Azərbaycanda koronavirusa 73 nəfər yoluxub, ölən olmayıb

img

Azərbaycanda bu gün koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 194 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib, aktiv xəstə sayı 1 920 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 606 364, ötən müddət ərzində isə ümumilikdə 8 515 test aparılıb.

Son xəbərlər