Mingəçevir Politexnik İnstitutunda (hazırda Mingəçevir Dövlət Universiteti) ali təhsil alıb. Burada iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnib. Tələbə olaraq da təhsil aldığı kollektivdə müsbət cəhətdən xarakterizə olunub.

2012-2013-cü illərdə Faiq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Həmin vaxtdan etibarən gələcək həyatını iqtisadçı peşəsinə deyil, hərbi xidmətə bağlamaq haqqında fikirlərini doğmaları ilə bölüşüb. Hərbçi peşəsi, xüsusi təyinatlıların xidməti onun qəlbində rəğbət doğururdu.

Birinci Qarabağ müharibəsi zamanı ön cəbhəyə könüllü yollanaraq torpaqlarımızın müdafiəsində şəhid olmuş əmisi Elşən Həsənovun, həmin dövrdə döyüşlərdə iştirak etmiş digər əmilərinin, habelə xətrini çox istədiyi dayısı, 1989-1991-ci illərdə Qazax-Ağstafa bölgəsində erməni işğalçılarına qarşı vuruşmuş qazi Mahir Rzayevin keçdikləri çətin sınaqlar gəncin həyata baxışlarına təsirsiz qalmayıb, onun üçün vətənpərvərlik örnəyi olub.

2015-ci ilin avqust ayında Faiq Daxili Qoşunların sıralarına hərbi xidmətə qəbul edilib. Daxili Qoşunlarda xidmət etməyə qərar verməsində qohumu, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, Daxili Qoşunların Baş İdarəsinin qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin döyüş hazırlığı şöbəsinin rəisi polkovnik Aydın Zahidovun rolunu xüsusi vurğulamaq yerinə düşər. Zəngin xidmət təcrübəsinə malik polkovnik A.Zahidov gənc hərbi qulluqçuya Daxili Qoşunlarda hərbi xidmətlə bağlı vacib tövsiyələr verib.

2015-2020-ci illərdə Faiq Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi vasitələrin tətbiqi bölməsində manevr qrupunun yarımqrupunda atıcı, xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun yarımqrupunda atıcı və xüsusi təyinatlı dəstədə texnik vəzifələrində xidmət edərək, ona göstərilən etimadı doğruldub. Döyüş və mənəvi-psixoloji hazırlığında, funksional vəzifələrinin icrasında əzmkarlığı ilə fərqlənib.

2017-ci ildə atasının xəstəlikdən qəfil vəfat etməsi Faiqi çox sarsıdıb. Böyük övlad kimi ailənin qayğılarını öz üzərinə götürüb, anasının işləməsinə razı olmayıb, Yeganə xanıma mənəvi dayaq olub, bacıları və qardaşı da ona həmişə güvəniblər. Əzizləri Faiqin ailə quracağı günü səbirsizliklə gözləyirdilər, ancaq taleyin öz hökmü vardı...

2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı Vətən müharibəsi başlayanda gizir F.Həsənov döyüş əməliyyatlarına ilk cəlb olunanların sıralarında idi. O və silahdaşları torpaqlarımızı uzun illər işğal altında saxlayan düşməndən qisas alındığı vaxtın yetişməsini ruh yüksəkliyi ilə qarşılayıblar. Tərkibində olduğu qrup və birgə hücuma keçən digər qruplar müharibənin ilk günlərində Cəbrayıl-Füzuli rayonlarının ərazilərində çətin döyüş tapşırıqlarını yerinə yetiriblər. Belə ki, düşmənin bir neçə müdafiə xəttini yarmaq, onun müqavimətini qırmaq, müxtəlif növ silah-sursat, texnikasını məhv etmək və ya qənimət götürmək, nəzarətimizə keçən ərazilərdə möhkəmlənmək üçün hərbi qulluqçularımız qətiyyətlə vuruşublar. İlk döyüşlərdəcə işğalçılar darmadağın edilib, bizim qüvvələrin güclü zərbələrinə tab gətirə bilməyiblər.

“N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində atıcı çavuş Sirus Müsüzadə Faiqin döyüşçü yoldaşı kimi onunla bağlı xatirələrini mənə danışdı. Bildirdi ki, Faiq cəsurluqla döyüşürdü, həmişə öndə idi, hər bir çətinliyə dözürdü, o, müharibə gerçəkliyində yoldaşlarına diqqətcil və qayğıkeş olmağı da bacarırdı. İşğaldan azad edilən torpaqlarımızda irəliləyərkən “bu yerləri görmək və ilk qədəm basmaq bizə qismət oldu” - deyib.

Sirus məlumat verdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi ətrafında döyüş zamanı düşmən artilleriyasından şiddətli atəş nəticəsində Faiq qapalı kəllə-beyin travması alıb. Əhmədbəylidəki hərbi qospitalda yerləşdirilərək, bir neçə gün müalicə olunub. Dayısı qospitalda onun yanına gəlib. Bakıda müalicəsinin davam etdirilməsinin zəruriliyini, qoyulan diaqnozun ciddiliyini Faiqə söyləyib. Ancaq dayısının təkidinə baxmayaraq, Faiq döyüşlər başa çatanadək Bakıya getməyəcəyini bildirib.

Oktyabrın 5-də səhhətindəki problemə baxmayaraq, Faiq qospitaldan öz istəyi ilə çıxıb və həmin gün döyüş tapşırığının yerinə yetirilməsinə cəlb olunub. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Ələsgər Muxtarovun dediyinə görə, oktyabrın 5-də gizir F.Həsənov, dəstənin digər hərbi qulluqçusu gizir Mayis Səmədov bir qrup silahdaşı ilə birgə Cəbrayıl-Füzuli rayonları istiqamətində ön mövqeyimizə lazımi təminat çatdırmaq, oradakı yaralılarımızı çıxarmaq üçün gedərkən yolda düşmənin pusqusuna düşüblər. Qeyri-bərabər döyüşdə Faiq, Mayis, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 6 nəfər xüsusi təyinatlısı son nəfəslərinədək mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. İşğalçılar da o döyüşdə itki veriblər.

Bakı şəhərindəki 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən 10.10.2020-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamədə gizir F.Həsənovun 2020-ci il oktyabrın 5-də Füzuli rayonunda döyüş zamanı qarının dəlib keçən güllə yarası, döş qəfəsinin güllə yaralanmasından həlak olduğu barədə qeydlər öz əksini tapıb.

Şəhid hərbi qulluqçumuz Bakıda 2-ci Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 24 dekabr  2020-ci il tarixli müvafiq sərəncamları, Azərbaycan Respublikası müdafiə nazirinin 3 noyabr  2020-ci il tarixli müvafiq əmri ilə gizir F.Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Şəhidin məzunu olduğu 190 saylı orta məktəbdə və Mingəçevir Dövlət Universitetində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ehtiram göstərilir. Hər iki təhsil müəssisəsindən verilən məlumata görə, şagird və tələbələrlə xalqımızın igid oğullarının şücaət nümunələri barədə söhbətlər aparılır, şəhidlərin məzarları ziyarət olunur. Bu məktəb və universitetin yetirmələri olan şəhidlərin şəkillərini əks etdirən xatirə guşələri yaradılıb.

Bu yazını şair Rəhman Bayramın “Şəhidlər” şeirindən bir bəndlə yekunlaşdırıram:

Ölüb qovuşdular ölümsüzlüyə,

Şəhidlik adında uca zirvəyə,

Can verdilər, Vətən yaşasın deyə,

Millətin ruhuna dayaq şəhidlər.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ