Cümə axşamı günü, 12 noyabr 2026
     

AQTA-nın tanınmış idmançılara gecikmiş, həm də natamam tövsiyəsi - enerji içkilərinin ümumən reklamına niyə qadağa qoyulmur...

Image


“Tanınmış şəxslərin enerji içkilərinin təbliğatında iştirakı məsələsi, xüsusilə də idmançıların bu içkiləri qəbul edərək güclənməsi istehlakçı mövqeyindən yanlış mesajdır”. Bunu mətbuata Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.

O bildirib ki, xüsusilə də bu içkilər idmançılar üçün təhlükəlidir: “Elmi araşdırmalar göstərir ki, ən çox ölüm halları idmançılar arasında baş verir. Çünki həddən artıq istehlak, qısa müddətdə gərgin enerji sərfiyyatı nəticədə insan orqanizmində risqli vəziyyət yaradır və ölüm hallarına gətirib çıxarır”.

Aparat rəhbəri qeyd edib ki, bu cəhətdən xüsusilə idmançılar mövcud nüanslara diqqət yetirməlidirlər.

Enerji içkilərinin reklamı ilə bağlı idmançılara çağırış edən AQTA-nın bu addımı gecikmiş addım sayıla bilər. Ekspertlər deyirlər ki, AQTA, sadəcə, bir-iki çağırış etməklə öz işini bitmiş sayıb seyrçi mövqeyində dayanmamalıdır. Ekspertlərin sözlərinə görə, AQTA məsələni belə qoyur ki, idmançılar enerji içkilərini reklam etməkdən çəkinməlidirlər, yaxşı, tutalım, idmançılar çəkildilər, amma problem bitmir. Yəni sabah başqa peşə sahibləri - rəssamlar, bəstəkarlar, müğənnilər, digər sənətlə məşğul olan insanlar buna cəb edilə bilər, bu məhsulun reklamı onların iştirakı ilə icra edilər. Burada söhbət sağlamlığa vurulan zərərdən gedirsə, bütövlükdə, enerji içkilərinin qarşısının alınması məsələsi ilə bağlı addımlar atılmalıdır.

Ekspertlərin sözlərinə görə, AQTA natamam çağırışlar etmək əvəzinə, zamanında dövlətin qanunvericilik strukturlarına enerji içkilərinin, zərərli qida məhsullarının reklamının qadağan olunması ilə bağlı müraciət etməli və bu barədə qanunvericilik aktı qəbul olunmasına nail olmalı idi.

Ekspertlərin fikrincə, bu gün AQTA-nın idmançılara çağırış etməsinin əsl mahiyyəti başqa cür də ola bilər. Bəlkə AQTA-nın bu enerji içkilərini ölkəmizə gətirən hansısa enerji içkisi şirkətilə problemi var, ədavəti var, bu çağırışı onların bazarını dağıtmaq üçün edir? Ona görə də çox yaxşı olardı ki, AQTA doğrudan da buna qarşı mübarizə aparmaq istəyirsə, tam bir addım ataydı, bununla bağlı parlamentə müraciət edəydi ki, qanunvericiliyi dəyişdirin və enerji içkilərinin reklamını qadağan edin.

  • Eyyub Hüseynov: “AQTA enerji içkilərinin reklamının qadağan edilməsi üçün qanunvericilik orqanına müraciət etməlidir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov indiyə qədər enerji içkilərinin reklamının qadağan edilməməsinin təəssüfləndirici hal olduğunu bildirdi. E.Hüseynov hesab edir ki, ümumiyyətlə, AQTA bu barədə hökumətin müvafiq qurumlarına  müraciət ünvanlamalı idi, lakin ünvanlamayıb: “Mən, ümumiyyətlə, enerji içkilərinin reklamının və istifadəsinin hər zaman əleyhinə olmuşam. Bu gün də o fikirdəyəm ki, bütün hallarda, enerji içkilərinin reklamı qadağan edilməlidir. Mən AQTA-nın ictimai şurasının üzvüyəm və mütləq iclasda bu məsələni qaldıracağam. AQTA enerji içkilərinin reklamının qadağan edilməsi üçün qanunvericilik orqanına müraciət etməlidir. Düzdür, qanunda dəyişiklik o qədər də asan olmayacaq, çünki “Reklam haqqında” Qanun 1 ildir qəbul edilib. Amma, buna baxmayaraq, bu məsələ mütləq həll edilməlidir. Enerji içkilərinin satışı, istifadəsi, reklamı, bütün hallarda, zərərli bir haldır. Biznes qurumlarını insan sağlamlığı maraqlandırmır, onlar öz mənfəətlərini güdürlər. Bir də görürsən ki, hansısa bir idman yarışının sponsoru enerji içkiləridir. Velosiped yarışlarında “Redbul”un sponsorluq etməsinin əleyihə olmuşam, bununla bağlı ictimai şurada da məsələ qaldırmışam. Nəinki idmançıların enerji içkilərinin reklamına çəkilməsi, hətta enerji içkilərinin sponsorluğu ilə idman yarışlarının keçirilməsi də qadağan edilməlidir. Bu zərərlidir.

Azərbaycan hökuməti çox yaxşı iş görüb AQTA-ya tapşırıq verib və enerji içkilərinin tərkibindəki zərərli maddələrin azaldılmasına nail olub” - deyə E.Hüseynov qeyd etdi.

  • Elçin Bayramlı: “AQTA-nın başı uzun illərdir qəssablarla mübarizəyə qarışdığından, daha dəhşətli təhlükələri görmür”

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı dedi ki, enerji içkiləri genefondumuzun altına qoyulan növbəti gec partlayan bombadır. “Uzun illərdir bu haqda yazırıq, danışırıq, lakin nə aidiyyəti hökumət orqanları, nə parlament üzvləri əhəmiyyət verirlər. Çünki artıq heç kimi genefond, əhalinin sağlamlığı maraqlandırmır. Yeganə məqsəd pul qazanmaq, gəlir əldə etməkdir. Milli Məclis 5-ci, 10-cu dərəcəli məsələləri aylarla müzakirə edir, amma milli genefonda terrordan danışa bilmir. Niyə? Kimdən, nədən qorxurlar? Kütləyə hesablanmış mənasız mövzularda cəsarətli çıxışlar edən o qəhrəman deputatlar bu mövzulardan danışsınlar görək nə dərəcədə qəhrəmandırlar.

Bəli, qanunvericilikdə də ciddi boşluqlar var, amma mövcud qanunlara da əhəmiyyət verilmir. Məsələn, GMO ilə bağlı bir neçə qanun, qadağalar var. Amma açıq-aşkar, göz qabağında əhaliyə GMO terroru edilir. Bu boşluqdan istifadə edərək işbazlar xalqımızı günün günorta çağı, hamının gözü qarşısında zəhərləyirlər. Harda təhlükəli, zərərli şey var, bizdə açıq satılır. AQTA-nın başı uzun illərdir qəssablarla mübarizəyə qarışdığından, daha dəhşətli təhlükələri görmür. Məsələn, yağ, energetik içki terrorunu görə bilmir və s. Halbuki, bunlar xərçəng, şəkər, ürək, qan-damar, insult, sonsuzluq kimi xəstəliklərin birbaşa törədiciləridir və xalqımıza dəhşətli gələcək vəd edir. Ölkəyə istənilən təhlükəli məhsulu gətirmək, ölkədə istənilən saxta, keyfiyyətsiz məhsulu istehsal edib satmaq mümkündür. Çünki nəzarət sıfır səviyyəsindədir. Pul alıb sertifikat verməklə iş bitmir, əksinə, terror qanuni don geyinmiş olur. Mən şəxsən AQTA-nı yox sayıram və hesab edirəm ki, dövlət tərəfindən qida terroruna qarşı mübarizə idarəsi yaradılmalı və ona geniş səlahiyyətlər, maddi-texniki baza, böyük sayda ştat verilməlidir. Ərzaq sektorunda toxumdan, əkindən, istehsaldan, emaldan tutmuş, satışa qədər bütün mərhələlərə nəzarət edilməli, xaricdən gətirilən ərzaqlar laboratoriyalarda ictimaiyyətin iştirakı ilə ciddi yoxlamadan keçirilməli, burada qanun pozuntularına yol verənlər çox sərt şəkildə cəzalandırılmalıdırlar. Təbii ki, xalqımızı xilas etmək istəyiriksə. Bunu istəmiriksə, elə indiki anarxik vəziyyət qalsın. Seçim konkretdir. Ya onu seçməliyik, ya bunu”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ