Cümə axşamı günü, 12 noyabr 2026
     

“Ölüm bir nəfəs qədər bizə yaxın idi...” - FOTO

Image


Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir.

Hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularının göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Onlar xalqımızın gözlədiyi Qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Bu yolda şəhid və qazi olan silahdaşlarımızı tanıtmaq da vacib missiyadır.

Vətən müharibəsində ağır yaralanaraq əlil olan və hərbi xidmətdən tərxis edilən çavuş Mədəni Polad Əmir oğlunun keçdiyi döyüş yolu öz əqidəsinə, içdiyi anda sədaqət, döyüşçü fədakarlığı nümunəsidir.

O, 1989-cu il mayın 30-da Şəki şəhərində anadan olub. Əmir Mədəni və Mənsurə Mədəninin üç övladından biri və yaşca kiçiyidir. Atası 2013-cü ildə vəfat edib. Evli olan qazinin 5 yaşında bir oğlu var.

Polad boya-başa çatdığı Şəkidəki Rəşid Əfəndiyev adına 10 saylı orta məktəbdə təhsil alıb. 9 illik təhsildən sonra avtomobil təmiri üzrə texnik peşəsinə yiyələnib və bu sahədə çalışıb. Onun yaşıdı olan gənclər uşaq ikən Dağlıq Qarabağda erməni separatizmi baş qaldırıb. Bədnam qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddiası səbəbindən hərbi münaqişə başlayıb və getdikcə daha da alovlanıb. Bu münaqişə bir neçə nəslin həyatında ağrı-acılı iz qoyub. Birinci Qarabağ müharibəsində respublikamızın ərazisinin 20 faizi işğal olundu, bir milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətinə düşdü. Sonra atəşkəs rejimi şəraitində uzun illər bu gerçəkliklə yaşadıq. Ancaq həmin dövrdə özündən əvvəlki nəsillərin döyüş ruhundan ilhamlanan vətənpərvər və mübariz gənc nəsil yetişdi. Bu nəslin nümayəndələrindən biri də Poladdır.

2007-2009-cu illərdə Polad Müdafiə Nazirliyinin Naxçıvan şəhərindəki “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Kəşfiyyat bölməsində snayperçi olub, “çavuş” hərbi rütbəsinədək yüksəlib.

2011-ci ilin noyabr ayında Polad Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə əvvəlcə xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, döyüş təminatı yarımqrupunda heyət nəfəri-atıcı vəzifələrinə, sonra isə hərbi hissənin xüsusi təyinatlı dəstəsinə keçirilərək, xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-snayper və snayper vəzifələrinə təyin edilib.

Vətən müharibəsinədək olan hərbi xidməti dövründə ona göstərilən etimadı doğruldub, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb. Barəsində müxtəlif növ həvəsləndirmələr tətbiq edilib.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda çavuş P.Mədəninin xidmət etdiyi xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları döyüşə ilk atılanların sıralarında olublar. Polad bildirdi ki, Kəlbəcər rayonu istiqamətində Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavənd, Qubadlı və Füzuli rayonlarının ərazilərində döyüş yolu keçib. Xüsusi təyinatlı kimi keçdiyi hazırlığın müharibə zamanı çox gərəyi olduğunu söylədi. Ümumilikdə, xüsusi təyinatlıların döyüş tapşırıqlarının yerinə yetirilməsində üstün cəhətdən fərqləndiklərini vurğuladı. İşğalçıların üzbəüz döyüşlərdə hərbi qulluqçularımızın həmlələrinə tab gətirə bilmədiklərini, mövqelərini atıb qaçdıqlarını dedi. Bizim döyüşən canlı qüvvənin sırasında həlakolma və yaralanma hallarının əsasən düşmənin qurduğu pusqu, basdırdığı minaların partlayışı və artilleriya atəşi nəticəsində baş verdiyini nəzərə çatdırdı. Qazi danışdı ki, döyüşlər vaxtı bir neçə dəfə pusquya düşüblər, itkilərimiz olub, ancaq həmin və-ziyyətdə də düşmənin layiqli cavabını veriblər. Həmçinin, işğalçıları pusquya saldıqları bir epizodu xatırladı. Belə ki, Füzuli rayonuna aid ərazidə qruplarla irəliləyərkən təcavüzkarın divizionunun yerləşdiyi sahəni təsbit ediblər. Burada 4 top və digər artilleriya vasitələri, xeyli sursat, 70 nəfərə yaxın şəxsi heyət aşkarlanıb. Xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Füzuli İmrəliyevin göstərişi ilə divizionun yerləşdiyi sahə mühasirəyə alınaraq atəşə tutulub və işğalçılar tələfata uğrayıb, silah-sursat, texnika qənimət götürülüb.

Poladın dediyinə görə, müharibədə torpaqlarımızı öz canı bahasına işğaldan azad edən silahdaşlarından bəzilərinin ölümü onun gözləri önündə baş verib. Onlardan baş leytenant Kamran Kazımov, baş çavuşlar Vüqar Cəfərov və Əsgər Əhmədovun adlarını yada saldı. Silahdaşlarının şəhid olmasından dərindən sarsılıb, ancaq onların qisasının alınması, qanlarının yerdə qalmaması, xatirələrinin yaşadılması Polada müəyyən qədər təskinlik verir.

Qazi qeyd etdi ki, müharibənin öz çətinlikləri, əzab-əziyyətləri olur, lakin bütün bunlara onlar, ilk növbədə, xüsusi təyinatlı kimi hazırlanmışdılar. “Ağır döyüşlər gedib, yuxusuz gecələrimiz olub, saatlarla yağış altında qalaraq islanmışıq, bir neçə gün paltarımız qurumayıb, texnikanı düşmən vurduğundan, bəzən təchizatı bizə vaxtında çatdırmaq mümkün olmayıb, ancaq ruhdan düşməmişik, hər hansı çətinlik qarşısında iradəmiz büdrəməyib, daim irəli getmək barədə fikirləşmişik, komandirlərin əmr və tapşırıqlarını tərəddüd etmədən yerinə yetirmişik” - deyə Polad düşüncələrini bölüşdü.

Onun sözlərinə görə, hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki, hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. “Müharibə itkisiz olmur, ölüm bir nəfəs qədər bizə yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir, döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi olmaq isə insan üçün şərəfli taledir”.

Polad söylədi ki, işğaldan azad etdikləri ərazilərimizdə şəhərlər, qəsəbələr, kəndlər ermənilər tərəfindən viran qoyulub, ətraf xarabalığa çevrilib, onlar qəbiristanlıqlara qarşı da öz vəhşiliklərindən qalmayıblar.

2020-ci ilin oktyabr ayının 15-də Füzuli rayonu ərazisində döyüş zamanı düşmən Poladın tərkibində olduğu qrupun yerləşdiyi mövqeni müxtəlif növ artilleriyadan, zirehli texnikalardan şiddətli atəşə tutub. Həmin vaxt biz tərəfdən ölən və yaralananlar olub. Yaxınlığına düşən minaatandan atılan bir mərminin partlaması nəticəsində xırda qəlpələr Poladın qollarını yaralayıb, ikinci mərminin partlayışından yaranan qəlpə isə sağ ayağının dizdən aşağı nahiyəsini qoparıb, bud nahiyəsi ağır dərəcəli zədələnib. Yaralandığı yer atəş altında olduğundan, Poladın oradan çıxarılması bir neçə saat çəkib. Onu çıxartmağa can atan iki hərbi qulluqçudan biri ölüb, digəri isə yaralanıb. Nəhayət, digər döyüşçülər yaralıya yaxınlaşa bilərək, ərazidən çıxarıblar. Çətinliklə Füzuli rayonundakı xəstəxanaya çatdırılıb, burada “sağ budunun yuxarı üçdə birinin travmatik amputasiyası” diaqnozu qoyularaq cərrahi əməliyyat aparılıb. Xəstəxanadan Daxili Qoşunların Qospitalına göndərilib. Qospitalda uzunmüddətli müalicə kursu keçib. Qaziyə 2-ci qrup əlillik dərəcəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr  2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Mədəni Polad Əmir oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Müxtəlif televiziya kanallarında və sosial şəbəkələrdə qazimizin şərəfli döyüş yolu işıqlandırılıb.

İnanıram ki, Polad doğmalarının mənəvi dəstəyi ilə əlilliyin yaratdığı bütün çətinliklərin öhdəsindən bacarıqla gələcək, canından artıq sevdiyi Vətən üçün layiqli övlad yetişdirəcək, cəmiyyətimizə öz döyüş təcrübəsi ilə faydalı olmağa çalışacaq.

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ