Azərbaycan səfirliyi mayın 28-də Novosibirskdə azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin qətli ilə bağlı Rusiya dövlət orqanlarına müraciət edib.
Bu barədə" Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
“Səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub”, - məlumatda qeyd olunub.
"Mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!", - səfirlikdən vurğulanıb.
Bu hadisə Azərbaycanın fəal sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub. Onlar Azərbaycanın Moskvadakı səfirliyini və hökuməti rəsmi Rusiyadan baş verən hadisə ilə bağlı hesab sormağa çağırıblar. Məsələni ABŞ-da polislərin qaradərili vətəndaşları öldürməsi ilə müqayisə ediblər.