Qarabağda döyüşən daha bir muzdlu məhkəmə qarşısına çıxarılır...

img

Ermənistan tərəfindən Qarabağda muzdla döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Trend-in məlumatına görə, proses iyunun 23-ü saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər