Qaxda dayanma-durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olundu - FOTO

img

Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq, yol polisi əməkdaşları tərəfindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti nəzarət-profilaktik tədbir zamanı səkilərdə və piyada keçidlərində, avtobus dayanacaqlarında, eləcə də müəyyən edilməyən digər yerlərdə avtomobillərini park edən sürücülər aşkarlanıb. Qaydaları pozan həmin sürücülər barəsində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.

Son xəbərlər